1 (ədəd)

Vikipediya, azad ensiklopediya
(Bir səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
1
bir
← −1 · 0 · 1 · 2 · 3 
Rum rəqəmi I
İkili 1
Səkkizlik 1
Onaltılıq 1
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Birsay sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. Saymağa birdən başlayırıq. Bir ikidən əvvəl gəlir.

Bir ədədi riyaziyyatda bir çox hallarda vahid adlanır. Vahidin aşağıdakı xassələri var:

  • İstənilən ədədi vahidə vurduqda həmin ədəd özü alınar.
  • Vahidi istənilən ədədə vurduqda həmin ədəd özü alınar.
  • İstənilən ədədi vahidə böldükdə həmin ədəd özü alınar.
  • Vahid tək ədəd hesab edilir.
  • 1 ədədi nə sadə ədəd, nə də ki, mürəkkəb ədəddir.

İnam və etiqadlarda

[redaktə | mənbəni redaktə et]

Mənəvi və maddi mədəniyyətin tərkib hissələrindən bilinən ümumsay kompleksində həm də "tək", "vahid" adları daşıyan çoxmənalı bir sayı mifoloji dünya modelində "Tanrı", "Kosmos" anlayışı ilə hər hansı hadisə və işin, əşyanın ilkliyi, başlanğıcı təsəvvürünü yaratmaqla düşüncəyə, məişətə daxil olmuşdur. Bu daxilolma təfəkkürdə Tanrının birliyi, vahidliyi, təkliyi, şəriksizliyi formulunu yaratmış və sabitləşdirmişdir.[mənbə göstərin]

Dünya mədəniyyəti kontekstində bir sayı, həmçinin, ilin, fəsillərin, ayların, həftələrin başlanğıcını, ilk gününü bildirmişdir. Özündən sonrakı saylarla müqayisədə az işlənən bir sayı, eyni zamanda, həm müəyyənlik, həm də qeyri-müəyyənlik bildirir. Azərbaycan dastanlarındakı ustadnamələri ustadlar bir deməyib (bir başlanğıcdır), iki deyib?, iki deməyib, üç deyib, nağıllardakı padşahların çox vaxt aman-zaman bir övladı olması və s. bir sayının müəyyənlik bildirməsini göstərir. "İllərin birində", "ayların birində", "günlərin birində", "bir gün", "biri varmış, biri yoxmuş" və s. deyimlərdə bir bir olaraq qalsa belə, qeyri-müəyyənlik bildirir. Bu məqamlarda bir sayının elə bir mənası da olmur. Olsa-olsa o, təyinedici əlamət olaraq qalır.[mənbə göstərin]

Tale rəqəmi bir olan uşaqlar dünyaya gələn andan xarakter göstərirlər. Beş yaşında bunlar artıq enerji topası olur. Həddən artıq müstəqil olan bu uşaqlar valideynlərini elə od qoyurlar ki, onlar vaxtından əvvəl qocalır. "Bir"lərə diş batırmaq çətindir. Daim diqqət tələb edirlər. Əks təqdirdə evin altını üstünə çevirərlər. Sərt davrananda, nəyisə qadağan edəndə özlərindən çıxırlar. Qapalı məkanda qalmağı sevmirlər. Ətraf aləmlə çox ciddi maraqlanırlar. Uğurlarını stimullaşdırmaq lazımdır. Onları liderliyə həvəsləndirin. Səbrli olub onları məhəbbətlə əhatə etsəniz, əvəzini görəcəksiniz.

Bütün xalqaların inancında 1 rəqəmi həm də birincilik, liderlik deməkdir.[mənbə göstərin]

  • (Ya Rəsulum!) Onlar səni tələsdirib əzabın tez gəlməsini istəyirlər. Allah Öz vədinə əsla xilaf çıxmaz! Rəbbinin dərgahında bir gün sizin saydığınızın (hesabladığınız vaxtın) min ili kimidir![1]
  • Əgər bəndəmizə (Məhəmmədə) nazil etdiyimizə (Qurana) şəkkiniz varsa, siz də (fəsahətdə və bəlağətdə) ona bənzər bir surə gətirin və əgər ("bu, bəşər kəlamıdır" sözünü) doğru deyirsinizsə, onda Allahdan savayı (bütün) şahidlərinizi (bütlərinizi, şair və alimlərinizi bu işdə köməyə) çağırın![2]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]