Ağababa Mikayılov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ağababa Mikayılov
Mikayılov Ağababa Cəbrayıl oğlu
1950 – 1951
bayraq
Naxçıvan Ali Məhkəməsinin sədr müavini
bayraq2
1951 – 1952
1952 – 1980
bayraq
Azərbaycan SSR Xalq nəzarəti Komitəsinin şöbə rəisi
bayraq2
1981 – 1986
bayraq
Azərbaycan SSR Dövlət Təbiəti Mühafizə Komitəsi
bayraq2
bayraq
SSSR Qaz Sənayesi Nazirliyində şöbə müdiri
bayraq2
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Xol Qarabucaq kəndi, Salyan qəzası
Vəfat tarixi (73 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan Azərbaycan
Partiya Kommunist partiyası
Təhsili Kirov adına Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti)
İxtisası Hüquqşünas
Fəaliyyəti hakim
Atası Mikayılov Cəbrayıl
Həyat yoldaşı Mikayılova Gülgəz
Uşaqları Mikayılov Cavanşir, Mikayılov Novruz, Mikayılova Xuraman, Mikayılov Firdovsi, Mikayılova Gülşən, Mikayılov Rövşən

Təltifləri "Qırmızı ulduz" ordeni "Qırmızı ulduz" ordeni "Qırmızı ulduz" ordeni "Lenin" ordeni 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı "Budapeştin alınmasına görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı "Əmək veteranı" medalı "SSRİ Silahlı Qüvvələri veteranı" medalı "Sovet Ordu və Donanmasının 30 illiyi" yubiley medalı "SSRİ Silahlı Qüvvələrinin 40 illiyi" yubiley medalı "SSRİ Silahlı Qüvvələrinin 50 illiyi" yubiley medalı "SSRİ Silahlı Qüvvələrinin 60 illiyi" yubiley medalı "SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı "Praqanın azad edilməsinə görə" medalı "Əməkdə fərqlənməyə görə" medalı "Kiyevin 1500 illik xatirəsinə" medalı "Əmək igidliyinə görə" medalı

Ağababa Cəbrayıl oğlu Mikayılov (25 aprel 1918, Salyan5 aprel 1992, Bakı) — Azərbaycan-sovet hüquqşünası[1] və müharibə veteranı; Naxçıvan Ali Məhkəməsinin sədr müavini (1950–1951), Azərbaycan SSR Ali Məhkəməsinin hakimi (1952–1980).

Ağababa Mikayılov 25 aprel 1918-ci ildə Salyan qəzasının Xol Qarabucaq (indi Neftçala rayonuna daxildir) kəndində anadan olmuşdur.

Böyük Vətən Müharibəsinə yollanmamışdan öncə, məktəbdə müəllim və direktor müavini vəzifələrində çalışmış. 1942–1945-ci il tarixlərində Böyük Vətən Müharibəsinin fəal iştirakçılarından olaraq, Berlinə ilk girən döyüşçülərdən olub. Müharibə zamanı kapitan rütbəsi ilə batalyon komandiri vəzifəsinədək yüksəlmişdir. Çexiya, Macarıstan, Sloveniyanın azad olmasında böyük sücaətlər göstərmişdir. Buna görə də üç dəfə "Qırmızı Ulduz" ordeni, 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni və bir çox medallarla təltif edilmişdir.

Müharibə dövrü bitəndən sonra Kirov adına Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) hüquq fakültəsinə daxil olmuş və həmin universiteti 1950-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir.

Ağababa Mikayılov 1950 – 1951-ci illərdə ASSR Ədliyyə Nazirliyində Baş revizor vəzifəsində çalışmış, 1951–1952-ci illərdə isə Naxçıvan Ali Məhkəməsinin Sədr müavini vəzifəsində çalışmışdır.

A. Mikayılov 1952-ci ildən etibarən Azərbaycan SSR Ali Məhkəməsinin hakimi seçilmişdir və 1952-ci ildən 1980-ci ilədək fasiləsiz olaraq 28 il Azərbaycan SSR Ali Məhkəməsinin hakimi vəzifəsində işləmiş.

Mikayılov Ağababa 1981–1986-cı illərdə Azərbaycan Respublikası Xalq Nəzarəti Komitəsində şöbə müdiri olmuşdur. 1986–1991-ci illərdə isə SSSR Qaz Sənayesi Nazirliyində şöbə müdiri vəzifəsində çalışmışdır.

O, bir sıra orden və medallarla təltif olunmuşdur.

Mikayılov Ağababa Cəbrayıl oğlu 1992-ci il aprel ayının 5-də vəfat etmişdir.

Mükafatları, təltifləri və fəxri adları

[redaktə | mənbəni redaktə et]
  1. "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı
  2. "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı
  3. "Sovet Ordu və Donanmasının 30 illiyi" yubiley medalı
  4. "Əmək igidliyinə görə" medalı
  5. "Döyüş xidmətlərinə görə" medalı
  6. "SSRİ Silahlı Qüvvələrinin 40 illiyi" yubiley medalı
  7. "Qırmızı Ulduz" ordeni
  8. "Lenin" ordeni
  9. "Budapeştin alınmasına görə" medalı
  10. "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı
  11. "SSRİ Silahlı Qüvvələrinin 50 illiyi" yubiley medalı
  12. "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı
  13. Lenin ordeni
  14. "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı
  15. "SSRİ Silahlı Qüvvələrinin 60 illiyi" yubiley medalı
  16. "Kiyevin 1500 illik xatirəsinə" medalı
  17. "Praqanın azad edilməsinə görə" medalı
  18. "Əməkdə fərqlənməyə görə" medalı
  19. ÜİLKGİ MK-nın "60 il V. İ. Leninin adı ilə" fəxri nişanı
  20. "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı
  21. I dərəcəli Vətən Müharibəsi Ordeni
  22. "Əmək veteranı" medalı
  23. "SSRİ Silahlı Qüvvələri veteranı" medalı
  24. "SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı
  1. "60 illik yol". adalet.az (az.). 2016-11-11. 2024-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-21.