Adam stili
Adam stili (və ya Adamesk və "Adam qardaşlarının üslubu") — 18-ci əsrə aid neoklassik interyer dizaynı və memarlıq stili. Şotlandiyalı üç qardaş, Con Adam (1721-1792), Robert Adam (1728-1792) və Ceyms Adam (1732-1794) tərəfindən tətbiq olunmuşdur. Onlardan son ikisi bu sahədə daha məşhur idilər.
Adam qardaşları, ilk dəfə olaraq memarlıq və interyer üçün kompleks stil təklif etmişdilər: divarlar, tavanlar, kaminlər, mebellər, çilçıraqlar və xalçalar Adam qardaşları tərəfindən vahid ortaq sxem əsasında hazırlanırdı. Əksər hallarda, səhvən "Adams stili" adı ilə tanınsa da, bu memarlıq və mebel stili üçün düzgün termin "Adam qardaşlarının üslubu"dur (ing. Style of the Adam Brothers).
Adam stili 1760-cı illərin sonlarından etibarən 18-ci əsr İngiltərə, Şotlandiya və Rusiyasında ali və orta təbəqəyə aid iqamətgahlarda və İstiqlal müharibəsindən sonra ABŞ-də özünə yer tapdı. Rusiyada bu stil şotland memarı Çarlz Kameron tərəfindən təqdim edilmişdi, ABŞ-də isə Federal stil adı ilə tanınmağa başladı və fərqli xüsusiyyətlər qazandı. 1795-ci ildən etibarən Adam stili Regent stili və fransız ampir stili ilə əvəz olundu.
Təsirlənib
[redaktə | mənbəni redaktə et]Adam stili əsasən aşağıdakılardan təsirlənmişdir:
- Qazıntılar zamanı yenicə tapılan Qədim Roma dövrünə aid Pompeya və Herkulanum şəhərlərindəki freskalar və divar rəsmləri;
- Qazıntılar zamanı tapılan çoxsaylı qara və qırmızı etrusk yunan vazaları;
- Britaniyada Ceyms Stüart və Nikolas Revetin 1762-ci ildə nəşr olunan "Afina qədimlikləri" kitabından və digər bu kimi nəşrlərdən məlum olan klassik yunan memarlığı.
Qalereya
[redaktə | mənbəni redaktə et]-
Anjelika Kauffmanın Adam qardaşlarının yaratdığı interyerlər üçün çəkdiyi rəsm nümunəsi
-
Robert Adam tərəfindən 1761-ci ildə dizayn edilmiş "Osterli park"ın interyeri
-
Robert Adam tərəfindən 1777-ci ildə dizayn edilən "Hom haus"un pilləkən qəfəsi
-
Robert və Ceyms Adam tərəfindən 1778-ci ildə "Syon haus"un zalı üçün hazırlanmış dizayn
-
Adam qardaşları tərəfindən 1778-ci ildə dizayn edilmiş Derbi hausun tavanı
İstinadlar
[redaktə | mənbəni redaktə et]- Eileen Harris, The Furniture of Robert Adam
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Spencer-Churchill, Henrietta (1997) Classic Georgian Style, Collins & Brown, ISBN 1-85585-428-7
- Harris, Eileen (2001) The Genius of Robert Adam: His Interiors ISBN 0-300-08129-4
- Parissien, Steven (1992) Adam Style, Phaidon, ISBN 0-7148-2727-4
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Vikianbarda Robert və Ceyms Adam ilə əlaqəli mediafayllar var.