Bayan xaqan
Naviqasiyaya keç
Axtarışa keç
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bayan Xaqan | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | VI əsr |
Vəfat tarixi | 602 |
Fəaliyyəti | siyasətçi |
Bayan Xaqan — avar hökmdarı (568–601)
Bayan Xaqan 565-ci ildə slavyan tayfalarını ağır məğlubiyyətə uğradaraq Mərkəzi Karpatı ələ keçirmiş, Bizansı xərac vermək məçburiyyətində qoymuşdu. Lanqobardlarla ittifaq bağlayaraq hepidləri özünə tabe etmişdi. O. 568-ci ildə lanqobardların Cənubi İtaliyaya köçməsindən sonra indiki Macarıstan ərazisini tamamilə hakimiyyəti altına almışdı. Daha sonra qərbdə Frank kralı Ziqberti məğlubiyyətə uğratmış, cənubda isə Bizansın Singidunum və Sirmium kimi strateji əhəmiyyətli sərhəd qalalarını tutmuşdu (582). Bayan xaqanın hakimiyyəti dövründə xaqanlığın sərhədlərini Don çayından Qalliyaya, şimali slavyanların torpaqlarından İtaliyaya qədər genişləndirmişdi.
İstinadlar
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]- Azərbaycan Milli Ensiklopediyası, III cild. Bakı,2011, səh. 302.