Əli Əmirov
Bu məqalədə daxili keçidlərin artırılmasına ehtiyac var. |
Əli Əmirov | |
---|---|
Azərbaycan Kommunist Partiyası MK-nin katibi | |
1962 – 1971 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 25 mart 1915 |
Doğum yeri | |
Vəfat tarixi | 12 fevral 1979 (64 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya | |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | |
|
|
Təltifləri |
Əli Cabbar oğlu Əmirov (25 mart 1915, Naxçıvan – 12 fevral 1979, Bakı) — Azərbaycan Kommunist Partiyası MK-nin katibi (1962–1971), texnika elmləri doktoru, professor
Həyatı
[redaktə | mənbəni redaktə et]Əmirov Əli Cabbar oğlu Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur. "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə AzSİ-nu bitirdikdən sonra, 1940–1952-ci illərdə "Orconikidzeneft" trestində neft hasilatı ustasından trestin müdirinə qədər müxtəlif vəzifələrdə işləmişdir. 1952–1972-ci illərdə "Azərbaycan neft təsərrüfatı" jurnalının redaksiya kollegiyasının üzvü və redaktoru olmuşdur. 1955–1959-cu illərdə Azərbaycan Neft sənayesi nazirinin müavini, 1959–1962-ci illərdə isə "Azneft" İB-nin baş direktoru olmuşdur. 1959-cu ildə "Çox dərin quyuların istismarının bəzi ünsürləri (məsələləri)" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1962-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi seçilmişdir. 1971-ci ildən "Azneft" İB baş mühəndisi işləmiş və "Qum adası", "Makarov b.", "Səngəçal-dəniz", "Duvannı-dəniz", "Bulla-dəniz" neft-qaz yataqlarının mənimsənilməsində bilavasitə iştirak etmiş və rəhbərlik etmişdir. Əmirov Ə.C. Azərbaycanın Mədəni əlaqələr cəmiyyətinin vitse-prezidenti olmuşdur. 1971-ci ildə "Dərin və çox dərin quyuların mənimsənilməsi və istismarının texnika və texnologiyasının bəzi problemləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1977-ci ildə o AzNKİ-nun "Neft yataqlarının işlənilməsi və istismarı" kafedrasında dosent, professor vəzifələrində işləmişdir.[1]
Texnika Elmləri Doktoru (1972), SSRİ Dövlət Mükafatları Laureatı (1969), Azərbaycan Neft Sənayeinin müavini (1958–1959), Azərneft Birliyinin rəisi (1959–1962)
Elmi fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Əmirov Ə.C. neft və qaz yataqlarının işlənilməsi sahəsində tanınmış alimdir. Elmi tədqiqatların sahəsi: dərinlik nasosları ilə istismarın texnikası və texnologiyası; dərində yerləşən neft-qaz yataqlarının işlənilməsi problemi; neftin kompressor üsulu ilə hasilatının təkmilləşdirilməsi məsələləri; Azərbaycan neft mədənlərinin avtomatlaşdırılması üçün sistemlərin və vasitələr kompleksinin yaradılması və tətbiqi. Əmirov Ə.C. 140-dan artıq elmi məqalənin və bir sıra monoqrafiyaların müəllifidir. O "SSRİ fəxri neftçisi" adına layiq görülmüşdür. Əmirov Ə.C. "Qırmızı əmək bayrağı" ordeni ilə mükafatlanıb və akad. İ.M.Qubkin adına mükafatına laureatı olub.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ «Нефтяное хозяйство», 1979
- Pages using the JsonConfig extension
- 25 martda doğulanlar
- 1915-ci ildə doğulanlar
- Naxçıvanda doğulanlar
- 12 fevralda vəfat edənlər
- 1979-cu ildə vəfat edənlər
- 64 yaşında vəfat edənlər
- Bakıda vəfat edənlər
- Birinci Fəxri xiyabanda dəfn olunanlar
- Sovet İttifaqı Kommunist Partiyasının üzvləri
- Elmlər doktorları
- SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər
- "Şərəf nişanı" ordeni ilə təltif edilənlər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycan SSR Ali Sovetinin V çağırış deputatları
- Azərbaycan SSR Ali Sovetinin VI çağırış deputatları
- Azərbaycan SSR Ali Sovetinin VII çağırış deputatları
- Azərbaycan SSR Ali Sovetinin VIII çağırış deputatları
- Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatları