Azərbaycan Milli Qvardiyası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Azərbaycan Milli Qvardiyası
Növü Hərb
Yaranma tarixi 25 dekabr 1991–h.h.
Ölkə Azərbaycan Azərbaycan
Tabedir Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti
Daxildir Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti
Hissə Alay
Qərargah Bakı
Himayədarı Azərbaycan Respublikası Prezidenti
Döyüşlər
Komandanlıq
Komandir Akif Yusifov
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azərbaycan Milli Qvardiyası — Azərbaycanda Milli Qvardiya Azərbaycan Respublikasının Prezidentinin 25 dekabr 1991-ci il tarixli 524 saylı Fərmanı ilə yaradılmışdır. [1]

Milli Qvardiyaların tarixi

[redaktə | mənbəni redaktə et]

Uzaq keçmişlərdə mühafizə işini əsasən o zamanlar mövcud olmuş xüsusi keşikçi dəstələri və yaxud seçmə qoşun hissəsi olan qvardiyalar təşkil edirdi. "Qvardiya" — italyan mənşəli sözdür. Mənası "imtiyazlı seçmə qoşun hissəsi" deməkdir. Ancaq qvardiya mənşəli mühafizə dəstələri hələ quldarlıq dövründə meydana çıxmışdılar və monarxların, yaxud sərkərdələrin keşikçiləri şəklində fəaliyyət göstərirdilər. "Qvardiyaçı" termini ilk dəfə XII əsrdə İtaliyada dövlət bayrağını mühafizə edən dəstənin adını ifadə etmək üçün işlədilmişdir. XV əsrdə Fransada, İngiltərədə, İsveçdə, Prussiyada, XVII əsrdə Yaponiyada, XIX əsrdə isə bir çox digər dövlətlərdə qvardiyalar yaradılmışdı. Rusiyada ilk qvardiyanı 1687-ci ildə I Pyotr yaratmışdır. Orta əsrlərdə Şərqdə də muzdlulardan və qullardan ibarət keşikçi dəstələrinin seçmə hissəsi olan qvardiyalar təşkil edilirdi. [2]

Milli Qvardiya isə ilk dəfə Böyük Fransa inqilabı dövründə Parisdə yaradılmışdır. Azərbaycanda dövlət səviyyəsində mühafizə xidmətinin qurulması işinə isə ilk dəfə 1918–1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə başlanmışdır. SSRİ dağıldıqdan sonra öz müstəqilliyini əldə etmiş Azərbaycanda siyasi, iqtisadi, qanunvericilik sistemlərində olduğu kimi, inzibati orqanlarda da yenidənqurma işləri aparılaraq yeni şəraitə uyğun optimal idarəçilik formaları axtarılmağa başladı. Mühafizə sisteminin əhəmiyyəti getdikcə daha da artdı, onun strukturu təkmillləşdi, tərkibi genişləndi. 25 dekabr 1991-ci ildə Milli Qvardiya yaradıldı. Qvardiyanın Əsasnaməsi, strukturu və vəzifə maaşları təsdiq edildi. İlk vaxtlar Milli Qvardiyada hərbi xidmət könüllülük qaydasında iki illik müqavilə əsasında idi. Şəxsi heyətin seçimi MTN, DİNMN-in kadr orqanlarının köməkliyi ilə həyata keçirilirdi. 31 iyul 1992-ci il tarixli Fərmanın tələblərinə əsasən Milli Qvardiyanın ştat vahidi artırıldı. Bununla əlaqədar Milli Qvardiyada Alay yaradıldı.

  1. "XÜSUSİ DÖVLƏT MÜHAFİZƏ XİDMƏTİNİN ŞƏXSİ HEYƏTİ İLƏKEÇİRİLƏN GÖRÜŞDƏ AZƏRBAYCAN PREZİDENTİ, SİLAHLI QÜVVƏLƏRİN ALİ BAŞ KOMANDANI İLHAM ƏLİYEVİN NİTQİ. azertag.az". 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-10.
  2. "Milli Qvardiya. dmx.gov.az". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-11.