Əl-Sadar stadionu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Əl-Sadar stadionu
Map
Sahibi Osasuna FK
Tamaşaçı tutumu 23.576[1]
Ev sahibi komanda Osasuna FK
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əl-Sadarİspaniyanın Navarra əyalətinin Pamplona şəhərində yerləşən futbol stadionu. 1967-ci ildə tikilmiş stadion 23 516 nəfərlik tamaşaçı tutumuna malikdir[2] və "Osasuna" futbol klubunun ev stadionudur.

Stadion 1967-ci ildən 2005-ci ilə qədər və 2011-ci ildən sonra stadionun yaxınlığındakı Sadar çayına görə "Əl-Sadar" kimi tanınıb. 2005-ci ildən 2011-ci ilə qədər isə stadionu sponsoru olan Navarra Hökuməti "Reyno de Navarra" kimi adlandırıb.

Əl-Sadar stadionunun açılışı 2 sentyabr 1967-ci ildə "Real Saraqosa" və Portuqaliyanın "Vitoriya" klubları arasında keçirilən matçla baş tutub və matç heç-heçə yekunlaşıb.[3] Stadion bir il əvvəl satılmış San-Xuan stadionunu əvəz edib. Açılış zamanı stadion 25 000 nəfərlik tamaşaçı tutumuna malik idi və yalnız 7 000 tamaşaçının oturması nəzərdə tutulmuşdu. Açılış gününün sabahı "Osasuna" "Vitoriya"nı 3–0 hesabı ilə məğlub edərək yeni stadionundakı ilk qələbəsini əldə edib. Əl-Sadarda "Osasuna" üçün ilk qolu 28-ci dəqiqədə ispan futbolçu Fernando Osaba Qoni vurub.

5 iyun 1996-cı ildə Bon Jovi "These Days Tour" çərçivəsində stadionda çıxış etmişdir.

2014-cü ilin noyabrında "Osasuna" klubun keçirdiyi böyük iqtisadi böhran səbəbi ilə stadionu Navarra hökumətinə satmaq məcburiyyətində qalıb və bu, stadionun davamlı mövcudluğunu təhlükə altına alıb. Bu addım regional parlamentdə 31 lehinə 31 və 18 əleyhinə səslə təsdiqlənmişdir.[4]

2015-ci ilin yayında təhlükəsizliklə bağlı aparılan təmir işləri nəticəsində stadionun tutumu 19 800 nəfərdən 18 375 nəfərə endirilib.

  1. https://twitter.com/CAOsasuna/status/1280202123888791552.
  2. "Estadio El Sadar | CA Osasuna - Web Oficial". Estadio El Sadar | CA Osasuna - Web Oficial (ispan). 2021-03-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-01-18.
  3. "Instalaciones - Reyno de Navarra". C.A. Osasuna Oficial (ispan). İstifadə tarixi: 2019-11-19.[ölü keçid]
  4. "Aprobada la reestructuración de la deuda tributaria de Osasuna". diariodenavarra.es. 2016-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-13.