Budapeşt gettosu
Budapeşt gettosu - 1944-cü ilin noyabr ayında Budapeştdə nasistlər tərəfindən qurulmuş bir yəhudi gettosu. 1945-ci ilin yanvarında hücuma keçən Sovet qoşunları tərəfindən azad edilmişdir.
Macarıstanda yəhudilərə qarşı zülm 1938-ci ildə Mikloş Hortinin sağçı– millətçi rejimi ilə başlamışdır. 1941-ci ildə Budapeştdə 184 min musəvi yəhudisi və 62 min xristian yəhudisi cuğudlar əleyhinə qanunlara uyğun olaraq repressiyaya məruz qaldı.
1944-cü ilin martında Alman qoşunları Macarıstanı işğal etdi. Bu əsnada bir çox yəhudi həbs olundu. Vilayətdə gettonun yaradılması 1944-cü ilin aprel ayında başlandı. Bundan sonra onların ölüm düşərgələrinə sürgün edilməsinə başlanıldı.
15 iyun 1944-cü ildə Macarıstan daxili işlər naziri Budapeştdə bir getto qurmaq əmri verdi. Sərəncama əsasən getto üçün sarı ulduzlarla işarələnmiş və divarla hasarlanmış 2000 ev ayrıldı. Ümumilikdə 220 min yəhudinin gettoya köçürülməsi planlaşdırılırdı. İyunun 25-də Budapeşt yəhudilərinə komendant saatı tətbiq edildi.
Getto sakinləri meydana gəldikdən dərhal sonra konsentrasiya düşərgələrinə sürgün edilməyə başlanıldı. Macarıstanın işğalı dövründə Budapeştin yəhudi əhalisi 200 min nəfərdən 70 min nəfərə qədər azaldı. Neytral ölkələrin (Raul Vallenberq və Corco Perlaska da daxil olmaqla) diplomatları tərəfindən verilmiş sənədlərdən istifadə edərək onu deməyə əsas vardır ki, 20 min nəfər yahudi gettonun xaricindəki evlərdə yaşayırdı.
18 yanvar 1945-ci ildə getto 151-ci Qırmızı Bayraq Jmerinski diviziyasının bölmələri tərəfindən azad edildi. Bununla belə gettonun müdafiəçiləri güclü müqavimət göstərdi. Döyüşlərdə iştirak edənlərdən birinin dediyinə görə, getto partlayışa hazırlaşmışdı[1]. Bu anda 94 minə yaxın yəhudi neytral ölkələrin diplomatik nümayəndəliklərinin nəzarəti altında olan gettoda və binalarda idi.
2005-ci ildə Dunay sahilindəki qurbanların xatirəsinə bir abidə qurulmuşdur.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Budapeşdəki yahudi gettosunun azad olunmasının 60 illiyi.
- A personal account of the Budapest ghetto
- History of the Budapest ghetto
- Budapest Ghetto today Arxivləşdirilib 2011-07-26 at the Wayback Machine
- Ghetto Budapest
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Борис Шейнин. Не дай умереть ребёнку (воспоминания киносценариста) // Заметки по еврейской истории. № 5 (66). — 2006". 2014-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-04.