Aermacchi M-346

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
M-346
Tipi Təlim-hücum təyyarəsi
İstehsalçı İtaliya Leonardo
İlk uçuş 15 iyul 2004-cü il
İstismara verilmə tarixi 2015-ci il
Status İstismarı davam edir
İstismarçılar İtaliya Hərbi Hava Qüvvələri
Azərbaycan Hərbi Hava Qüvvələri
İsrail Hərbi Hava Qüvvələri
İstehsal ili 2004 – davam edir
Vahidinin qiyməti 20 milyon ABŞ dolları[1]
Baza modeli Yakovlev Yak-130
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Alenia Aermacchi M-346 Master İtaliyanın Leonardo şirkətinin istehsalı olan hərbi məqsədlər üçün istifadə olunan reaktiv təlim-məşq təyyarəsidir. Əvvəllər Rusiyanın Yakovlev şirkəti ilə birlikdə istehsalı planlaşdırılsa da, 2000-ci ildə tərəfdaşlığın ləğv olunmasından sonra "Alenia Aermacchi" şirkəti M-346 təyyarəsini ayrılıqda istehsal etməyə başlamışdır. Təyyarənin ilk uçuşu 2004-cü ildə həyata keçirilmişdir. Hazırda İtaliya, İsrail, Azərbaycan, Sinqapur və Polşanın hərbi hava qüvvələri tərəfindən istismar olunur. 2016-cı ildə "Alenia Aermacchi"nin "Finmeccania" şirkətinə birləşməsindən sonra əsas istehsalçı 2017-ci ildən etibarən "Leonardo" şirkəti olmuşdur.[2]

Taktiki-texniki xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]
Alenia Aermacchi M-346 Master
Alenia Aermacchi M-346 Master

Ümumi parametrlər

[redaktə | mənbəni redaktə et]
  • Ekipaj: 2 nəfər
  • Uzunluğu: 11.49 m
  • Qanad uzunluğu: 9.72 m
  • Hündürlüyü: 4.76 m
  • Qanadının sahəsi: 23.52 m²
  • Boş çəki: 4,610 kq
  • Yüklü çəki: 6,700 kq
  • Maksimum qalxma çəkisi: 9,500 kq
  • Güc təminatçısı: 2 × Honeywell F124-GA-200 (hər birinin itələmə gücü 28 kN)

Uçuş keyfiyyətləri

[redaktə | mənbəni redaktə et]
  • Maksimal sürət: 1,059 km/s
  • Uçuş məsafəsi: 1,981 km
  • Maksimal uçuş məsafəsi: 2,722 km (əlavə 3 yanacaq çəni ilə)
  • Uçuş tavanı: 13,716 m
  • Yüksəkliyə qalxma sürəti: 6,705 m/dəq
  • Qanad yüklənməsi: 285 km/m²
  • Çəkmə gücünün çəkiyə nisbəti: 0.84
  • Xarici asmalarda 3000 kq ağırlığında raket və ya aviabomba daşıya bilər

İstifadəçiləri

[redaktə | mənbəni redaktə et]
  1. "Israel, Italy Exchange Multi-Billion Dollar Defense Contracts". 2019-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 dekabr 2017.
  2. "LEONARDO: FILING OF ARTICLES OF ASSOCIATION" Arxivləşdirilib 2017-01-13 at the Wayback Machine Leonardo, 10 yanvar 2017.
  3. "Müdafiə Nazirliyi yeni nəsil reaktiv M-346 tipli təyyarəsinin təqdimatını keçirib". trend.az. 10 may 2017. 16 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 dekabr 2017.
  4. "Arxivlənmiş surət". 2014-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-14.
  5. "ST Aerospace and Alenia Aermacchi will deliver the last of the 12 M-346". 3 sentyabr 2014 tarixində orijinalından arxivləşdirilib.
  6. "Brig. Gen. Shmuel Tzuker of the Israeli Ministry of Defence visits Venegono for the delivery of the last of 30 Israeli M-346 aircraft". Leonardo. 9 iyun 2016. 2019-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 dekabr 2017.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]