Barokko (musiqi)
Barokko – Bu terminin italyancadan tərcümədə hərfi mənası – "qəribə", "əcaib", "təmtəraqlı" deməkdir. Bu sözə hər şeydən əvvəl, plastik incəsənət növündə – barokkonun möhtəşəmli, təmtəraqlı, dekorativ sinonimi kimi işləndiyi memarlıqda rast gəlmək olar.
Tarixi
[redaktə | mənbəni redaktə et]XVII əsr – XVIII əsrin ortalarında Avropa incəsənətində üstünlük təşkil edən bədii üslub kimi barokko – klassizm və rokoko üslubundan fərqli olaraq, dövrün dərin daxili ziddiyyətlərini daha aydın əks etdirirdi. Mütərəqqi fikirlərin fəal inkişafı, mənəvi insani keyfiyyətlərin yüksəlməsi ilə səciyyələnən bu dövrdə Q. Qaliley, B. Paskal, İ. Nyuton, J. B. Molyer, C. Svift, Rembrandt, Velaskes kimi dahi şəxsiyyətlər yaşayıb-yaratmışdır.
Barokko üslubuna xas olan zidiyyət, dinamizm musiqi incəsənətində də öz parlaq əksini tapmışdır. Musiqidə uzun əsrlər hökmranlıq edən polifonik yazı üslubu bu dövrdə öz yüksək inkişaf zirvəsinə çatır. Digər tərəfdən, Dirçəliş dövründən başlayaraq, insanın daxili aləminin zənginliklərini dərindən əks etdirmək cəhdi musiqidə tamamilə yeni tip yazı üslubunun – homofoniyanın geniş yayılmasına zəmin yaradırdı. Homofoniyada müşayiətedici səslərin üzərində səslənən həyəcanlı, dinamik melodiya üstünlük təşkil edir.
Tədricən homofoniya və onun major-minor quruluşlu harmonik sistemi qədim ladları əvəz edərək musiqi incəsənətinin bütün sahələrinə yayılır, müxtəlif musiqi janrlarının (opera, oratoriya, kantata, süita, solo və ansambl sonataları, konsert və s.) yaranmasına təkan verir.
Barokkonun mühüm fərqləndirici cəhətlərindən biri də bu və ya digər janrın şərhində məhdud çərçivədən kənara çıxan improvizasiya sərbəstliyi idi. Təbii ki, belə olan surətdə virtuoz (mahir ifaçı) musiqiçiyə daha kamil bir alət lazım idi. Bu dövrdə məharətli italyan ustaları A. Amati, C. Qvarneri, A. Stradivarinin yaratdıqları skripka, alt, violençel kimi kamil musiqi alətləri öz incə məlahətli səsi ilə bu gün də bizi valeh edir.
Barokko incəsənəti o dövrün bir sıra görkəmli bəstəkarları – K. Monteverdi, H. Pörsell, A. Korrelli, A. Vivaldi, H. F. Hendel və xüsusilə də İ. S. Baxın yaradıcılığında yüksək bədii zirvəyə çatmış, sonrakı dövrlərin musiqi incəsənətinin inkişafı üçün zəngin zəmin yaratmışdır.
Biblioqrafiya
[redaktə | mənbəni redaktə et]- Давид Шуленберг (Schulenberg, David), "Music of the Baroque". New York: Oxford UP, 2001. ISBN 0-19-512232-1
- Шерман Н. С. Формирование равномерно-темперированного строя. М., 1964.
- Ливанова Т. Н., "История западноевропейской музыки до 1789 года (XVII век)", учебник в 2-х тт. Т. 1. М., 1983 г.
- Норман Дуглас Андерсон (Norman Douglas Anderson), "Aspects of Early Major-Minor Tonality: Structural Characteristics of the Music of the Sixteenth and Seventeenth Centuries", Copyright 1992 Norman Douglas Anderson
- Бронфин Е Ф., "Клаудио Монтеверди". М.,1969 г.
- Розеншильд К. К., "Музыка во Франции XVII — начала XVIII века", "Музыка", 1979 г.
- Илиас Хрисокоидис (Ilias Chrissochoidis), The "Artusi-Monteverdi Controversy: Background, Content and Modern Interpretations", King’s College, Лондон, 2004 г.
- Барбье П. Венеция Вивальди: Музыка и праздники эпохи барокко|оригинал = La Venise de Vivaldi: Musique et fêtes baroques|ссылка, СПб. Издательство Ивана Лимбаха|год = 2009|страницы =280|isbn = 978-5-89059-140-1
İstinadlar
[redaktə | mənbəni redaktə et]Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Хронология ренессанса и барокко Arxivləşdirilib 2007-02-08 at the Wayback Machine
- фонд "Орфеон", Вена, Австрия
- baroquemusic.org
- Путеводитель по музыкальным инструментам эпохи барокко Arxivləşdirilib 2005-03-23 at the Wayback Machine
- Vox Saeculorum, международное сообщество современных композиторов, пишущих в стиле барокко Arxivləşdirilib 2019-04-19 at the Wayback Machine
- Барокко "для начинающих" Arxivləşdirilib 2007-03-05 at the Wayback Machine