Əli Sami Yen

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Əli Sami Yen
Ümumi məlumatlar
Doğum tarixi 20 may 1886(1886-05-20)
Doğum yeri
Vəfat tarixi 29 iyul 1951(1951-07-29) (65 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Təhsili
  • Qalatasaray liseyi[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əli Sami Bəy (sonradan "Yen" adını aldı, 20 may 1886, İstanbul29 iyul 1951, İstanbul) — Alban əsilli türk futbolçu, məşqçi və idman meneceri. Yazıçı Şəmsəddin Saminin ikinci oğludur. "Qalatasaray FK"-nın qurucularındandır.

Əli Sami Bəy 20 may 1886-cı ildə İstanbulun Şamlı səmtində anadan olub. Atası məşhur ədəbiyyatçı Şəmsəddin Sami idi. Qalatasaray Litseyində oxuyub və futbol oynayıb. 1905-ci ildə Qalatasaray Litseyi onunla birgə oxuyan yoldaşları ilə birlikdə Qalatasaray idman klubunu yaratmaq qərarına gəlib və klubun bir nömrəli qurucu üzvü olub.

Əli Sami Yen ayrıca Türk futbolunun qabaqda gələn təşkilatçılarından da biri oldu. Yen, 1923-cü ildə qurulan Türkiyə İdman Cəmiyyətləri İttifaqının qurucuları arasında iştirak etdi və başçılığını etdi. 1924 Paris Olimpiadasına qatılan Türk karvanının başçılığını etdi. 1926–1931 illəri arasında Türkiyə Milli Olimpiya Komitəsinin başçısı vəzifəsini icra etdi. Qalatasarayda 1905–1918 arasında 13 il, 1925-də 1 il olmaq üzrə iki dövrdə 14 il başçı olaraq xidmət etdi. Əli Sami Yenin sarı qırmızılı kluba əhəmiyyətli bir qatqısı da Qalatasaray Muzeyinin qurulması oldu.

1905-ci ildə idarə etdiyi Moda-Kadıköy qarşılaşması səbəbiylə, Əli Sami Yenin ilk Türk hakim ola biləcəyi də müxtəlif qaynaqlarda yazılıdır. Mili Komanda Rumıniya ilə etdiyi ilk matçda, məşqçi olaraq komandanın başında o vardı. Bu vəzifəni də bir müddət icra etmiş, yəni Türk Milli Komandasının ilk texniki direktoru olmuşdur. Qalatasaray İdman Klubunun qurucusu Əli Sami Yenin adı, komandanın futbol oynadığı stadiona verilmişdir. Əli Sami Yen 1951-ci ildə vəfat etdi və Feriköy qəbirstanlığında torpağa tapşırıldı.

Əli Sami Yenin açdığı yoldan xeyli çox idmançı, texniki adam və idarəçi yetişdi. Atletizm, basketbol, volleybol kimi idman növlərinin də Türkiyədə inkişafında əhəmiyyətli rollar oynadılar.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]