Azercell

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Azercell
Azercell Telecom Məhdud Məsuliyyətli Cəmiyyəti
Loqonun şəkli
Ümumi məlumatlar
Tipi Mobil rabitə
Sənaye Telekommunikasiya
Təsis tarixi 15 dekabr 1996
Baş qərargahın yeri Bakı Bakı
Struktur
İşçi sayı ~1000 nəfər
Ana şirkət Azerbaijan International Telecom
Rəhbərlik
Prezident Zərinə Zeynalova
Azercell Telekom
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
"Azercell Telekom"-un əsas ofisi (Bakı)

Azercell — (Azercell Telekom” MMC) Azərbaycan telekommunikasiya şirkəti.

“Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinə doğru irəliləyən Azercell-in xidmətləri 5 milyondan çox abunəçinin seçimidir. Şirkətin bazar payı 49%, ölkə ərazisi üzrə əhatə dairəsi 94,50%, ölkə əhalisi üzrə əhatə dairəsi 98,35% təşkil edir. Azercell-in ümumi LTE stansiyalarının sayı 3400-ü ötüb.

2020-ci ildə Azercell ölkədə və MDB məkanında beynəlxalq 2020-ci ildə Azercell ölkədə və MDB məkanında beynəlxalq “Investors In People” İnsana Sərmayə Platin Sertifikatına layiq görülən yeganə şirkət oldu. Beynəlxalq Biznes STEVIE Mükafatlarının “İlin kommunikasiya şirkəti” və “İlin ən innovativ şirkəti” nominasiyası üzrə ən yüksək pillədə qərarlaşaraq, Azərbaycanda Qızıl Stevie mükafatı alan yeganə şirkətdir. Azercell EN15838 (müştərilərlə əlaqələrin yüksək səviyyəsinə zəmanət) beynəlxalq standartına sahibdir.

"Azercell Telekom" BM 1996-cı ilin yanvarında təsis edilib və həmin ilin dekabrın 15-də Azərbaycanda ilk GSM operatoru kimi öz kommersiya fəaliyyətinə başlayıb. Şirkətin ilk təsisçiləri Türkiyənin "Türkcell İletişim Hizmetleri A. Ş." şirkəti və Azərbaycan Respublikasının Rabitə Nazirliyi olub. Azercell beynəlxalq Telia Company şirkətlər qrupunun tərkibində olub.

Hazırda Azercell şirkətinin yeganə sərmayədarı Türkiyənin "Azertel Telekomünikasyon ve Yatırım Dış Ticaret A. Ş," şirkətidir.[1]

Əhatə dairəsi və rominq

[redaktə | mənbəni redaktə et]

Fəaliyyəti ərzində Azercell-in əhatə dairəsinə əhalinin 98,8035%, respublika ərazisinin isə 94,450% daxil edilib. 2022-2023-cü illər ərzində həyata keçirilmiş şəbəkənin irimiqyaslı genişləndirilməsi və modernləşdirilməsi layihəsi çərçivəsində Bakı Metropoliteninin bütün metropolitenin bütün 24 stansiyası və tunelləri 4G şəbəkəsi ilə əhatə olunub.

Fakturalı xətt abunəçiləri üçün dünyanın 166 ölkəsinin 413 mobil rabitə operatorları ilə rouminq müqavilələri bağlanıb, SimSim abunəçiləri isə 109 ölkədə 251 operatorun xidmətindən istifadə edə bilər.

Abunəçi sayı

[redaktə | mənbəni redaktə et]

Ən böyük müştəri bazasına malik Azercell 5.000.000-dan çox abunəçiyə xidmət göstərir

"Azercell Telekom" MMC-nin Azərbaycanın mobil telekommunikasiya bazarındakı payı hal-hazırda 49% təşkil edir.

Dövlət büdcəsinə ödənişlər

[redaktə | mənbəni redaktə et]

Ölkənin ən iri vergi ödəyicilərindən biri olan Azercell 2023-cü ildə dövlət büdcəsinə təqribən 167 milyon manat, 27 il ərzində isə ümumilikdə təxminən 2.4 milyard manat ödəniş edib.

Şirkət ölkədə telekommunikasiya sahəsinin inkişafına 94 milyon ABŞ dolları, 1996-2023-cü illər ərzində isə 1,9 milyard ABŞ dolları həcmində sərmayə yatırıb.

Azercell-in tarixində həlledici anlar: [1]
1996
  • 19 yanvar 1996-cı il — Azərbaycanda ilk GSM mobil operatoru olan "Azercell Telekom" MMC şirkəti təsis edildi.
  • 15 dekabr 1996-cı il — "Azercell Telekom" MMC şirkəti fəaliyyətə başladı.
1997
  • Ümumi abunəçi sayı 20 000 nəfərə çatdı.
  • İlk roaminq xidməti istifadəyə verildi.
  • Naxçıvanda ilk bölgə nümayəndəliyi açıldı.
  • "Ümid Yeri" Küçə Uşaqları üçün Reabilitasiya Mərkəzi himayəyə götürüldü.
1998
  • Azərbaycanda ilk dəfə 24/7 işləyən Müştəri Xidmətləri / Telefon Mərkəzi fəaliyyətə başladı
  • "SimSim" əvvəlcədən ödəmə danışıq sisteminin tətbiq olundu.
1999
  • "Azeronline" internet təminatçısı təsis olundu.
  • Bakı Metropoliteni stansiyaları Azercell-in əhatə dairəsinə alındı.
2000
  • ISO 9001 Beynəlxalq Keyfiyyət Sistemi Sertifikatı alındı.
2001
  • Ümumi abunəçi sayı 500 000-ə çatdı
  • İnformasiya ötürülməsi həcmini artırmağa imkan verən Fiber optik texnologiyası tətbiq edildi
2002
  • Ekonom tarif paketi tətbiq olundu
  • "Mən, sən, o, biz, Sim-Simdən hədiyyəmiz" kampaniyası təşkil edildi
  • Novruz Bayramında Azercell'in təşəbbüsü və maliyyə dəstəyi ilə Bayılda məskunlaşmış 150 qaçqın, məcburi köçkün və şəhid ailəsinə 6 milyon manat məbləğində ərzaq yardımı paylanıldı.
2003
  • SimSim danışıq kartlarında qiymət dəyişilmədən kontur sayı əhəmiyyətli dərəcədə artırıldı
  • Azərbaycan Dövlət Neft Akademiyanda Azercell-in dəstəyi ilə kompüter otağı açıldı.
2004
  • Ümumi abunəçi sayı 1 000 000-a çatdı
  • Özündə Satış, Müştəri Xidmətləri və Ödəmə Nöqtələrini birləşdirən Azercell Expres ofisləri açıldı
  • GPRS texnologiyası tətbiq edildi
  • 2,5G GSM texnologiyası istifadəyə verildi
2005
  • GəncSim Layihəsinin həyata keçirilməsi
  • Bölgə Azex ofislərinin açılması
  • Şirkətimizin"Investor in People" İnsana Sərmayyə (IIP) standartına yiyələnməsi
2006
  • Ümumi abunəçi sayı 2 000 000-a çatdı
  • Azərbaycanda ilk dəfə özünəxidmət köşkləri istifadəyə verildi
2007
  • Ümumi abunəçi sayı 3 000 000-a çatdı
  • Baza stansiyaların (RBS) sayı 1000-ə çatdırıldı
  • Fakturasız xətt sistemində (Sim Sim) rouminq xidməti təqdim olundu
2008
  • Baza stansiyaların sayı 1400-ü ötdü
  • Azərbaycanda ilk dəfə 3G texnologiyası BakuTel sərgisi çərçivəsində nümayiş etdirildi
  • Günəş enerjisi ilə çalışan ilk "yaşıl" baza stansiyası quraşdırıld��
  • MobilBank xidməti təqdim olundu
2009
  • "BARAMA" innovasiya inkubatoru yaradıldı
2010
  • Ümumi abunəçi sayı 4 000 000-a çatdı
  • Azercell-in dəstəyi ilə "Uşaq Qaynar Xətt" xidməti fəaliyyətə başladı
2011
  • 3G lisenziyası alındı və xidmət istifadəyə verildi
  • Ölkədə ilk dəfə olaraq Onlayn Müştəri Xidmətləri portalı istifadəyə verildi
  • "World Finance" jurnalı Azercell-i "Green Telecoms" mükafatı ilə təltif etdi
2012
  • Ölkədə ilk dəfə 4G xidməti istifadəyə verildi
  • Azercell Avroviziya-2012 Mahnı Müsabiqəsinin baş sponsoru və şəbəkə təminatçısı oldu
2013
  • Bütün abunəçilər üçün ümumi ödəmə kartı istifadəyə verildi
2014
  • Ölkəmizi beynəlxalq arenada yüksək səviyyədə təmsil edən Azercell Telekom telekommunikasiya sahəsində tətbiq etdiyi yenliklərə və həyata keçirdiyi innovativ layihələrə görə 3 nominasiya üzrə nüfuzlu Stevie Beynəlxalq Biznes Mükafatını (İnternational Business Awards Stevie) qazanıb
2015
  • Azercell "Stevie" Beynəlxalq Biznes Mükafatı tərəfindən "İlin şirkəti" adına layiq görüldü
2016
  • 4G RBS sayı 486 təşkil etdi
2017
  • LTE xidmətini regionlara gətirən ilk mobil operator Azercell oldu
  • Azercell-in 4G internet istifadəçilərinin sayı əvvəlki illə müqayisədə 3 dəfə artdı
  • Mobil internetdən istifadə həcmi 50% çoxaldı
  • Ölkədə ilk dəfə "Virtual ATS" xidməti istifadəyə verildi
2018
  • "Investors in People" (IIP) -MDB məkanında İnsana Sərmayə Standartı tərəfindən QIZIL sertifikata layiq görülən yeganə telekommunikasiya şirkəti oldu
  • Mobil internet trafikin istifadəsi 13 petabayta çatdı
  • Azercell-in 4G istifadəçilərinin sayı il ərzində 3 dəfə artaraq 1 000 000 keçdi
  • Rouminq internet paketləri təqdim olundu
2019
  • Ölkə üzrə toplam 1617 yeni RBS quraşdırıldı, onların 1217-ni 4G şəbəkəsi üzərindən çalışan saytlar təşkil etdi
  • Azercell şəbəkələri vasitəsilə ötürülən internet trafikinin həcmi 304% artdı
  • Ölkədə və Cənubi Qafqazda ilk 5G pilot şəbəkəsi istifadəyə verildi
  • Azercell Azərbaycanda İSO/IEC 27001 Beynəlxalq İnformasiya Təhlükəsizliyi Standartına uyğunluq sertifikatını alan ilk mobil operator oldu
2020
  • Ümumi abunəçi sayı 5 000 000-a çatdı
  • İşğaldan azad edilmiş ərazilərdə ilk mobil infrastruktur quruldu
2021
  • 4G texnologiyası əsasında çalışan RBS sayı 2922-yə çatdı
  • Azercell işğaldan azad olunmuş ərazilərdə abunəçilərə müştəri xidmətləri göstərən ilk şirkət oldu
  • Işğaldan azad olunmuş torpaqlarda Azercell şirkətinə məxsus 70-dən artıq RBS 2G/3G/4G standartları ilə işə başladı
  • Bakı metropoliteninin bütün 24 stansiyası və tunelləri 4G şəbəkəsi ilə əhatə olundu
  • "Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyaları üçün əşyaların interneti (IoT) texnologiyasına əsaslanmış daha az enerji sərfiyyatlı şəbəkə infrastrukturunun sınaqlarını uğurla həyata keçirən ilk operator oldu
  • "Qaliblərin seçimi — 010 prefiksli nömrələr" Azərbaycanın mobil rabitə bazarına çıxarıldı 
2022
  • Bakıda beşinci nəsil (5G) rabitə standartı sınaq rejimində istifadəyə verildi
  • Azercell şəbəkəsinin genişləndirilməsi və modernləşdirilməsi üzrə irimiqyaslı layihəyə start verildi
  • Işğaldan azad olunmuş torpaqlarımızda Azercell-in 100-ə yaxın RBS 2G/3G/4G standartları əsasında işə salındı
  • Bazara "akart" ticarət markası altında Azercell Rəqəmsal kartı çıxarıldı
  • Azercell-in təşəbbüsü və dəstəyilə "Qadın Qaynar Xətti" yaradıldı
  • "TEKNOFEST Azərbaycan" festivalının baş sponsoru oldu
  • Zəngilanın Ağalı kəndində ilk rəsmi satış və xidmət məntəqəsi açıldı
  • Şuşada Azercell Eksklüziv ofisi açıldı
  • Qubadlı və Cəbrayılda günəş enerjisi ilə çalışan "yaşıl" baza stansiyaları istismara verildi
  • "Şuşa İli" ilə əlaqədar "Qarabağın səsini dinlə" layihəsi keçirildi
  • eSİM xidməti müştərilərinin sərəncamına verildi
  • Süni İntellekt əsasında çalışan Virtual Assistent xidməti test rejimində təqdim olundu
2023
  • Azercell-in 4G şəbəkəsi Naxçıvan şəhərini əhatə etdi
  • Baza stansiyaların ümumi sayı 3468-ə çatdırıldı, onların 3431-ni 4G şəbəkəsi üzərindən çalışan saytlar təşkil etdi
  • Əhali əhatə dairəsi 95,20%, coğrafi əhatə dairəsi 88,30% təşkil etdi
  • Azercell Biznes ölkədə ilk dəfə kənd təsərrüfatı sahəsinə müasir "Suvarmaya nəzarət sistemi" həllini təqdim etdi
  • Xankəndi, Ağdərə və Xocalı Azercell-in əhatə dairəsinə daxil edildi
  • Azercell və "e&International" (Etisalat) arasında strateji tərəfdaşlıq quruldu
  • Süni Zəka əsasında çalışan Virtual Assistent AiCell abunəçilərin istifadəsinə verildi
  1. "Turkcell'in ortağı Azercell'i bitirdi". 2021-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-17.

[1][2][3]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "Azercell texnoloji innovasiyalarla yanaşı sosial məsuliyyəti də diqqət mərkəzində saxlayır". 2024-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-09.
  2. "Azercell müştəriləri üçün innovativ həlləri əlçatan etməyə davam edir". 2024-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-09.
  3. "Ölkənin lider mobil operatoru hədəflərinə doğru əzmlə addımlayır". 2024-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-09.