Ahəngyol
Ahəngyol — dünyanın vəhdətdə olduğunu əsas tutaraq bütün sahələrdə elmi tədqiqatların ahəng məntiqi ilə, ahəng meyarları üzərində aparılmasını, elmdən yalnız ahəngə xidmət prinsipi ilə istifadəni zəruri sayan elmi-fəlsəfi konsepsiya. Hər hansı sahədə aparılan tətqiqatlar geniş mənada ahəngin pozulmasına yol açırsa, həmin tətqiqatların tətbiqinin ən azı müvəqqəti olaraq (onun ahəngə xidmət edəcəyi vaxta qədər) dayandırılmasını məqsədəuyğun bilir.
"Ahəngyol" elmini sosioloq Əhməd Qəşəmoğlu 1990-cı illərdə tamamlamışdır.
"Ahəngyol" elmi Şərq və Qərb fəlsəfəsinin bir-birini tamamlayaraq tədqiqata cəlb olunması, dini kitabların fəlsəfi yöndən öyrənilməsi və sistemli yanaşma metodlarından dərindən istifadə əsasında yaradılıb. Bu elmin əsas müddəaları "Sosial idarəetmənin fəlsəfi, sosioloji problemləri (Ahəngyol elminə giriş)" monoqrafiyasında əks olunub.
Kaliforniyadakı Berkli Universitetinin professoru Lütfi Zadə onun kəşf etdiyi "Ahəngyol" elmini 2011-ci ildə dünyanın aparıcı alimləri arasında müzakirəyə təqdim etmişdir. Əhməd Qəşəmoğlunun sözlərinə görə, bu elm dünyanın bir sıra nüfuzlu alimlərinin diqqətini cəlb edib, onların müzakirə obyektinə çevrilib: "Lütfi Zadə bu elmi dünyanın aparıcı alimlərinin dəyərli elmi ideyaları müzakirə etdiyi "BİSC" saytında müzakirəyə çıxarıb. Bu xüsusi sayt müasir elmin zirvələrindən biri sayılır və "Ahəngyol"un burada müzakirəyə çıxarılması həm Azərbaycan elminin, həm də ümumilikdə fəlsəfə, sosiologiya elminin uğurudur"[1].
Mənbə
[redaktə | mənbəni redaktə et]- Əhməd Qəşəmoğlu. "Sosial idarəetmənin fəlsəfi, sosioloji problemləri (Ahəngyol elminə giriş)", Bakı, 2008
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "ƏHMƏD QƏŞƏMOĞLU BİLDİRİR Kİ, LÜTFİ ZADƏ ONUN KƏŞF ETDİYİ ELMİ MÜZAKİRƏYƏ ÇIXARIB". 2011-07-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-07-22.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Ahəngyol elmi haqda Arxivləşdirilib 2013-09-18 at the Wayback Machine
- Tanınmış sosioloq Əhməd Qəşəmoğlunun "Ahəngyol" adlı elmi-fəlsəfi konsepsiyası dünyada əks-səda doğurub
- Azərbaycanlı QHT sədrinin dünya elminə yeni töhfəsi[ölü keçid]
- Azərbaycan aliminin nailiyyəti[ölü keçid]
- Əhməd Qəşəmoğlu. "Ahəngyol elmi haqda"