Anton Lange

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Anton Lange
Doğum tarixi 13 oktyabr 1963(1963-10-13) (61 yaş)
Doğum yeri
Təhsili
  • Moskva Dövlət Universiteti Biologiya fakültəsi[d]
Fəaliyyəti fotoqraf
Elmi dərəcəsi
  • biologiya üzrə fəlsəfə doktoru[d]

Anton Lange (1963-cü il 12 oktyabrda Moskva şəhərində anadan olmuşdur; həqiqi adı - Anton Leonidoviç Tamarin) - tanınmış rus fotoqrafı, fotorəssam.[1]. Fərdi və kollektiv sərgilərin iştirakçısı, "Qızıl alma" mükafatı laureatı,

Tərcümeyi-halı

[redaktə | mənbəni redaktə et]

Anton Lange 1985-ci ildə Moskva Dövlət Universitetinin biologiya fakultəsini bitirmişdir. O, 1989-cu ildə aspiranturanı bitirərək namizədlik dissertasiyasını müdafiə etmiş və biologiya elmləri namizədi alimlik dərəcəsini almışdır.

1989-cu ildən 1992-ci ilədək Anton Lange Moskva Dövlət Universitetinin biologiya fakultəsində müəllim vəzifəsində işləmiş, eyni zamanda SSRİ-nin tanınmış fotoqraflarının assisenti olmuşdur. O, 1992-ci ildən ömrünü tamamilə fotoqrafiyaya həsr etmişdir.

Anton Lange 1992-ci ildən 1995-ci ilədək Fransada "Danone" firmasında fotoqraf işləmiş,[2], 1995-ci ildən Rusiyaya qayıtmışdır.

  • 2007-ci il - "Anton Langenin gündəlikləri"
  • 2008-ci il - "Q-STORIES: Bir gecənin səhnələri"
  • 2008-ci il - "Rusiya qatarın pəncərəsindən"
  • 2009-cu il - "Work"
  1. "Пресс-портрет Антона Ланге на Яндексе". 2009-03-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-03-05.
  2. "Эхо Москвы. Интервью с Антоном Ланге". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-03-05.