Barium sulfat

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Barium sulfat
Molekulyar modelin şəkli
Ümumi
Sistematik adı Barium sulfat
Kimyəvi formulu BaSO4
Molyar kütlə 233,38 q/mol
Fiziki xassələri
Sıxlıq 4,5 q/sm³
Termik xüsusiyyətlər
Ərimə nöqtəsi 1580 °C °S
Parçalanma temperaturu - 2912±1 °F °S
Buxarın təzyiqi 0 Pa[1]
Təsnifatı
CAS-da qeyd. nöm. 7727-43-7
PubChem
RTECS CR0600000
ChEBI 133326
ChemSpider

[2]Barium sulfat (BaSO4) - sulfat turşusunun barium duzu.

Təbiətdə tapılması

[redaktə | mənbəni redaktə et]

Təbiətdə - barıt mineralı şəklində tapılır. Rəngsiz kristal maddədir. Suda, demək olar ki, həll olunmur (180C-də 1 l suda 2 mq).

Qatı və duru sulfat turşusu bariumun suda həll olan duzları ilə reaksiyaya girərək barium sulfatın ağ rəngli çöküntüsünü əmələ gətirir:

Bu reaksiya analitik kimyada Ba2+ və SO4 2- ionlarını təyin etmək üçün istifadə edilir.

Kimyəvi xassələri

[redaktə | mənbəni redaktə et]

Barium sulfat qatı sulfat turşusu ilə reaksiyaya daxil olaraq turş duz – barium –hidrosulfat əmələ gətirir:

Yüksək temperaturda (1600 °C)barium sulfat parçalanır


Litoponun alınmasında, dərin neft quyularının qazılmasında (ağırlaşdırıcı maddə kimi), müşəmbə, linolium, kağızrezin istehsalında, rentgen şualarını yaxşı udduğu üçün tibbdə rentgenoloji müayinələrdə, o cümlədən mədə- bağırsaq sistemin müayinəsində işlənilir.

  1. http://www.cdc.gov/niosh/npg/npgd0047.html.
  2. Реми Г. «Курс неорганической химии» М.: Иностранная литература, 1963