Barxan
Barxan — səhralarda küləyin təsiri altında sovrulan qum təpəsi.
Haqqında
[redaktə | mənbəni redaktə et]Barxan təpəsi planda oraq və ya nal şəklində göstərilir. Küləktutan yamacı az meyilli, küləktutmayan yamacı isə dik və qısa olur. Barxan küləyin rejimindən asılı olaraq tirə, təpə formasında olur və öz yerini dəyişir. Böyük Səhrada, Liviya və Nubiya səhralarında hündürlüyü 100 metrdən çox olan barxanlar var.[1]
Ədəbiyyata gətirilməsi
[redaktə | mənbəni redaktə et]Barxan, adını aldığı Türküstan kimi daxili hissələrdəki açıq çöl rayonlarının səciyyəvi xüsusiyyətini təşkil edir. Bu sözü 1881-ci ildə Rus təbiətşünas Alexander von Middendorun elmi ədəbiyyata gətirdiyi qəbul edilir.[2]
Barxan ehramlar
[redaktə | mənbəni redaktə et]Barxan ehramlar piramidal dyunlar, ulduzvari dyunlardır. Piramidal formalı qum yığınları. Barxan ehramları sadə-bir mərkəzdə birləşən eyni ölçülü, dik yamaclı tirələrdən və kompleks (mürəkkəb) — bir neçə zirvəsi olan, bir çox müxtəlif ölçülü tirələrdən ibarət formaları olur. Yüksəkliyi 300 m-dək, eni 3 km-ə qədər çatır.[3]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Məktəblinin coğrafiya lüğəti. Bakı,2006.
- ↑ Britannika Ensiklopediyası
- ↑ Geomorfoloji terminlərin izahlı lüğəti. Bakı, "Elm", 2012. s.26. (az.)