Astrakanta

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Astrakanta
Elmi təsnifat
Beynəlxalq elmi adı

Astrakanta (lat. Astracantha) — paxlaçiçəklilər sırasının paxlakimilər fəsiləsinə aid bitki cinsi.

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Geniş yayılma arealı yoxdur. Əsasən Azərbaycan ərazisində, orta dağ qurşağında açıq sahələrdə təbii halda yayılmışdır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Təbiətdə yarpağını tökən, 5-15 sm-ə qədər hündürlükdə kolcuqdur. Nazik budaqları 5–15 mm-ə qədər diametrdə olub, tikanlarla örtülüdür. Yerə yatıq, yarpaqcıqları 7-8 cüt olub, uzunsov, dağınıq, kirpikvarı tüklüdür. Çiçəkləri sarı, şarvarı başcıq çiçək qrupunda toplanmışdır. Paxlası uzunsov-yumurtavarı, bir qədər yumşaq tüklüdür. İyul ayında çiçəkləyir.

Təbii şəraitdə toxum vasitəsilə çoxalır. Təbii ehtiyatının dəyişilməsi səbəbi başlıca olaraq insan fəaliyyətidir. Becərilməsi haqqında məlumat yoxdur. Qəbul edilmiş qoruma tədbiri yoxdur.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Azərbaycanın nadir bitkisidir. VU C2a (i). Naxçıvan MR (Qaraquş dağları) ərazisində yayılmışdır. Azərbaycanın "Qırmızı kitab"ına daxil edilməsi tövsiyə olunur.

  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh.