Abuzər Qazıyev

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Abuzər Qazıyev
Abuzər Yusif oğlu Qazıyev
Doğum tarixi (57 yaş)
Doğum yeri Arçut, Quqark rayonu, Ermənistan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Elmi dərəcəsi tibb elmləri doktoru
Elmi adı professor
İş yeri Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının direktor müavini
Mükafatları "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adı — 2010

Abuzər Yusif oğlu Qazıyev (21 sentyabr 1967, Arçut, Böyük Qarakilsə rayonu) — Qərbi Azərbaycan İcması idarə heyətinin üzvü, Azərbaycan Respublikasının Əməkdar müəllimi (20.09.2010),[1] professor.

Abuzər Yusif oğlu Qazıyev 9 oktyabr 1967-ci ildə Qərbi Azərbaycanin Quqark (Böyük Qarakilsə) rayonunun Arçut kədində dünyaya gəlib.

1989-cu ildə N.Nərimanov adina Azərbaycan Dövlət Tibb İnstitutunu, 1990-cı ildə Bakı şəhəri Kliniki Təcili Tibbi yardım Xəstəxanasında internaturanı, 1995-ci ildə Azərbaycan Tibb Universitetinin onkologiya kafedrasında aspiranturanı bitirmişdir.

1990–92-ci illərdə Sumqayıt 1 saylı şəhər poliklinikasında həkim-cərrah işləmişdir.

1995-ci ildə "Sümüklərin xondro və osteogen sarkomalarında cinsi steroid hormonların reseptorları və onların klinik əhəmiyyəti" mövzusunda dissertasiya müdafiə edərək tibb elmləri namizədi, 2005-ci ildə isə "Azərbaycanda bədxassəli şişlərin epidemiologiyası, tibbi, demoqrafik və sosial-iqtisadi aspektləri" mövzusunda dissertasiya müdafiə edərək tibb elmləri doktoru alimlik dərəcəsi almışdır.

1995-ci ildən ATU-nun onkologiya kafedrasında assistent, 2005-ci ildən dosent, 2009-cu ildə isə professor vəzifəsinə seçilmişdir.

2011-ci ildən ATU-nun I müalicə-profilaktika fakultəsinin dekanı vəzifəsində çalışır. 2000–2005-ci illərdə eyni zamanda Azərbaycan Respublikası Səhiyyə Nazirliyində işləmişdir.

Hazırda həm də ictimai əsaslarla Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının elmi işlər üzrə direktor müavini və Bakı Baş Səhiyyə İdarəsində Baş onkoloqudur.

Professor A.Y.Qazıyevin cərrahi fəaliyyət sahəsinə — süd vəzisinin, dərinin, yumşaq toxumaların bəd və xoşxassəli şişlərində müxtəlif cərrahi əməliyyatlar aiddir.

A.Qazıyevə "Azərbaycan Respublikasının Əməkdar Müəllimi" fəxri adı verilmişdir.

Ana dili ilə yanaşı Türk, Rus və Alman dillərini də bilir.

Ailəlidir, 2 oğlu, 1 qızı var.

Xarici ölkələrdə dərc edilmiş elmi işləri də daxil olmaqla 203 elmi işin, o cümlədən Tibb Universitetinin tələbələri üçün onkologiyaya dair 2 dərslik və 2 dərs vəsaitinin, 3 monoqrafiyanın, 3 tədris-metodik vəsaitin, 2 səmərələşdirici təklifin və 2 metodik tövsiyənin müəllifidir. Onkologiya kafedrasında aparılan "Azərbaycanda bədxassəli şişlərin epidemiologiyası, diaqnostika və müalicə metodlarının optimallaşdırılması, müalicənin uzaq nəticələri" mövzusunda elmi-tədqiqat işinin məsul icraçısıdır.

Elmi əsərləri

[redaktə | mənbəni redaktə et]
  1. А.Т.Амирасланов, Н. Е.Кушлински, А.Ю.Казиев. Рецепторы половых стероидных гормонов в опухолях костей.- Баку, 1995, Эргюн, 96 с.
  2. Ə.T.Əmiraslanov, Ə.M.Məmmədov, N.V.Qasımov, M.C.Yusifov, Y.A.Nuriyev, A.Y.Qazıyev, N.Ə.Şıxəmmədov, N.M.Əmirəliyev, C.B.Camalov. Onkologiya. — Dərslik. — Bakı, 1995, "Təbib", 460 c.
  3. Ə.T.Əmiraslanov, A.Y.Qazıyev. Osteogen sarkomada müalicə metodlarının proqnostik əhəmiyyəti. — "Azərbaycan onkologiya və həmmərz elmlər jurnalı". – Bakı, 1995, № 1–1, s. 26–28.
  4. А.Т.Амирасланов, А.Ю.Казиев, Н. Е.Кушлински. Сравнительное исследование рецепторов половых стероидных гормонов в хондро- и остеогенной саркомах костей. — "Азмеджурнал" — Баку, 1996, № 2, с.12–16.
  5. Ə.T.Əmiraslanov, A.Y.Qazıyev. Sümük şişləri. — Bakı, "Təbib", "Azərbaycan Ensiklopediyası", Nəşriyyat-Poliqrafiya Birliyi, 1997, 480 s.
  6. Ə.T.Əmiraslanov, A.Y.Qazıyev. Sümük şişləri. Ankara, "Demirhan", 1999, 480 с.
  7. А.Т.Амирасланов, А.Ю.Казиев, Н. В.Касумов, Э.Э.Ибрагимов. Новые подходы к лечению саркомы костей.- "Аз.мед.журнал", Баку, 2000, № 2, стр.3–7.
  8. Ə.T.Əmiraslanov, A.Y.Qaziyev, F.F.Sevdimalıyev. Azərbaycanda prostat vəzi xərçənginin epidemioloji xüsusiyyətləri. — Bakı, "Azərbaycan Tibb Jurnalı", 2001, № 2, s.22–24.
  9. Ə.T.Əmiraslanov, A.Y.Qazıyev. Uşaq onkologiyası. Dərslik — Bakı, 2002, 648s.
  10. Ə.T.Əmiraslanov, A.Y.Qazıyev. Uşaq onkologiyası. Ali məktəb tələbələri üçün dərslik. Bakı, 2003, 648 s.
  11. А.Т.Амирасланов, И.У.Джафарова, А.Ю. Казиев, А.А.Амирасланов. Клинико-диагностические особенности злокачественных фиброзной гистиоцитомы мягких тканей. Саьламлыг, 2007, № 5, с.45–55.
  12. Ə.T.Əmiraslanov, A.M.Məmmədov, A.Y.Qazıyev. İtirilmiş funksiyaların bərpası və sinir mərkəzlərinin plastikliyində funksional sistemin akseptor aparatının idarəedici rolu. Azərbaycan Milli Elmlər Akademiyasının məruzələri, 2010, cild LX VI № 6, səh.89–96.
  13. Ə.T.Əmiraslanov, A.Y.Qazıyev. Onkologiya. Tibb Universiteti tələbləri üçün dərslik. Bakı, "Təhsil" nəşriyyatı, 2010. 912 səh.
  1. "Azərbaycan Tibb Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 20 sentyabr 2010-cu il tarixli Sərəncamı" (az.). president.az. 20 sentyabr 2010. 2021-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-11.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]