12°07′ şm. e. 92°47′ ş. u.HGYO

Bratanq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Bratanq adası
ing. Baratang Island
Ümumi məlumatlar
Sahəsi 238 km²
Eni 14 km
Sahil uzunluğu 117 km
Hündür nöqtəsi 76 m
Əhalisi 5.691 nəfər (2011-ci il)
Yerləşməsi
12°07′ şm. e. 92°47′ ş. u.HGYO
Ölkə  Hindistan
Arxipelaq
Bratanq adası xəritədə
Bratanq adası
Bratanq adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bratanq (ing. Baratang Island) — Böyük Andaman adaları qrupuna daxil olan ada. Öz növbəsində Hindistanın müttəfiq Andaman və Nikobar adaları ərazisinə daxildir.

Adanın sahəsi 238 km² təşkil edir. Orta Andamandan cənubda Cənubi Andamandan şimalda yerləşir. Adadan 20 km şərqində Riççi arxipelaqı yerləşir. Arxipelaqın inzibati mərkəzi Cənubi Andaman adasının cənub-şərqində yerləşən Port Bler şəhərindən 100 km cənubda yerləşir.

Adada palçıq vulkanları vardır. 2004-cü il Hind okeanında zəlzələ və sunami hadisəsinin baş verməsini bu vulkanlarla əlaqələndirməyə çalışırlar. Burada güçlü püskürmə 18 fevral 2003-cü ildə qeydə alınmışdır. Yerli əhali bu vulkanları calki adlandırırlar.

Burada Barren adasında da eyni adlı vulkan fəaliyyət göstərir. Bu vulkan Cənubi Asiyanın yeganə aktiv vulkanıdır. Narkodam adasındakı vulkan isə aktiv olma potensiallı olan vulkan hesab edilir.