Boeing X-32

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Boeing X-32
Boeing X-32
Tipi Hərbi təyyarə
İstehsalçı Boeing
İlk uçuş 18 sentyabr 2000
İstismarçılar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Boeing X-32 — ABŞ Dövlət Departamentinin tenderi — Ortaq Hücum Döyüşçüsü proqramının finalistidir. Həmin tenderdə Lockheed Martinin sonradan F-35 Lightning II təyyarəsinə təkmilləşdiriləcək olan X-35 təyyarəsinə uduzmuşdur.

1993-cü ildə Təkmil Müdafiə Araşdırmaları Layihələri Agentliyi (DARPA) Ümumi Münasib Yüngül Döyüşçü (CALF) proqramına start verdi. Bu proqramın məqsədi Amerika Müdafiə Departamentinin sərəncamında olan bütün müxtəlif növ yüngül təyyarələri – F-16, F/A-18 Hornet, AV-8B Harrier-i bir növ təyyarə ilə yeniləmək idi. Elə eyni dövrdə də ABŞ HHQ və ABŞ Donanması birlikdə Ortaq Təkmil Hücum Texnologiyası (JAST) proqramına start verilmişdi. 1994-cü ildə ABŞ Konqresi hər iki proqramı birləşdirərək Ortaq Hücum Döyüşçüsü proqramına start verdi.

OHD proqramının ilkin fazalarında, konsept mərhələlərində bir çox kompaniyalar iştirak edirdi. 1996-cı il 16 Noyabrda Müdafiə Departamenti Boeing və Lockheed Martin kompaniyasına öz təyyarələrini yaratmaq göstərişi verdi. Müqaviləyə əsasən yeni təyyarə normal şəkildə enib qalxma, gəmidən qalxma və enmə, qısa qalxma və şaquli enməyi bacarmalı idilər. Bundan əlavə onlar təyyarənin silah sistemlərinin yerüstü təqdimatını da etməli idilər.

Yeni OHD tenderinin əvvəlkilərdən fərqi o idi ki, kompaniyaların təyyarələrini öz maliyyələri vasitəsilə yaratmağı qadağan idi. Hər iki şirkətə öz təyyarəsini istehsal etmək üçün, onun proqram təminatı, avionik sistemlərinin yaradılması xərcləri də daxil 750 milyon dollar verildi. Bu qadağa hər iki şirkətə aşağı xərcli istehsal texnikalarına keçməyə məcbur etdi. Bu həm də hər iki şirkətin bu tenderi udmaq üçün bütün maliyyə resurslarını sərf etməsinin qarşısını alaraq onların uduzduqdan sonra bankrot olmasının riskini azaldır.

Boeing tenderdə üstün olmaq üçün daha aşağı istehsal xərcli təyyarə strategiyasını seçdi. Buna görə də o təyyarənin ordunun müxtəlif qurumları üçün olan versiyalarını bir-birinə çox oxşar yaratmağı qərara aldı. Belə ki, təyyarələrin komponentləri eyni olduğuna görə bir komponenti digər təyyarələrdə də istifadə etmək olardı. Boeing X-32-ni vahid karbon lifli komposit delta qanad ətrafında yığdı. Qanadın eni 9.15 metr idi, 55 dərəcəlik bucaq əyriliyi var.(Yuxarıdan şəkil) Bu qanad 9 tona yaxın yanacaq saxlaya bilirdi.

Xərcləri azaltmaq üçün Boeing təyyarənin donanma versiyası üçün olan şaquli enmə funksiyalı təyyarəsini "birbaşa qaldırmalı" dartı sistemi ilə təchiz etdi. Bu sistem yalnız əlavə olaraq motora dartı sistemi qurmaqla qurulurdu. Lakin Lockheed Martin X-35-də bunun üçün əlavə, ağır pərvanə istifadə olundu. Boeingin bu cür qaldırma sistemi quraşdırması təyyarənin motorunun kabinanın birbaşa arxasına yerləşdirilməsinə gətirdi və ağırlıq mərkəzini təyyarənin qabağına doğru çəkdi. Qravitasiya mərkəzinin irəli çəkilməsi manevrli təyyarələrdə əks effekt göstərir, lakin daha təyyarə daha stabil olur. Belə ki, manevrli təyyarələr elə qeyri-stabil olduqlarına görə manevrli ola bilirlər. Boeing hələ 1960-cı illərdə belə təyyarə üçün öz konseptini nümayiş etdirmişdi, lakin təyyarə konsept mərhələsindən irəli keçməmişdi.

Müqayisə üçün Lockheedin X-35 təyyarəsi dizayn olaraq F-22-nin daha kiçik versiyasına oxşayırdı. Boeingin daxilində X-32 təyyarəsinin adı "Monika" idi.

Ağır Delta qanadlara görə Boeing X-32-nin şaquli eniş versiyası ilə supersonic uçuş versiyasını ayrı-ayrılıqda nümayiş etdirdi. Kompaniya son variantda həm supersonic uçuşun, həm də şaquli eniş funksiyasının olacağına söz verdi. Boeingin əksinə olaraq, Lockheed Martin X-35 təyyarəsi hətta havada olarkən belə qısa eniş rejimindən supersonic uçuş rejiminə keçə bilir.

X-32A-nın ilk uçuşu 18 sentyabr 2000-ci ildə Boeingin Palmdaledə Edwards Hərbi Bazasındakı məkanında həyata keçirildi. Həmin versiyada F-22-də istifadə olunan F-119 mühərrikinin bir az daha təkmil versiyası idi. X-32B, qısa qalxış və vertikal eniş versiyasını mart 2001-də göstərdi. Həmin təyyarədə isə F-119 mühərrikinin daha da modifikasiyalaşdırılmış versiyası F-119 –PW-614S istifadə olundu. Normal uçuşda 614S normal, forsajlı qırıcı mühərrikidir. Lakin qısa qalxma və şaquli enmə rejimində isə əlavə kran mühərrikdən çıxan əsas qaz çıxışını təyyarənin qravitasiya mərkəzi ətrafında quraşdırılmış çıxışlarla aşağı doğru itələyir.

Müqayisə üçün, Lockheed Martinin istifadə etdiyi sxem, daha riskli idi. Lakin əgər işləyərdisə daha çox yükgötürmə qabiliyyətli olacaq idi. Hər iki kompaniyanın testləri 2001-ci ilin iyul ayına kimi davam etdi.

Ortaq Hücum Döyüşçüsü

[redaktə | mənbəni redaktə et]

2001-ci ilin oktyabrında Müdafiə Departamenti Lockheed Martin X-35-i tenderin qalibi elan etdi. Həmin X-35 sonradan təkmilləşdirilərək F-35 təyyarəsi oldu. OHD tenderinin itirilməsi Boeing üçün çox böyük zərbə idi, çünki həmin layihə 1960-cı illərdəki Yüngül Döyüşçü Proqramı (Nəticədə, F-16 və F-18 təyyarələri meydana çıxmışdı) layihəsindən sonra ən əhəmiyyətli beynəlxalq aviasiya layihəsi idi. Həmin dövrlərdə OHD proqramına lazım olan təyyarə sayının 3.000 ilə 5.000 arası olduğu bilinirdi. Lockheedlə müqavilənin imzalanmasının astanasında müqaviləni hazırlayanlar çalışdılar ki, uduzan tərəflərin tamam məğlub olmaması üçün uduzan tərəf də təyyarənin istehsalında müəyyən qədər iştirak etsinlər. Lakin "udan hər şeyi aparır" prinsipi yenə də dəyişmədi.

X-32-nin Ortaq Hücum Döyüşçüsü tenderindəki rəqibi olan Lockheed Martin X-35

İstənilən halda Boeingin X-32 layihəsində qazandığı təcrübə ona sonralar F/A-18E/F Super Hornet təyyarəsinin yaradılmasında kömək edəcəkdi.

Təyyarələrin yeri

[redaktə | mənbəni redaktə et]

2005-ci ildə Boeing X-32A Hərbi Hava Qüvvələrinin Milli Muzeyinə transfer edildi. OHD tenderindən sonra uzun müddət açıq havada qaldığına görə həmin model korroziyaya uğradı. Lakin onun qapalı məkana keçirilərək restavrasiyası nəzərdə tutulur. X-32B isə Patuxnet River Donanma Hava Muzeyinə transfer edildi. 2009-cu ildə restavrasiya olundu və hal hazırda muzeydə eksponat kimi göstərilir.

Xarakteristikalar

[redaktə | mənbəni redaktə et]

Ekipaj: 1 Uzunluq: 13.72 metr

Qanadın eni: 10.97 metr

Hündürlük: 5.28 metr

Qanadın sahəsi: 54.8 metr

Təyyarənin maksimal qalxma çəkisi: 17.200 kq

Mühərrik: 1 x Pratt&Whitney F119 125 kN, forsajla 191 kn

Performans

Maksimal sürət: Mach 1.6 (1.931 km/s)

Uçuş məsafəsi:

Hərbi Hava Qüvvələri Versiyası:

1574 km Donanma versiyası: 1389 km

Britaniya Kral Donanma versiyası: 1112 km

Silahlar: 20 millimetrlik M61A2 topu, yaxud da 27 millimetrlik Mauser BK-27 topu

Daxilinə: 6 AMRAAM hava-hava raketləri, ya da 2 AMRAAM hava-hava raketləri və 2 ədəd 900 kiloqramlıq idarəli bombalar

Xaricinə: 6800 kiloqrama kimi bütün növ silahlar.