Basutolend
Tarixi dövlət | |||||
Basutolend | |||||
---|---|---|---|---|---|
|
|||||
|
|||||
Paytaxt | Maseru | ||||
Rəsmi dilləri | |||||
Valyuta | funt sterlinq | ||||
İdarəetmə forması | Kral koloniyası |
Basutolend (rəsmi - Basutolend ərazisi) - Cənubi Afrikada yerləşən və 1884-cü ildə Böyük Britaniya taxt-tacının müstəmləkəsi elan edilmiş yeddi inzibati rayondan ibarət ərazi.
4 oktyabr 1966-ci ildə Basilend Böyük Britaniya müstəmləkəçiliyindən azad olunaraq Lesoto krallığı kimi öz istiqlaliyyətini elan etmişdir.
Tarixi
[redaktə | mənbəni redaktə et]XIX əsrin ortalarında sonralar Basutolend adlandırılan ərazi Afrikanın yerli xalqlarından biri, I Moşveşvenin başçılıq etdiyi basutolar tərəfindən ələ keçirildi. XIX əsrin 30-cü illərinin sonlarında basutolar afrikalılarla burlar, həmçinin ingilislər arasnda gedən toqquşmalarda iştirak etmişlər. Basutoların burlarla mübarizədə zəifləməsindən istifadə edən ingilislər 1868-ci ildə basuto torpaqları üzərində öz protektoratlığını elan etdilər. 1871-ci ildə I Moşveşvenin ölümündən sonra bu ərazi Kap koloniyasına birləşdirildi. Britaniya hökuməti tərəfindən odlu silahların müsadirə edilməsinə qarşı basutoların 1880-1881-ci illər üsyanından sonra 1884-cü ildə Böyük Britaniya Basulendin müstəqil koloniya mülkü kimi bərpa olunduğunu elan etdi.