Bülənd Ulusu
Bülənd Ulusu | |
---|---|
türk. Saim Bülent Ulusu[1] | |
21 iyul 1980 – 13 dekabr 1983 | |
Əvvəlki | Süleyman Dəmirəl |
Sonrakı | Turqut Özal |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 7 may 1923 |
Doğum yeri | |
Vəfat tarixi | 23 dekabr 2015[2] (92 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, hərbi qulluqçu, donanma zabiti[d] |
Rütbəsi | Admiral |
Bülənd Ulusu (7 may 1923, Üsküdar, İstanbul ili – 23 dekabr 2015[2], İstanbul) – Türkiyə Respublikasının Baş naziri (1980–1983-cü illər).
Həyatı
[redaktə | mənbəni redaktə et]Saim Bülənd Ulusu 1923-ci ildə İstanbulda anadan olmuşdur. 1 may 1940-cı ildə Hərbi Dəniz Məktəbinə daxil olmuş və 15 oktyabr 1941-ci ildə "asteğmen" (ən kiçik hərbi rütbə) rütbəsi alaraq buranı bitirmişdir. Bundan sonra müxtəlif qərargah vəzifələrində çalışmışdır. 1955-ci ildə Hərbi Dəniz Akademiyasını bitirmişdir. TCG Gaziantepe Komutanlığı və müxtəlif qərargah vəzifələrini icra etmiş və briqada generalı rütbəsinə (1964-cü il) qədər yüksəlmişdir.
Bu rütbədə Dəniz Qüvvələri Komutanlığı Harekat Dairə Başqanlığında mina flotunda komandir köməkçisi vəzifəsində çalışmış, 1967-ci ildə general-mayor rütbəsi almışdır. Hərbi Flot Komandanlığı və Dəniz Qüvvələri Komandanlığı Hətəkatı Başqanlığında çalışmışdır. 1970-ci ildə general-leytenant rütbəsi almışdır. Şimal Dəniz Sahə Komandanı, , Dəniz Qüvvələri Komandanlığı qərargah rəisi və Dəniz qüvvələri Komandanı vəzifələrini yerinə yetirmiş və 1974-cü ildə general rütbəsini almışdır.
Ali Hərbi Şura üzvü, Müdafiə Nazirliyində nazir müavini vəzifələrində çalışmışdır. 1977–1980 illərdə Dəniz Qüvvələri Komandanı vəzifəsini icra etmişdir. 1980-ci il avqust ayında ordudan tərxis olunub.
12 iyul 1980-ci ildə Türkiyədə baş verən dövlət çevrilişdən sonra hökuməti qurmaq ona tapşırıldı. Azad seçkilərin keçirildiyi 1983-cü il tarixinə qədər Türkiyənin Baş naziri oldu. 1983-cü il seçkilərindən sonra XVII çağırış İstanbul millət vəkili olmuşdur.
Evlidir, 1 uşağı var idi.23 dekabr 2015-ci ildə 92 yaşında İstanbulda vəfat edib.
Mükafatları
[redaktə | mənbəni redaktə et]- Türk Silâhlı Kuvvetleri Üstün Hizmet Madalyası,
- Tunus Devlet Başkanlığından Üstün Liyakat Madalyası,
- A.B.D. Savunma Bakanlığı Üstün Hizmet Madalyası.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ https://i.hizliresim.com/vypu9qr.PNG.
- ↑ 1 2 Bülent Ulusu // Munzinger Personen (alm.).