Aşio mis mədəni
Aşio mis mədəni | |
---|---|
Yerləşdiyi yer | |
Yerləşdiyi yer | Nikko, Toçiqi prefekturası |
Ölkə | |
Koordinatlar | 36°38′00″ şm. e. 139°26′23″ ş. u.HGYO |
İstehsal | |
Məhsullar | mis |
Vikianbarda əlaqəli mediafayllar |
Aşio mis mədəni (足尾銅山, Aşio Dozan?) – Yaponiyanın Toçiqi prefekturasının Nikko şəhərində (keçmişdə Aşio qəsəbəsində) yerləşən fəaliyyətsiz mis mədəni. Mədən 1880-ci illərdə Yaponiyada baş verən ilk ətraf mühit çirklənməsinə səbəb olmasına, eləcə də, 1907-ci ildə mədənçilərin iştirakı baş vermiş qiyama görə tanınır. İkinci dünya müharibəsi illərində mədəndə işləməyə məcbur edilmiş bir çox müharibə əsiri ölmüşdür.
Mədən 1973-cü ildə fəaliyyətini dayandırmışdır və hazırda burada muzey, eləcə də, attraksion fəaliyyət göstərir.[1] 2008-ci ildə Aşio mis mədəni milli tarixi yer elan olunmuşdur.
Tarixi
[redaktə | mənbəni redaktə et]Aşio mis mədəni 1550-ci ildə kəşf edilmiş, 1610-cu ildə Tokuqava hökuməti tərəfindən birbaşa idarə olunmağa başlamışdır.[2] Mədəndən illik 1500 ton mis çıxarılırdı.[2] Nikko Toşoqu məbədinin və Edoda yerləşən Zoco məbədinin tikintisində, eləcə də, Kaney Tsuho sikkələrinin hazırlanmasında Aşio mədənindən çıxarılmış misdən istifadə olunmuşdur.[2]
Mədəndə mis istehsalı azaldıqdan sonra Aşionun 44 mədənçisi hökumətdən mədəndə sikkə kəsmək üçün icazə istəmişdir.[2] 1741-ci ildə Aşiko sikkəxanası ilk 6 ay ərzində minlərlə, növbəti beş ildə isə 20 milyondan çox Kaney Tsuho sikkəsi kəsmişdir.[2] 1871-ci ildə mədən özəlləşdirilmişdir.[2] 1891-ci ildə elektrik vaqonlarından istifadə edən ilk mədən olmuşdur.[1] Həmin dövrdə mədən Yaponiyanın mis istehsalının 40%-ini təmin edirdi.[1] 1916-cı ildə mədənin illik mis istehsalı 14 min tona çatmışdır.[1]
İnsidentlər
[redaktə | mənbəni redaktə et]1877-ci ildə mədənin yeni sahibi olmuş Furukava İçibey mədəndə yeni mis damarları kəşf etmişdir.[2] İntensiv mədənçilik əməliyyatları bölgədə zəhərli qazların buraxılmasına, meşələrin qırılmasına və suların çirklənməsinə səbəb olmuşdur.[2] Yaponiyada ilk ətraf mühit çirklənməsi kimi tanınan Aşio mis mədəni çirklənməsi ətraf mühit hərəkatının yaranması ilə nəticələnmişdir.[2]
1907-ci ildə mədəndə Aşio mis mədəni qiyamı hadisəsi baş vermişdir.[2] Daha yaxşı iş şəraiti tələb edən mədənçilər qiyam qaldırmış və mədən avadanlıqlarının böyük hissəsini yandırmışdırlar.[2] İkinci dünya müharibəsi illərində əsasən koreyalılardan ibarət müharibə əsirləri mədəndə işləməyə məcbur edilmişdir.[2] Nəticədə, 100-dən çox müharibə əsəri mədəndə ölmüşdür.[2] Onların xatirəsini yad etmək üçün mədən yaxınlığında bir neçə kenotaf tikilmişdir.[2]
Muzey
[redaktə | mənbəni redaktə et]Mədən 1973-cü ildə bağlanmış və 1980-ci ildə ictimaiyyət üçün açılmışdır.[2] Ziyarətçilər qatara minərək mədənin 1885-ci ildə açılmış Tsudo şaxtasında səyahət edə bilərlər.[1] Mədəndə müxtəlif dövrlərdə işləmiş işçilərin realistik maketləri quraşdırılmışdır.[1] Burada ilk elektrik vaqonu və mədənin modeli nümayiş etdirilir.[1] Mədənin yaxınlığında Furukava-Aşio Tarix Muzeyi və sikkə formasında abidə yerləşir.[2]
Qalereya
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 6 7 "Ashio Copper Mine: Key Player in Japan's Modernization". Nippon.com (ingiliscə). 10 dekabr 2021. 2022-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 noyabr 2022.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 "Ashio Copper Mine". Atlas Obscura (ingiliscə). 10 iyul 2020. 13 avqust 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 noyabr 2022.