Arlekin

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Arlekin maskasinin numunəsi.

Arlekin (it. Arlecchino) – 16 əsrin II yarısında Dzan Qanassa ləqəbli italyan aktyoru tərəfindən yaradılmış ənənəvi del-arte komediyası maskası.[1] Adının orta əsrlər fransız misteriyasındakı Erlekin, yaxud Ellekin adlı komik iblis obrazından alındığı ehtimal olunur. Del arte komediyasında arlekin çox vaxt nökərdir.[2]

Əvvəllər arlekin obrazı tamaşanın intriqasını inkişaf etdirən şən, sadəlövh ac adam idi; atributları kasıblıq bildirən rəngbərəng yamaqlı ağ kostyum, alnında fırı (orta əsrlərin təsəvvürlərindəki şeytanın xırda buynuzlarını xatırladan) olan tünd rəngli tüklü maska, dovşanquyruqlu ağ papaq (qorxaqlıq əlaməti) və taxta qılınc olmuşdur.

17 əsrdə maskanın estetikləşməsi italyan aktyoru D. Byan kolellinin adı ilə bağlıdır: Arlekin obrazı nəcibləşmiş, yamaqlar al-əlvan üçbucaq və romblara çevrilmiş, maskanın tüklülüyü itmiş, plastikası rəqsə yaxınlaşmışdır; Arlekinin özü daha bic, diri baş, bəzən isə acıdil olmuşdur. İtalyan aktyorlarından T. Martinelli, A. Konstantini, E. Gerardi, 20 əsrdə M. Moretti və F. Soleri arlekin maskasının görkəmli ifaçıları olmuşlar.

  1. Duchartre 1929, p. 82; Laurence Senelick in Banham 1995, "Harlequin" p. 472; Rudlin & Crick 2001, pp. 12–13
  2. Andrews 2008, p. liv, note 32, citing Ferrone, Henke, and Gambelli. ^ Jump up to: a b c d
  • Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 2-ci cild: Argentina – Babilik (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2010. səh. 58. ISBN 978-9952-441-05-5.