Beslanda terror aktı (2004)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Beslan şəhəri 1 nömrəli məktəbə silahlı hücum (2004)
Terror aktı nəticəsində öldürülmüş məktəblilər
Tarix 1 sentyabr 2004
Yeri Beslan, Şimali Osetiya, Rusiya
Səbəbi Dünyanın diqqətini Çeçenistana yaşanan müharibəyə cəlb etmək
Nəticəsi Əsirlərin xilas edilməsi əməliyyatı zamanı tərəflər arasında şiddətli atışma baş vermiş və nəticədə 186 nəfəri uşaq olmaqla, toplam 334 nəfər həlak olmuşdur. Əsirlərin xilas edilməsi əməliyyatı ümumən uğursuzluqla nəticələnmişdir.
Münaqişə tərəfləri

Çeçen mücahidlər

Rusiya

Komandan(lar)

Ruslan Xucbarov
Vladimir Xodov

Vladimir Putin
Valeri Andreyev
Aleksandr Perov
Dmitri Razumovski

İtkilər

32 yaraqlı

məlum deyil

Ümumi itkilər
334 nəfər ölü,
783 nəfər yaralı
Terror aktı nətəsində 783 nəfərdə yaralanmışdır.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Beslan şəhərində terror aktı (rus. Террористический акт в Беслане) — Rusiya Federasiyasının Şimali Osetiya Respublikasında yerləşən Beslan şəhərində baş vermiş terrror aktı.[1][2][3] Terrorçular şəhərdə yerləşən 1 nömrəli məktəbə ilk dərs günü (1 sentyabr) hücum etmiş və nəticədə 1.100 nəfəri əsir almışdır (777 nəfər uşaq[4]). Əsir götürülən şəxslərin böyük əksəriyyəti şagirdlər, onların valideynləri və müəllimlərdən ibarət idi. Əsirlərin xilas edilməsi əməliyyatına Rusiya ordusunun xüsusi təyinatlıları cəlb edilmişdir.[5] Əsirlərin xilas edilməsi əməliyyatı zamanı və bundan az əvvəl yaşanan hadisələrdə 300 nəfərdən çox şəxs həlak olmuşdur. Həlak olanların 186 nəfəri uşaqlar idi.[6] Öldürülən şəxslərin əksəriyyəti etnik baxımdan çeçeninquşlardan ibarət idi.

Terror aktını həyata keçirən qrup miliyyətcə çeçenlərdən təşkil edilmiş silahlı birləşmə idi. Çeçenistan müharibəsi zamanı səslərini bütün dünyaya çatdırmaq istəyən qrupa Ruslan Xucabarov rəhbərlik edirdi. Krizin üçüncü günündə Rusiya ordusunun xüsusi təyinatlılarından ibarət qrup binaya hücum təşkil edir. Hücum nəticəsində qarşılıqlı atışma meydana gəlmiş və ağır silahlardan istifadə edilmişdir. Bir neçə saat davam edən atışmadan sonra yüzlərlə insanın həlak olduğu məlum oldu. Belə ki, xüsusi təyinatlıların məktəbə girməsindən xəbər tutan terrorçular idman zalına topladıqları insanlara kütləvi atəş açmağa başladılar. Beslan şəhəri 1 nömrəli məktəbə təşkil edilən hücum nəticəsində 186 nəfəri şagird olmaqla, ən azı 334 nəfər əsir öldürülmüşdür. Hadisədə yüzlərlə insan müxtəlif dərəcəli bədən xəsarətləri almış və bir neçə nəfər itkin düşmüşdür.

Terror aktı Rusiyada və bütün dünyada rezonansa səbəb oldu. Rusiya daxilində məktəblərdə və xəstəxanalarda təhlükəsizliyin yüksək səviyyədə təmin edilməməsi iddiaları ilə rəsmi Kreml tənqid edildi. Eyni zamanda Rusiya prezidentinin səlahiyyətlərinin artırılması və regional subyektlər üzrə daha güclü sistemlərin yaradılması məsələləri müzakirə edildi.

Terror aktının baş verdiyi Beslan şəhəri Şimali Osetiyanın mühüm şəhərlərindən biridir. Şəhərin etnik tərkibini böyük ölçüdə osetinlərruslar təşkil edir. 2010-cu ilə olan məlumata əsasən, şəhərdə 36 min insan yaşayır. Hadisənin baş verdiyi tarixə qədər şəhərdə 7 tam orta təhsil verən məktəb yerləşirdi. Məktəbin yaxınlığında polis bölməsinin yerləşməsi burada hər hansısa terror hadisəsinin baş verə biləcəyi ehtimalını azaldırdı. 60 müəllimin işlədiyi və 800 nəfərə yaxın şagirdin təhsili aldığı Beslan şəhəri 1 nömrəli orta məktəb şəhərin ən böyük məktəblərindən biri hesab olunurdu.

  1. "The Beslan Aftermath: New Papers Critical of Russian Security Forces". 2022-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-30.
  2. "Beslan mothers' futile quest for relief". 2010-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-30.
  3. "Putin's legacy is a massacre, say the mothers of Beslan". 2014-10-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-30.
  4. "August 31, 2006: Beslan - Two Years On". April 4, 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 4, 2009.
  5. "http://www.weeklystandard.com/Content/Public/Articles/000/000/012/907jbmkm.asp?pg=1". 2011-05-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-30.
  6. "Putin meets angry Beslan mothers". 2021-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-30.