Akritarxlar
Akritarxlar | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Akritarxlar |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Akritarxlar (ing. Acritarchs) — sistematik vəziyyəti aydın olmayan süni qrup; kürə, ellips və ya disk formalı mikroskopik (8–500 mkm-dən 1 mm-dək) kapsullardan ibarətdir. Kapsulların sarı və ya palıdı-qəhvəyi qabıqları, bir və yə çoxlaylı üzvi maddədən ibarət olur. Kapsulun xarici səthi hamar və ya dənəli, nöqtəli və ya dəlmə-deşik çıxıntılı olur. Qabığın bir tərəfində (qütbündə) dairəvi kəsik və ya yarıq formalı dəlik vardır. Bir çox tədqiqatçılar akritarxilər plankton həyat tərzi keçirən birhüceyrəli yosunlar, digərləri isə yosunların spor və sistaları, ya da mamır və ya rinofitlərə aid olan ali yerüstü bitkilərin sporları hesab edirlər. Proterozoydan pleystosenə qədər yayılmışlar; vend və kembri çökmələri üçün böyük stratiqrafik əhəmiyyət kəsb edirlər.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006, 679 səh.