Adi bellardiya
Adi bellardiya | ||||||||
---|---|---|---|---|---|---|---|---|
![]() | ||||||||
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Triba: Cins: Növ: Adi bellardiya |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Adi bellardiya (lat. Bellardia trixago) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin orobanşkimilər fəsiləsinin bellardiya cinsinə aid bitki növü.
Botaniki xarakteristikası
[redaktə | vikimətni redaktə et]Hündürlüyü 10-40 sm, gövdəsi düz, sadə, qısa sərt tüklərlə nahamar örtülmüş, yuxarı hissədə vəzicikli olan birillik ot bitkisidir. Yarpaqları qarşı-qarşıya düzülmüş, oturaq, uzunsov-neştərvari və ya neştərvarixətlidir, küt dişləri olan mişarlı dişləri vardır, hər iki tərəfdən basıq və qısa tüklüdür, yuxarı yarpaqlar gövdə həcmini artırandır. Çiçəkləri demək olar ki, oturaqdır, sıx, qısa (daha sonra uzanan) sünbülşəkilli çiçək qrupunda toplanmışdır; çiçəkaltlığı yarpaqları enli, ürəkşəkilli-yumurtaşəkilli və ya ürəkşəkillineştərvaridir, sivriləşmişdir, kasacıqdan uzundur, yuxarıdakılar tamkənarlıdır. Tac fırfır və ya müxtəlif rəngdə olur. Qutucuq bərk, yumurtaşəkilli və sivriləşmişdir, uzunluğu 10 mm olub, tüklüdür,kasacığa bərabərdir. Toxumları 0,5 mm-ə qədərdir, uzunsovdur, bükülmüşdür, uzununa qabırğalıdır. May-iyun aylarında çiçəkləyir və iyun-iyul aylarında meyvə verir.
Azərbaycanda yayılması
[redaktə | vikimətni redaktə et]Samur-Şabran oval., BQ şərq, Kür-Araz oval., Lənk. oval.,Lənk. dağ. Ovalıqdan orta dağ qurşağına qədər.
Yaşayış mühiti
[redaktə | vikimətni redaktə et]Çəmənlərdə, bağlarda, dəniz kənarı qumluqlarda, çaqıl daşlı çaylarda rast gəlinir.
Sinonimləri
[redaktə | vikimətni redaktə et]Homotipik sinonimləri
[redaktə | vikimətni redaktə et]- Alectorolophus trixago (L.) M.Bieb.
- Bartsia trixago L.
- Euphrasia trixago (L.) Vis.
- Rhinanthus trixago (L.) L.
Heterotipik sinonimləri
[redaktə | vikimətni redaktə et]- Bartsia bicolor DC.
- Bartsia capensis (L.) Spreng.
- Bartsia maxima Pers.
- Bartsia rhinanthoides Hochst. ex Benth.
- Bartsia versicolor (Lam.) Pers.
- Bellardia carnea (Griseb.) Wettst.
- Bellardia trixago subvar. alba Rouy
- Bellardia trixago subvar. bicolor (DC.) Rouy
- Bellardia trixago subvar. flaviflora Rouy
- Bellardia trixago var. flaviflora (Boiss.) Maire
- Bellardia trixago var. maxima Rouy
- Bellardia trixago f. stricta Esteve
- Bellardia trixago var. versicolor (Lam.) Cout.
- Bellardia trixago subvar. versicolor (Lam.) Rouy
- Buchnera africana L.
- Euphrasia versicolor Bubani
- Lasiopera rhinanthina Hoffmanns. & Link
- Rhinanthus bicolor Poir.
- Rhinanthus capensis L.
- Rhinanthus creticus F.Dietr.
- Rhinanthus maritimus Lam.
- Rhinanthus maximus Willd.
- Rhinanthus versicolor Lam.
- Trixago apula Steven
- Trixago apula var. flaviflora Boiss.
- Trixago apula var. lutea Lange
- Trixago apula var. versicolor (Lam.) Lange
- Trixago carnea Griseb.
- Trixago maxima (Pers.) Webb & Berthel.
- Trixago rhinanthina Link ex Spreng.
- Trixago versicolor (Lam.) Webb & Berthel.
- Glossostylis abyssinica Hochst. ex A.DC.