38°32′30″ şm. e. 25°30′30″ ş. u.HGYO

Andipsara (ada)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Andipsara adası
yun. Αντίψαρα
Ümumi məlumatlar
Sahəsi 4 km²
Uzunluğu
  • 3 km
Eni 2,5 km
Hündür nöqtəsi 130-150[1]
Əhalisi 0 nəfər (2011-ci il)
Yerləşməsi
38°32′30″ şm. e. 25°30′30″ ş. u.HGYO
Ölkə  Yunanıstan
Akvatoriya
Andipsara adası xəritədə
Andipsara adası
Andipsara adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Andipsara (deyilir Antipsara, Antipixara, yun. Αντίψαρα, т.е. "Psarla üzbəüz yerləşib") — Yunanıstanda Egey dənizinə daxil olan kiçik, insan məskunlaşmamış adalardan biridir. Ada Şərq Sporadı arxipelaqına daxildir. Daha çox əhali məskunlaşan Psar adasından 2,4 km məsafədə yerləşmişdir. Psar adaları, Andipsara adası, həmçinin Xios (Psardan 14,2 km cənub-şərqdə) və kiçik İnusses adası (Xiosdan 6 km şərqdə) birlikdə Yunanıstan Respublikasının Xios prefekturasını təşkil edir.

Andispara (Andipixara) adası Egey dənizin şərqində yerləşmişdir. Sahəsi təxminən 4 km²-dir. Dəyirmi formaya malikdir. 2011-ci il əhalinin siyahıya alma məlumatlarına görə adada insan məskunlaşmayıb. Ən yüksək zirvəsi Psili-Raxi dağıdır. Dağ dəniz səviyyəsindən 130 m hündürlükdə yerləşib. Ada qum təpələrindən və daş təpələrindən təşkil olunub. Bitki örtüyü kasaddır. Aralıq dəniz iqlimi hökm sürür. Şimaldan və qərbdən əlçatmaz qayalıqlarla örtülüdür.

İnsan məskunlaşmadığı üçün ada bir sıra quşların yuvasına çevrilib.

Arxeoloji qazıntılar göstərir ki, adada hələ qədim Yunan və Roma dövrlərində insanlar məskunlaşmışlar. Amma adanın əhalisi orta əsrlər dövründə kəskin şəkildə azalmışdır. Bunun əsas səbəbləri meşələrin kəsilməsi və içməli su ehtiyatının azalması olmuşdur. Bunula belə, Osmanlı və Bizans dövründə adada liman tikilmişdir. Lakin bu yazılı şəkildə qeydə alınmamışdır. Yunan əhalisin kökü 1824-cü ildə baş verən Psarins qətliyamı zamanı türklər tərəfindən kəsilmişdir. Həmin vaxt Psar adasının əhalisinin 90%-i məhv edilmişdir. İki il sonra isə Xios qətliyamı baş vermişdir. Yunan əhalisinin qalıqları adada aşkar edilmişdir. Adanın şərq sahilində Müqəddəs Yohan kilsəsi (Άγιος Ιωάννης) hələ də qalmışdır. Avqust ayında zəvvarlar tərəfindən ziyarət olunur.

Adaya yayda qonşu Psar adasından xeyli miqdarda turist və zəvvar gəlir.

  1. Karte Chios, 1:60.000. Road Editions, ISBN 960-8481-91-0.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]