Biopiratlıq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Biopiratlıq- müxtəlif tibbi, kənd-təsərrüfat aborigen (yerli) biliklərin bunlardan istifadə edənlərin icazəsi olmadan və onlara kompensasiya ödəmədən patentləşdirilib, ticarət məqsədilə tədbiq edilməsidir.

Məlum hadisələr

[redaktə | mənbəni redaktə et]

Çəhrayı katarantus

[redaktə | mənbəni redaktə et]

Vətəni Madaqaskar olan çəhrayi katarantus vinkristin kəşf olunmamışdan əvvəl bir çox ölkələrdə yetişirdi. Yerli əhali bu bitkini, Eli Lilly and Company şirkətinin kommersiya məqsədilə patentlişdirib tətbiq etməsindən xeyli əvvəl fərqli metodla müalicəvi bitki kimi istifadə etmişlər. Bu bitkidən diabet xəstəliyinin müalicəsində istifadə onun üzərində tədqiqatlar aparmaq üçün bir stimul yaradırdı, lakin xərçəng xəstəliyinin müalicəsi daha böyük əhəmiyyət kəsb edirdi.Verilən məlumatlara görə müxtəlif ölkələrdə bu bitkinin müalicəvi xüsusiyyətləri haqqında fikirlər fərqlidir.Tədqiqatların nəticəsi göstərmişdir ki, xərçəng xəstəliyinin, əsasən limfoqranulematozanın müalicəsində çəhrayı katarantusdan alınan vinblastindən kimyəvi terapiya üçün istifadə olunur.

Enol paxlası Meksikanın sarı paxla növünə aid olub, 1990-cu ildə Larri Proktor tərəfindən patentləşdirilib. Bu paxlanın əsas fərqli xüsusiyyəti sarı rəngli olmasıdır. Sonralar Larri bu meksika paxlalarını ixrac edənləri məhkəməyə verdi. Bunun nəticəsi olaraq ixracın səviyyəsi 90% azaldı və 22 min meksikalı çox böyük iqtisadi ziyana uğradı. Bununla əlaqədar olaraq ABŞ-nın patent qediyyatı və Ticarət markası Bürosu fermerlərin iddiasını nəzərə olaraq bu patenti 2003-cü ildə ləğv etdi.

Basmati düyüsü

[redaktə | mənbəni redaktə et]

1997-ci ildə RiceTec İnc. şirkəti basmati düyüsünə patent aldı. Lakin Hindistan hökuməti bu məsələnin həlli üçün xüsusi komissiya təşkil etdi və 2000-ci ildə RiceTec patenti düyünün cəmi 3 çeşidi ilə məhdudlaşdırıldı.

Hüquqi aspektlər

[redaktə | mənbəni redaktə et]

BMT-nin konvensiyanın bioloji müxtəliflik haqqında 1 saylı məcəlləsinə görə onun əsas məqsədi “ bioloji müxtəlifliyi qoruyub saxlamaq, onun komponentlərinin və genetik resursların davamlı istifadəsi zamanı mənafelərin doğru, düzgün bölüşdürülməsi, bu resurslara görə bütün hüquqları nəzərə alıb, buna uyğun olaraq lazım texnologiyaların ötürülməsi və onların maliyyə cəhətdən təmin edilməsidir.” Biopiratliq son zamanlar aborigen cəmiyyəti genetik resurslardan, şəxsi biliklərdən istifadə edilməsi hüququndan məhrum edilməsi,bu huquqların monopoliyaların bioloji müxtəliflikərdən istismar edilməsi hüququ ilə əvəz olunmsı prosesi ilə bağlıdır.

  • НГ-Наука: Высокотехнологичное биопиратство
  • Текст Конвенции ООН о биологическом разнообразии
  • Ричард Столлман / Биопиратство или биокаперство?
  • Научное пиратство