Alfredo Di Stefano

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Alfredo Di Stefano
isp. Alfredo Di Stéfano
Alfredo Di Stefano 1947-ci ildə Argentina komandasının forması ilə
Alfredo Di Stefano 1947-ci ildə Argentina komandasının forması ilə
Ümumi məlumatlar
Ləqəbi "Sarışın ox" (La saeta rubia)
Doğum tarixi 4 iyul 1926(1926-07-04)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 7 iyul 2014(2014-07-07)[3][4][…] (88 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Almudena qəbiristanlığı[d]
Vətəndaşlığı
Boyu 178 sm
Çəkisi 80 kq
Mövqeyi hücumçu
Karyerası
Klub karyerası[* 1]
1945–1949 River Pleyt 66 (49)
1945–1946 Urakan (icarə) 25 (10)
1949–1953 Milyonarios 101 (90)
1953–1964 Real Madrid 282 (216)
1964–1966 Espanyol 47 (11)
1945—1966 Karyerası ərzində cəmi 521 (377)
Milli yığma[* 2]
1947 Argentina 6 (6)
1951—1952 Kolumbiya 4 (0)
1957—1961 İspaniya 31 (23)
Məşqçisi olduğu klublar
1967 Elçe
1969—1970 Boka Xuniors
1970—1974 Valensiya
1974 Sportinq Lissabon
1975—1976 Rayo Valyekano
1976—1977 Kastelyon
1979—1980 Valensiya
1981—1982 River Pleyt
1982—1984 Real Madrid
1985 Boka Xuniors
1986—1988 Boka Xuniors
1990—1991 Real Madrid
Təltif və medalları
Amerika Kuboku
 
Qızıl 1947 Ekvador

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Alfredo Stefano Di Stefano Laullye[7] (isp. Alfredo Stéfano Di Stéfano Laulhé; 4 iyul 1926[1][2][…], Buenos-Ayres[5]7 iyul 2014[3][4][…], Madrid[5]) — hücumçu mövqeyində oynamış Argentina əsilli futbolçu və məşqçi, futbol tarixinin ən yaxşı futbolçularından biri hesab olunur. "Sarışın ox" (La saeta rubia) ləqəbli[8][9][10] futbolçu güclü, cəld, məharətli və məhsuldar hücumçu idi. Meydançanın demək olar ki hər yerində oynamağı bacaran o, əzmkarlığı, taktiki çox yönlüliyi, yaradıcılığı və uzaqgörənliyi ilə seçilirdi.[11][12][13][14] O, ən çox "Real Madrid" ilə qazandığı uğurları ilə məşhurdur, orada o, 1950-ci illər ərzində klubun Çempionlar KubokuLa Liqada hegemonluq edən heyətin vacib hissəsi idi. O, Fransisko XentoXose Mariya Sarraqa ilə birgə beş qələbənin hamısında rol oynayan üç oyunçudan biri idi. Finalların hər birində o, qol vura bilmişdir. Di Stefano Madridə köçdükdən sonra əsasən İspaniya millisinin şərəfini qorumuşdur, lakin ArgentinaKolumbiya millilərində də çıxış etmişdir.

Di Stefano 1943-cü ildə 17 yaşında Argentinanın "River Pleyt" klubunda karyerasına başladı. 1946 mövsümünü o, "Urakan" klubuna icarəyə verildi, ancaq 1947-ci ildə "River"ə qayıtdı. 1949-cu ildə futbolçular Argentinada tətil etdiyindən, Di Stefano Kolumbiya çempionatında çıxış edən paytaxt klubu "Milyonarios"a keçdi.[15] Argentina və Kolumbiyadakı karyerasının ilk 12 ilində altı liqa çempionluğunu qazandı.[16][17] "Real Madrid"ə transfer olunduqdan sonra o, bütün zamanların ən uğurlu komandalarından birinin ayrılmaz hissəsinə çevrildi. Ferents Puşkaş ilə uğurlu tandem quraraq "Real"da keçirdiyi 282 oyunda 216 qol vurdu (o vaxt üçün rekord idi, sonradan RaulKriştiano Ronaldo bu nəticədə onu keçdilər). Di Stefanonun 58 matçda vurduğu 49 qol Çempionlar Kubokunda ən yüksək göstərici idi. O vaxtdan sonra bu rekordu bir neçə oyunçu qırdı, onlardan ən birinci 2005-ci ildə Raul etmişdir. Di Stefano 1956-1960-cı illər arasında "Real Madrid"in formasıyla ardıcıl beş Çempionlar Kuboku finalında qol vurdu, sonuncuda het-trik də etdi. Onun bu klubda çıxış etdiyi dövrü ərzində ən yadda qalan anı, bəlkə də, 1960-cı ildə Hampden Park stadionunda keçirilən Çempionlar Kuboku finalında "Ayntraxt Frankfurt" üzərində 7–3 hesablı qələbə oldu. Oyun bir çoxları tərəfindən Avropada keçirilən ən yaxşı futbol qarşılaşmalarından biri kimi qiymətlənir.[15] 1964-cü ildə "Espanyol"a transfer olundu və 40 yaşında təqaüdə çıxana qədər orada oynadı.[17]

Di Stefano, 1957 və 1959-cu illərdə Avropada İlin Futbolçusu mükafatı "Qızıl top"a layiq görülmüşdür.[16] O, hazırda İspaniyanın ali futbol çempionatında 6-cı ən çox qol vuran oyunçusudur, "Real Madrid"də isə liqa qolların sayına görə bütün zamanların ən yaxşı 3-cü futbolçusudur. O, Kriştiano Ronaldo ilə birlikdə Madrid klubunun El Klasiko tarixində ən çox qol vuran oyunçusudur.[18][19] 2003-cü ilin noyabr ayında UEFA-nın yubileyini qeyd etmək üçün İspaniya Krallığı Futbol Federasiyası tərəfindən son 50 ilin ən görkəmli oyunçusu olaraq İspaniyanın Qızıl Oyunçusu seçildi.[20] Əsrin futbolçusunu seçmək üçün keçmiş Ballon d'Or mükafatçılarına müraciət edən "France Football" jurnalının təşkil etdiyi səsvermədə o, Pele, Dieqo MaradonaYohan Kroyffdan sonra dördüncü yeri tutdu.[21] 2004-cü il "FIFA 100" adlı dünyanın ən möhtəşəm yaşayan futbolçular siyahısında Pele onun adını çəkmişdir (2009-cu ilin sentyabrında o, Di Stefanonun tarixin ən yaxşısı olduğunu söyləmişdir).[22] 2008-ci ildə Di Stefano FİFA, UEFA və "Real Madrid" tərəfindən mükafatlandırıldı və onun şərəfinə heykəl açıldı. Sonra UEFA Prezidenti Mişel Platini, Di Stefanonu "böyüklər içərisində böyük" adlandırdı, müasirləri EysebioJüst Fonten isə "futbol tarixinin ən tam futbolçusu" olduğunu söylədilər.[23]

  1. 1 2 http://fr.fifa.com/fifa-tournaments/players-coaches/people=174499/index.html.
  2. 1 2 Alfredo di Stéfano † // Transfermarkt (çd.). 2000.
  3. 1 2 http://www.lequipe.fr/Football/Actualites/Di-stefano-est-decede/480752.
  4. 1 2 Bibliothèque nationale de France Alfredo Di Stéfano // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  5. 1 2 3 4 Deutsche Nationalbibliothek Record #118679821 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  6. 1 2 https://www.biografiasyvidas.com/biografia/s/stefano_alfredo.htm.
  7. "Di Stéfano Profile" (ispan). Realmadrid.com. 15 July 2011 tarixində orijinalından arxivləşdirilib.
  8. "The birth of the Saeta Rubia" (ispan). Clarin. 16 July 2005. 13 December 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 December 2008.
  9. "Saeta Rubia (Movie)". 30 September 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 December 2008.
  10. "Alfredo di Stéfano was one of football's greatest trailblazers". The Guardian. 7 July 2014. 25 July 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 July 2014.
  11. "Alfredo Di Stefano" (italyan). Storie di Calcio. 8 May 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 September 2015.
  12. "Alfred Di Stefano". International Football Hall of Fame. 22 April 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 September 2015.
  13. Paolo Corlo. "Addio a Di Stefano, leggenda del Real e del calcio mondiale" [Farewell to Di Stefano, a legend of Real Madrid and World Football] (italyan). Panorama. 7 July 2014. 30 July 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 September 2015.
  14. "Maradona? Di testa segnava solo di mano…" [Maradona? With his head he only scored with his hand…] (italyan). La Repubblica. 17 September 2009. 26 July 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 September 2015.
  15. 1 2 "Alfredo Di Stéfano, Soccer Great, Dies at 88". NY Times. 7 July 2014. 4 March 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 July 2014.
  16. 1 2 "Alfredo Di Stefano: Real Madrid legend dies at the age of 88". BBC. 7 July 2014. 8 July 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 July 2014.
  17. 1 2 "Alfredo Di Stefano, celebrated soccer player, dies at 88". The Washington Post. 7 July 2014. 5 February 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 July 2014.
  18. Burton, Chris. "Ronaldo matches Di Stefano record with Clasico goal at Camp Nou". Goal. 20 November 2016. 26 February 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 May 2018.
  19. "Ronaldo equals Di Stefano's Real Madrid Clasico goalscoring record". Sportskeeda. 6 May 2018. 7 February 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 May 2018. Alfredo Di Stefano's record of 18 Real Madrid goals in Clasico matches against Barcelona has been matched by Cristiano Ronaldo.
  20. "Golden Players take centre stage". 12 March 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 February 2010.. UEFA.com (29 November 2003).
  21. "RSSSF.com – Various Lists of 'Players of the Century/All-Time'". 31 December 2015 tarixində orijinalından arxivləşdirilib.
  22. Brown, Lucas. "Di Stefano Was The Best, Maradona Could Not Score With His Head - Pele". Goal. 7 February 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 August 2020.
  23. "Football world honors Real Madrid legend Di Stefano". China Daily. 19 February 2008. 7 February 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 June 2010.