Banda

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Latin King banda üzvü döyməsini və əlləri ilə beşguşəli ulduz göstərir.

Banda — iki və daha çox şəxsdən ibarət olub iştirakçıları arasında möhkəm təşkilati birlik olan, basqınlar etmək məqsədilə birləşən insanlar birliyi.[1] Bəzi cinayətkar bandaların üzvləri özlərinin sadiq olduqlarını və adətən oğurluq və zorakılıq kimi cinayətləri törətməyə qadir olduqlarını sübut etməlidirlər. Bandanın üzvünə qanqster deyilir.

Bir çox banda dəstələri tarix boyu böyük şöhrət qazanmışlar; məsələn, İtaliya mafiyası, rus mafiyası, irland mafiyası, yəhudi mafiyası, polyak mafiyası, alban mafiyası, Yaponiyada yakudza, Çində triada, Yeni ingiltərə bandaları, Yamaykada Duş PosseYardi, afroamerikalılardan ibarət KripsBludz, latinoların bandalarından Mara Salvatruça, ağdərili bandalardan Ari qardaşlığı və motosikletçilərdən ibarət banda olan Cəhənnəm mələkləri.

Banda ingilis dilində "gang" sözü ilə ifadə olunur. "Gang" sözü qədim ingilis dilindəki "getmək" mənasına gələn "gan" sözünün feli sifət formasıdır. Bu isə qədim skandinav dilindəki "səfər, səyahət" mənasına gələn "gangster"[2] sözü ilə eyniköklü sözdür.[3] Ümumiyyətlə, söz bir qrup insan mənasına gəlir və işlənmə yerindən asılı olaraq neytral, müsbət və ya mənfi mənada istifadə edilə bilər.[4][5][6]

Apaş qanqsterlər polislə döyüşür. Paris, 1904

Amerika tarixində banditizmin rolundan danışarkən Barrinqton Mur qeyd edirdi ki, qanqsterizm əhəmiyyətli dərəcədə qanunçuluğun olmadığı cəmiyyətlərdə peyda olur. O, Avropa feodalizmini "əsas etibarilə cəngavər anlayışı vasit��silə hörmət qazanan qanqsterizm" kimi xarakterizə edirdi.[7]

Bandaların böyük bir qismi, məsələn, xaşxaşilər, tuqilər, Çin triadaları, yapon yakudzası, irland mafiyası, Panço Vilyanın dəstəsi, ölü dovşanlar, Vəhşi Qərbin bandaları, Baueri oğlanları, italyan mafiyası, yəhudi mafiyasırus mafiyası kimi mafiya ailələri əsrlərdir ki, mövcuddur. Bəzi təxminlərə görə tuqilər 1740-1840-cı illərdə Hindistanda 1 milyon insanı qətlə yetiriblər.[8]

XVII əsrdə Londonda mütəşəkkil dəstələr çoxsaylı cinayətlər törətmişlər.[9] Həmin bandalar bir-biriləri ilə tez-tez münaqişəyə girirdilər. Bandanın üzvləri fraksiyaların fərqlənməsi üçün rəngli lentlərdən istifadə edirdilər.[9]

Çikaqoda 1920-ci illərdə 1000-dən çox banda var idi.[10] Erkən bandaların əksər cinayətkar fəaliyyətlərə görə nüfuzları olsa da, bir çox ölkələrdə 1912-ci il Beynəlxalq opium Konvensiyası və 1919-cu il Volsted aktı ilə narkotik maddələr qadağan olunduğuna görə onlar narkotik ticarətindən mənfəət əldə edə bilmirdilər.[mənbə göstərin] Bandaların narkotik ticarətinə daxil olması 1970 və 1980-ci illərdə geniş vüsət almışdı, lakin bəzi bandalar ticarətlə az məşğul olmağa davam edirdilər.[11]

ABŞ-də bandaların tarixi Amerika inqilabından sonra 1783-cü ildən etibarən ölkənin şərqində başlamışdır.[9] Bandaların yaranması kəəndlilərin kütləvi şəkildə şəhərə axını ilə əlaqədar olmuşdur. ABŞ-də ilk küçə şəbəkəsi olan Qırx quldur 1820-ci illərin sonlarında Nyu-Yorkda yaranmışdır. Vaşinqton şəhərindəki bandalar indiki Fedral Üçbucağa nəzarət edirdilər.[12]

Mara Salvatrucha döyməli dəstə üzvləri qandallanır.

Milli Gənclər Banda Mərkəzinin məlumatına əsasən, 2007-ci ildə ABŞ-də aktiv küçə bandasının üzvlərinin sayı təxminən 785,000 təşkil edirdi.[13] 2011-ci ildə Federal Təhqiqat Bürosunun Milli Banda Kəşfiyyat Mərkəzi qeyd edir ki, "ABŞ-də 33,500-dən çox bandanı əhatə edən təxminən 1,4 milyon küçə, həbsxana və qanundankənar banda üzvləri var."[14] 2011-ci ildə ABŞ həbsxanalarında təxminən 230,000 banda üzvü var idi.[14]

Çikaqo Cinayət Komissiyasının "Banda Kitabı 2012" adlı nəşrinə əsasən, ABŞ-də banda üzvlərinin sayına görə çoxluq təşkil edən şəhər Çikaqodur: 150,000 nəfər.[15] Tarixən Los-Anceles dairəsi Amerikanın Banda Paytaxtı hesab edilib. Burada 120,000 (41,000 şəhərin özündə) nəfər banda üzvü fəaliyyət göstərir.[16] 2007-ci ildə ABŞ-də ən az 30,000 banda və 800,000 banda üzvü var idi.[17][18] 2009-cu ildə 900,000-dən çox şəbəkə üzvü "ölkə daxilindəki yerli icmalarda" yaşadığı halda, 147,000 nəfər ABŞ həbsxanalarında olublar.[19] 1999-cu il üçün bütün banda üzvlərinin 47%-ni hispaniklər, 31%-ni afroamerikalılar, 13%-ni ağ amerikalılar, 7%-ni isə amerika asiyalıları təşkil edirdi.[20]

Banda siqnalı verən Crips üzvü.

13 dekabr 2009-cu ildə The New York Times Payn-Ric Hindu rezervasiyasında artan banda zülmü ilə əlaqədar məqalə dərc etmişdi və müəyyən olunmuşdur ki, təkcə bu rezervasiyada 5,000 üzvü olan 39 banda var.[21] Salvadorda 25,000-50,000 nəfər banda üzvü fəaliyyət göstərir.[22] 2011-ci ildə Böyük Britaniyada 1,800-dən çox bandanın fəaliyyət göstərdiyi aşkar olunmuşdur.[23]

Federal Təhqiqat Bürosu müəyyən etmişdir ki, ABŞ-də fəaliyyət göstərən dörd italyan mütəşəkkil cinayətkarlıq qrupunun cəmi 25,000 üzvü var.[24] Rus, çeçen, azərbaycanlı, ukraynalı, gürcü, erməni və digər keçmiş Sovet İttifaqı ölkələrində mütəşəkkil dəstələr, eləcə də "Qardaşlıqlar" kimi mütəşəkkil cinayətkarlıqla əlaqəli bir çox ittifaqlar var, lakin bu barədə heç bir statistik məlumat yoxdur. Yakudza dünyada ən böyük cinayətkar təşkilatlardan biridir. 2005-ci ildə Yaponiyada təşkilatın 102,400 üzvü məlum idi.[25] Honkonq Triadası XXI əsrdə üzvlərinin sayı 160,000-dək olmuşdur.[26] Halbuki 1950-ci illərdə Honkonqda 300,000 Triada üzvü var idi.[27]

Məşhur bandalar

[redaktə | mənbəni redaktə et]

Ən məşhur mütəşəkkil dəstələr Siciliyadakı Koza nostraAmerika mafiyasıdır.[28]

  1. "Banditizm işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 iyun 1996-cı il tarixli 1 saylı Qərarı". 2022-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-26.
  2. Douglas Harper. "gang". Online Etymology Dictionary. 2017-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-26.
  3. Cleasby/Vigfusson An Icelandic-English Dictionary (1874); GÖNGUDRYKKJA -- GARÐR Arxivləşdirilib 2017-06-30 at the Wayback Machine
  4. "Gabg". dictionary.com. 2018-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-26.
  5. "Hi, gang! (used with friends)". wordreference.com. 2018-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-26.
  6. Caspar Walsh. "Gangs are good for society". theguardian.com. 10 November 2011. 18 June 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 November 2018.
  7. Moore, Barrington. Social origins of dictatorship and democracy: Lord and peasant in the making of the modern world. Boston: Beacon Press. March 1967 [1966]. səh. 214. Gangsterism is likely to crop up wherever the forces of law and order are weak. European feudalism was mainly gangsterism that had become society itself and acquired respectability through the notions of chivalry. As the rise of feudalism out of the decay of the Roman administrative system shows, this form of self-help which victimizes others is in principle opposed to the workings of a sound bureaucratic system.
  8. Rubinstein, W. D. Genocide: a history. Pearson Education. 2004. səh. 82. ISBN 0-582-50601-8. 2021-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-26.
  9. 1 2 3 Howell, James C. Gangs in America's Communities. 2019-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-26.
  10. Gang (crime) Arxivləşdirilib 2009-04-16 at the Wayback Machine. Encyclopædia Britannica.
  11. "The Growth of Youth Gang Problems in the United States: 1970-98". 2001. 2021-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-27.
  12. Savage, Monument Wars: Washington, D.C., the National Mall, and the Transformation of the Memorial Landscape, 2009, p. 100-101; Gutheim and Lee, p. 73; Lowry, p. 61-65; Evelyn, Dickson, and Ackerman, pp. 63-64.
  13. [1] Arxiv surəti 22 yanvar 2012 tarixindən Wayback Machine saytında Arxivləşdirilib yanvar 22, 2012, at the Wayback Machine
  14. 1 2 "FBI — 2011 National Gang Threat Assessment – Emerging Trends Arxivləşdirilib 2022-09-05 at the Wayback Machine. Fbi.gov.
  15. "Chicago Most Infested City in U.S., Officials Say". NBC Chicago. 2012-01-26. 2016-01-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-10-24.
  16. Paul Harris. "Gang mayhem grips LA". London: Observer.guardian.co.uk. 2007-03-18. 2008-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-05-23.
  17. "COPS Office: Gangs". Cops.usdoj.gov. 2009-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-18.
  18. L.A. Gangs: Nine Miles and Spreading Arxiv surəti 16 aprel 2008 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2008-04-16 at the Wayback Machine. Laweekly.com. December 13, 2007.
  19. Report: Gang membership on the rise across U.S. Arxivləşdirilib 2023-07-02 at the Wayback Machine, by Kevin Johnson, USA Today, January 30, 2009
  20. Egley, Arlen Jr. "Highlights of the 1999 National Youth Gang Survey" (PDF). U.S. Department of Justice. November 2000. October 20, 2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: April 1, 2015.
  21. "Indian Gangs Grow, Bringing Fear and Violence to Reservation Arxivləşdirilib 2021-08-13 at the Wayback Machine". The New York Times. December 13, 2009
  22. "El Salvador's teenage beauty queens live and die by gang law" Arxivləşdirilib 2021-03-08 at the Wayback Machine, The Observer, November 10, 2002
  23. "LA gangs take over UK streets". Arxivləşdirilib 2016-03-07 at the Wayback Machine The Sun. April 15, 2010.
  24. "Italian Organized Crime—Overview" Arxiv surəti 8 oktyabr 2006 tarixindən Wayback Machine saytında Arxivləşdirilib oktyabr 7, 2010, at the Wayback Machine. FBI.gov.
  25. Criminal Investigation: Fight Against Organized Crime (1)[daimi ölü keçid], Overview of Japanese Police, National Police Agency (June 2007).
  26. Asian Triads Arxiv surəti 17 fevral 2013 tarixindən Wayback Machine saytında Arxivləşdirilib fevral 17, 2013, at the Wayback Machine
  27. Hong Kong's T-Shirt Contest Arxivləşdirilib 2009-02-14 at the Wayback Machine. TIME. November 28, 2007.
  28. "Introduction to the Mafia". source. 2016-01-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009.