Buldoqkimilər
Buldoqkimilər | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Dəstəüstü: Klad: Dəstə: Yarımdəstə: Fəsiləüstü: Fəsilə: Buldoqkimilər |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Buldoqkimilər (lat. Molossidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinə aid heyvan fəsiləsi.
Ümumi təsviri
[redaktə | mənbəni redaktə et]Fəsilənin nümayəndələri əsasən kiçik, nadir hallarda isə iri yarasalardır. Başı enli və yastıdır. Üst dodağı sallaq ətli büküşün içərisinə yığılmış, üzəri sərt qıllarla örtülmüşdür. Qulaqları önə uzanmış və başın üst səthi səviyyəsində yerləşmişdir. Qulaqları enli və qalındır. Çox vaxt iç kənarları ilə başın üzərində bitişir.
Qanadları ensiz və itidir. Yoğun əzələli quyruğu, az qala yarıya qədər omaarası pərdədən kənara çıxır. Traqusu qısa və enlidir. Boynunun ətrafında iri dəri qırışlar vardır.
Yayılması
[redaktə | mənbəni redaktə et]Yer kürəsinin tropik və subtropik vilayətlərində yayılmışdır. Şərq yarımkürəsində Aralıqdənizi ölkələrində, Asiya, Afrika və Avstraliyanın tropik və subtropik qurşaqlarında rast gəlinir. Qərb yarımkürəsində cənubi Argentina, Çilidən ABŞ mərkəzi ştatlarına və Qəraib dənizi hövzəsinin adalarına qədər yayılıb. Fəsilənin 85 – yə yaxın müxtəlif nümayəndələri 12 cinsdə birləşir. Qafqazda bir cins və bir növlə təmsil olunmuşdur. Hər yerdə arealın hüdudlarında nadirdir.
Cinsləri
[redaktə | mənbəni redaktə et]- Mormopterus
- Sauromys
- Platymops
- Molossops
- Neoplatymops
- Myopterus
- Böyükdodaq - Tadarida
- Kiçik bükükdodaq -Chaerephon
- Böyük bükükdodaq - Mops
- Böyükqulaq bükükdodaq - Otomops
- Cənubi Amerika bükükdodağı - Nyctinomops
- Eumops - Eumops
- Enlisifət - Molossops
- Kəkilli bükükdodaq - Promops
- Məxməri bükükdodaq - Molossus
- Tomopeas
- Cheiromeles
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Integrated Taxonomic Information System (ing.). 2004.
- ↑ Wilson D. E., Reeder D. M. Class Mammalia Linnaeus, 1758. // Animal Biodiversity: An Outline of Higher-level Classification and Survey of Taxonomic Richness / red. Z. Zhang 2011. C. 3148, burax. 1. S. 56–60. ISBN 978-1-86977-849-1, 978-1-86977-850-7