Arikaralar
Naviqasiyaya keç
Axtarışa keç
Arikaralar – ABŞ-də (Şimali Dakota ştatının Fort-Bertold rezervasiyasında) yaşayan keddo qrupundan hindi xalqı.
Ümumi məlumat
[redaktə | mənbəni redaktə et]Sayları 700 nəfərdir (1995). Arikara dilində danışırlar. İngilis dili də yayılmışdır. Dindarları protestantdır. Ənənəvi dinləri şamanizm idi. Qırılıb-yandırılmış əkinçilik, bizon ovu, yığıcılıq və balıqçılıqla məşğul olmuşlar. Çeyenlər və dakotalarla mübadilə ticarəti aparan Arikaralar qarğıdalı, tütün, at və qatır müqabilində onlardan silah, balta, qazan alırdılar. Arikaraların yaşayış məskənləri çay sahillərində yerləşirdi. Muasir Arikaraların qismən muxtariyyətləri var; maldarlıq, fermer təsərrüfatı, xırda sahibkarlıq və muzdlu işlə məşğuldurlar.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Campbell, Lyle. (1997). American Indian languages: The historical linguistics of Native America. New York: Oxford University Press. ISBN 0-19-509427-1.
- Mithun, Marianne. (1999). The languages of Native North America. Cambridge: Cambridge University Press. ISBN 0-521-23228-7 (hbk); ISBN 0–521-29875-X.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]Vikianbarda Arikaralar ilə əlaqəli mediafayllar var.
Etnik qrup haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |