Anna Dostoyevskaya
Anna Dostoyevskaya | |
---|---|
rus. Анна Григорьевна Достоевская | |
Doğum adı | Анна Григорьевна Сниткина |
Doğum tarixi | 30 avqust (11 sentyabr) 1846[1] |
Doğum yeri | |
Vəfat tarixi | 9 iyun 1918[2][3] (71 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Həyat yoldaşı |
|
Fəaliyyəti | gündəlik yazıçısı[d], court stenographer[d], stenotypist[d], memuarçı, naşir |
Əsərlərinin dili | rus dili |
Anna Dostoyevskaya Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Anna Qriqoryevna Dostoyevskaya(rus. Анна Григорьевна Достоевская; 30 avqust (11 sentyabr) 1846[1], Sankt-Peterburq[6][5] – 9 iyun 1918[2][3], Yalta[7][5]) - Rusiyalı memorist, stenoqraf, filatelist. O, Dostoyevskinin həm köməkçisi, həm də ikinci həyat yoldaşı (1867-ci ildən) olmuşdur. O, Fyodor Dostoyevskinin həyatından bəhs edən iki bioqrafik əsər yazmışdır: ölümündən sonra 1923-cü ildə nəşr edilən Anna Dostoyevskayanın 1867-dəki gündəliyi və 1925-ci ildə nəşr edilən Anna Dostoyevskayanın xatirələri[8]
Həyatı
[redaktə | mənbəni redaktə et]Anna Mariya Anna və Qriqori İvanoviç Snitkin cütlüyünün övladı idi. O, akademik liseydən məzun olmuş və ardınca stenoqraflığı tədris etmişdir.[9]
Evlilik
[redaktə | mənbəni redaktə et]Anna Snitkina 4 oktyabr 1866-cı ildə Fyodor Dostoyevskinin "Qumarbaz" romanının stenoqrafı olaraq işləməyə başlamışdır.[10] Bir ay sonra onlar nişanlandılar.[10]
Anna Xatirələr kitabında Dostoyevskinin ona evlilik təklifini sanki xəyali romanında qadın psixologiyasını anlamaq üçün onun məsləhətinə ehtiyacı varmış kimi davranaraq etdiyini deyir.[11] Hekayədə qoca rəssam Anya adlı gənc qıza evlilik təklifi edir. Dostoyevski çox gənc və fərqli xarakterdə olan bir qızın rəssama aşiq olub ola bilməyəcəyini soruşur. Anna da bunun tamamilə mümkün olduğunu deyir. Dostoyevski Annaya: "Özünü bir anlıq o gənc qızın yerinə qoy. Təsəvvür et ki, mən rəssamam, sənə etiraf edirəm və mənim həyat yoldaşım olmağını istəyirəm. Nə cavab verərdin?" Anna dedi: " Səni sevirəm və hər zaman sevəcəm cavabını verərdim".[12][13]
Cütlük 15 fevral 1867-ci ildə evləndilər. İki ay sonra onlar xaricə getdi və təxminən dörd ildən çox orada qaldılar (1871-ci ilin iyuluna qədər). Buranı tərk etmədən çox qısa müddət əvvəl Dostoyevskinin kreditorlarından ikisini onu məhkəməyə verdilər.[14]
Dostoyevski Badendə olarkən arvadının paltarları və digər əşyaları daxil olmaqla, bütün pulunu ruletdə itirdi. Anna Dostoyevski kimi qumar manasını mənəvi şəxsiyyətindən boşatmaqda və bunu həqiqi xarakterinə yad bir şey kimi qəbul etməyi bacardı.[15] O vaxtdan sonra Anna gündəlik yazmağa başladı.[14] Onlar, demək olar ki, bir il Cenevrədə yaşadılar. Dostoyevski öz sərvətini yenidən qazanmaq üçün çox çalışdı. 22 fevral 1868-də onların il qızı Sofiya doğuldu, ancaq Sofiya üç aylıq olanda öldü. Drezdendə 1869-cu ildə onların ikinci qızı Lyubov Dostoyevskaya dünyaya gəldi (1926-cı ildə ölmüşdü). Sankt-Peterburqda olarkən Anna iki erkək övlad dünyaya gətirdi: Fyodor (16 iyul 1871 - 4 yanvar 1922) və Aleksey (10 avqust 1875 - 16 may 1878). Anna biznes problemləri və danışıqları da daxil olmaqa, bütün maliyyə məsələlərini öz üzərinə götürdü və ərini tezliklə borcdan xilas etdi. 1871-ci ildə Dostoyevski qumar oynamağı tərgitdi.
Ölümü
[redaktə | mənbəni redaktə et]Dostoyevski 1881-ci ildə öləndə Annanın 35 yaşı var idi. Buna baxmayaraq o, heç vaxt ailə həyatı qurmadı. Anna Dostoyevskaya 1918-ci il 9 iyun tarixində vəfat etdi.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Identifiants et Référentiels (fr.). ABES, 2011.
- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Anna Grigorievna Dostoievskaia // Babelio (fr.). 2007.
- ↑ 1 2 Достоевская, Анна Григорьевна (rus.). // Доде — Евразия 1931. Т. 23. С. 331–332.
- ↑ 1 2 3 4 5 6 Catalog of the German National Library (alm.).
- ↑ 1 2 Chronology at Christiaan Stange's Dostoevsky Research Station. 2000.
- ↑ 1 2 The Story of a Loyal Wife, by Alexander Ryzantsev at Publications. Russkiy Mir Foundation, 2013.
- ↑ Достоевская, А.Г. "антикварный интернет-магазин". RareBooks.ru. 8 March 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 March 2012.
- ↑ Kjetsaa, 1989. səh. 252–253
- ↑ 1 2 Lantz, K. A. Chronology // The Dostoevsky Encyclopedia. Greenwood Publishing Group. 2004. ISBN 0-313-30384-3. 2016-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-26.
- ↑ Nasedkin, Nicholay. "Around Dostoyevsky" (Russian). 22 January 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 June 2010.
- ↑ Memoirs of Anna Dostoyevskaya, pp. 96–97
- ↑ Korneichuk, Dmitry. "Life of Fyodor Dostoyevsky: Women's motives" (Russian). Chronos. 9 June 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 June 2010.
- ↑ 1 2 Lantz, K. A. The Dostoevsky Encyclopedia. Greenwood Publishing Group. 2004. 97–99. ISBN 0-313-30384-3. 2016-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-26.
- ↑ Kavouras, Ioannis. "Dostoevsky: life and gambling in Baden Baden". Roulette 30. 2018-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-07.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Kjetsaa, Geir. A Writer's Life. Fawcett Columbine. 15 January 1989.
- 11 sentyabrda doğulanlar
- 1846-cı ildə doğulanlar
- Sankt-Peterburqda doğulanlar
- 9 iyunda vəfat edənlər
- 1918-ci ildə vəfat edənlər
- 71 yaşında vəfat edənlər
- Yaltada vəfat edənlər
- Tixvin qəbiristanlığında dəfn olunanlar
- Əlifba sırasına görə yazıçı və şairlər
- Fyodor Dostoyevski
- Rusiya yazıçıları
- Qadın yazıçılar
- Rusiya memuarçıları