Aleksey Mateeviç
Aleksey Mateeviç | |
---|---|
Doğum tarixi | 27 mart 1888 |
Doğum yeri | |
Vəfat tarixi | 24 avqust 1917 (29 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri |
|
Təhsili |
|
Fəaliyyəti | şair, keşiş, maarifçi, hərbi qulluqçu, tərcüməçi |
Əsərlərinin dili | Rumın dili |
Aleksey Mateeviç Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Aleksey Mixayloviç Mateeviç (rum. Alexei Mateevici; 27 mart 1888, Kainarı[d], Kauşanski rayonu[d] – 24 avqust 1917, Kişinyov, Bessarabiya quberniyası[d]) — Bessarabiyada ən məşhur rumın şairlərindən biri idi. Rusiya İmperator Ordusunun hərbi Rahibi olmuşdur.[1]
Bioqrafiya
[redaktə | mənbəni redaktə et]Aleksey Mateeviç, 1888-ci il martın 27-də Bessarabiyanın Kaynarı kəndində rahib Mixayıl Mateeviç və Nadejdanın ailəsində anadan olub. Tezliklə ailə Zaim kəndinə köçdü. 1897-1902-ci illərdə Mateeviç Kişinyov İlahiyyat Məktəbində və 1902-10-cı illərdə İlahiyyat Seminariyasında oxudu. 1906-cı ildə Bessarabiya qəzetində "Payız" Oçerki , "Bizə nə lazımdır?" Və "Moldovalıların hüquqları uğrunda mübarizəsi" adlı məqalələri dərc edilib. 1907-ci ildə "Al. M. " imzası ilə "Dorul" ("Arzu") şeiri nəşr olundu. Tezliklə, "Bessarabiya Lira" başlığı altında Al. Matveesku təxəllüsü, "Kisnecu, 5 fevral 1907" qeydi ilə "Kintek zorilor" (Şəfəq nəğməsi) şeirini nəşr etdi. Fevralın 14-də "Țăranii" ("Kəndli") şeiri, fevralın 25-də isə "Eu cânt" ("Mən həmd edirəm") nəşr olundu. Tezliklə "Bessarabiya" qəzeti siyasi səbəblərdən bağlandı və Mateeviçin işləri bir neçə il heç bir yerdə nəşr olunmadı.[2]
1910-1914-cü illərdə Mateeviç Kiyev Ruhani Akademiyasında təhsil aldı. 1914-cü ildə Mateeviç, Feodosiya Borisovna Novitskaya ilə evləndi, Kişinyova qayıtdı və Kişinyov İlahiyyat Seminariyasında yunan dili müəllimi oldu. 1915-ci ildə Nadsonun "Xristian" şerini tərcümə etmişdir. 11 sentyabr 1915-ci ildə Mateeviç əsgər kimi səfərbər edilmiş və Qalisian cəbhəsinə göndərilmişdi, bir müddət sonra Rumıniya cəbhəsinə köçürülmüşdür. Mateeviç, 25-27 may 1917-ci ildə, Kişinyovda keçirilmiş Moldovalı müəllimlərin konqresində iştirak etmişdir.[3] 1917-ci ilin iyun ayında "Limba noastra" ("Bizim dilimiz") adlı məşhur şeirini yazmışdır. İyunun 17-də şeir tamamlandı, növbəti gün Kişinyov şəhərində Moldova müəllimləri kurslarının açılışında müəllif tərəfindən oxundu.[4]
Cəbhəyə qayıtdıqdan tez bir müddət sonra Mateeviç tifüs xəstəliyinə yoluxdu , Kişinyov xəstəxanasında yerləşdirildi və 1917-ci il avqustun 13-də vəfat etdi. Kişinyov Mərkəzi (erməni) qəbiristanlığında dəfn edilmişdir.[5]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Матеевич Алексей Михайлович Alexei Mateevici (1888-1917)". 2021-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-30.
- ↑ "Писатели - Матеевич Алексей - Moldovenii". 2015-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-30.
- ↑ Алексей Михайлович Матеевич - Биография
- ↑ "Социальная сеть памяти о наших кумирах, близких". 2021-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-30.
- ↑ "АЛЕКСЕЙ МАТЕЕВИЧ: ПОЭТ, ПУБЛИЦИСТ, УЧЕНЫЙ". 2021-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-30.