Ağarza Quliyev

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ağarza Quliyev
Doğum tarixi 26 dekabr 1898(1898-12-26)
Doğum yeri
Vəfat tarixi 15 sentyabr 1976(1976-09-15) (77 yaşında)
Vəfat yeri
Fəaliyyəti aktyor, kinorejissor, ssenarist
Fəaliyyət illəri 1924–1970
Mükafatları "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1960
IMDb ID0474533

Ağarza Səməndər oğlu Quliyev (26 dekabr 1898, Lənkəran, Lənkəran qəzası15 sentyabr 1976, Bakı) — Azərbaycan rejissoru, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1960).[1][2][3][4]

Ağarza Səməndər oğlu Quliyev 26 dekabr 1898-ci ildə Lənkəranda anadan olub.[1] 1924–cü ildə Azərbaycan Teatr məktəbini, 1927–ci ildə isə Kinofabrikanın nəzdində kino emalatxanasını bitirib. [1][3][4]

1936-cı ildə Lətifə Həsənova ilə ailə qurub. [5]

Ağarza Quliyev 15 sentyabr 1976-cı ildə Bakıda vəfat edib.[1]

1924-cü ildən kinoda fəaliyyətə kinoaktyor kimi başlayıb, 1934-cü ildən kinorejissor kimi fəaliyyətini davam etdirib.[1]

Azərbaycan kinosunda 50 illik fəaliyyəti nəticəsində 25-dən çox filmin üzərində işləmiş, rejissor olaraq "Almaz", "Yeni horizont", "Qara daşlar", "Səhər", "Ulduz", "Mən ki gözəl deyildim" tammetrajlı bədii filmlərini çəkmiş, bir neçə filmdə aktyor kimi də çəkilmişdir.[3][4]

Eyni zamanda dublyaj sahəsində də əməyi olan rejissor bir çox filmlərin dilimizə tərcümə edilməsi üzərində işləmişdir.[1]

Aktyor kimi

  1. Bayquş (film, 1924) (tammetrajlı bədii film) (rol: Əli)
  2. Balıqçılar (film, 1927) (qısametrajlı bədii film)(rol: balıqçı)
  3. Gilan qızı (film, 1928) (tammetrajlı bədii film) (rol: Əli)
  4. İlk komsomol buruğu (film, 1930) (tammetrajlı bədii film) (rol: Məmməd)
  5. Qızıl kol (film, 1930) (tammetrajlı bədii film)
  6. Əlsiz adamlar (film, 1932) (tammetrajlı bədii film) (rol: Şərif)
  7. Тринадцать (On Üç) (film, 1936) (tammetrajlı bədii film) (rol: Quliyev)
  8. Bir məhəllədən iki nəfər (film, 1957) (tammetrajlı bədii film)
  9. Sən niyə susursan? (film, 1966) (tammetrajlı bədii film) (rol: kənd müəllimi)
  10. Mən ki gözəl deyildim (film, 1968) (tammetrajlı bədii film) (rol: Rəhim baba)
  11. Sevil (film, 1970) (tammetrajlı bədii film) (rol: Babakişi)

Rejissor assistenti kimi

  1. Bismillah (film, 1925) (tammetrajlı bədii film)
  2. Qızıl kol (film, 1930) (tammetrajlı bədii film)
  3. 26 komissar (film, 1932) (tammetrajlı bədii film)

Rejissor köməkçisi kimi

  1. Hacı Qara (film, 1929) (tammetrajlı bədii film)

Rejissor kimi

  1. Direktiv bant (film, 1932) (qısametrajlı bədii film)
  2. Azərbaycan diviziyasının düşərgələrində (film, 1932) (qısametrajlı sənədli film)
  3. Dostlar (film, 1934) (qısametrajlı bədii film)
  4. Almaz (film, 1936) (tammetrajlı bədii film)
  5. Yeni horizont (film, 1940) (tammetrajlı bədii film)
  6. Vətən oğlu (film, 1941) (qısametrajlı bədii film)
  7. Bəxtiyar (film, 1942) (qısametrajlı bədii film)
  8. Qara daşlar (film, 1956) (tammetrajlı bədii film)
  9. Səhər (film, 1960) (tammetrajlı bədii film)
  10. Ulduz (film, 1964) (tammetrajlı bədii film)
  11. Mən ki gözəl deyildim (film, 1968) (tammetrajlı bədii film)

Ssenari müəllifi kimi

  1. Ulduz (film, 1964) (tammetrajlı bədii film)
  2. Mən ki gözəl deyildim (film, 1968) (tammetrajlı bədii film)
  1. 1 2 3 4 5 6 "Ага-Рза Кулиев" (rus). Кино-Театр.ру. 2020-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-10.
  2. Рашевской, 1980. səh. 101
  3. 1 2 3 Кино, 1987. səh. 222
  4. 1 2 3 Гулиева, 1979. səh. 265
  5. Nazif Ələkbərli. "Üç budaq: Əhməd Cavad, Mikayıl Müşfiq, Almas İldırım", Bakı, Şirvannəşr, 2007, 224 səh.
  • Azad, Ə. “Kinostudiyada bir gün” [Reportaj] //Ədəbiyyat və incəsənət.- 1964.- 13 iyun.
  • Azərbaycan SSR Elmlər Akademiyası. Memarlıq və İncəsənət İnstitutu. Nazim Sadıxov. "Ağarza Quliyev haqqında qeyd". Azərbaycan bədii kinosu (1920-1935-ci illər). Bakı: Elm, 1970.- səh. 26.
  • Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 12.
  • Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 222.
  • M. Əmrahov. "Müharibə illərinin kino salnaməsi (1941-1945-ci illər)". //Təhsil, mədəniyyət, incəsənət.- 2004.- № 1.- səh. 126-129.
  • Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 5.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 812.
  • Т. Рашевской. Культура Советского Азербайджана. Bakı: Азербайджанское государственное издательство. 1980.
  • гл. ред. С. И. Юткевич ; редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. Энциклопедический словарь. Moskva: Советская энциклопедия. 1987.
  • Дж. Б. Гулиева. Гулиjев Ағарза Cәмәндәр оғлу // Азәрбајҹан Совет Енсиклопедијасы. Bakı: Главная редакция Азербайджанской советской энциклопедии. 1979.