Aşıq Ağayar
Naviqasiyaya keç
Axtarışa keç
Aşıq Ağayar | |
---|---|
Doğum tarixi | 1880 |
Doğum yeri | |
Vəfat tarixi | 1978 |
Fəaliyyəti | aşıq |
Aşıq Ağayar (Ağayar Xəlil oğlu Xəlilov; 1880, Zod, Yeni Bəyazid qəzası – 1978) — Göyçə aşığı.[1]
Həyatı
[redaktə | mənbəni redaktə et]Zodlu Ağayar 1880-ci ildə Göyçə mahalının Zod kəndində anadan olmuşdur. O Aşıq Ələsgərin son şəyirdlərindən olaraq onun bütün yaradıcılığını mənimsəyib. Özünə məxsus oxu tərzi və şirin danışığı ilə seçilən Aşıq Ağayar dastanlarımızın bilicisi və mahir ifaçı kimi də böyük şöhrət qazanmışdır.
1964-cü ildə oğlu Hüseyn vəfat etdikdən sonra bir daha əlinə saz almamışdır. Sinəsi söz kürəsi olan Aşıq Ağayar özü də şeirlər yazıb. Onun üç şəyirdi olub: Qənbər, Şahkərəm və Pənah.
Aşıq Ağayar 1978-ci ildə vəfat edib.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Sazlı-sözlü Göyçə (II kitab)" (PDF) (az.). Elm və təhsil. 2018. 2018-06-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-06-01.