Akariform gənələr

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Akariform gənələr
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
Yarımtip:
Dəstəüstü:
Acariformes
Beynəlxalq elmi adı

Akarifon gənələr (lat. Acariformes) — Hörümçəkkimilər sinfinə aid dəstə.

Gənəkimilər arasında bu dəstə ən böyüyü olub, 30000-dən artıq növü birləşdirir, özü də bu rəqəm gerçəklikdən çox uzaqdır. Akariform gənələrin növmüxtəlifliyi çox zəngindir. Bu dəstənin gənələri qalan bütün araxnidlərlə müqayisədə yumurtadan daha erkən inkişaf mərhələsində, qısa qarınlı altıayaqlı sürfə şəklində çıxırlar. Sürfə nimfaya çevrilir, o da üç dəfə qabığını dəyişərək yaşlı gənəyə çevrilir. Nimfal dövr ərzində qarıncığın seqmentləri və dördüncü cüt ətraflar əmələ gəlir. Akariform gənələrin xırda bir ibtidai qrupu vardır ki, onlarda həyat forması sürfədən yaşlı fərdə kimi dəyişmir. İbtidai formalar bütün ömürlərini nəm torpaqda çürümüş bitki qalıqları arasında keçirirlər və başqa gənələrə xas olan keçid fazaları onlarda olmur.[2] Onlar həddən artıq nəmişlik sevəndirlər. Başqa tərəfdən, akariform gənələr, qurudakı həyatlarının böyük bir zaman kəsiyi ərzində öz kiçik ölçüləri sayəsində onlar qarşısında, açılan uyğunlaşma imkanlarından maksimal şəkildə istifadə etmişlər. Bunun nəticəsində həmin gənələr hər yerdə torpaqda və hər cür üzvi substratlarda məskunlaşmış, bitki və heyvanlara artıq yeni parazit keyfiyyətlərində keçmişlər. Ayrı-ayrı növlər hətta su hövzələrinə keçmişlər. Bütün bunların nəticəsi kimi akariform gənələrin həyat siklinin müxtəlif uyğunlaşma dəyişiklikləri əsasında onların böyük müxtəlifliyi meydana çıxmışdır. Gənələrin həyat siklinin müqayisəli şəklində nəzərdən keçirdikdə ayrı-ayrı inkişaf fazalarının ixtisaslaşması, metamorfozun mürəkkəbləşməsi, eləcə də diridoğma müşahidə edilir. Dəstə iki yarımdəstəyə bölünür : sarkotiformtrombidiform gənələr.[3]

  1. Integrated Taxonomic Information System (ing.). 2012.
  2. B. İ. Ağayev, Z. A. Zeynalova "Onurğasızlar Zoologiyası". Bakı, "Təhsil", 2008, səh.357
  3. Azərbaycanın heyvanlar aləmi II cild. Buğumayaqlılar tipi. — Bakı: Elm, 2004–388 s.
  • Azərbaycanın heyvanlar aləmi. II cild. Buğumayaqlılar tipi. — Bakı: Elm, 2004–388 s.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]