41°40′44″ şm. e. 26°33′40″ ş. u.HGYO

Ədirnə Muzeyi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ədirnə Muzeyi
türk. Edirne Müzesi
Qəbir daşları və muzey binası
Qəbir daşları və muzey binası
Xəritə
Açılış tarixi 13 iyun 1971
Təsisçi Rıfat Osman, Arif Dağdevirən, Nəcmi İyə
Ölkə Türkiyə Türkiyə
Yerləşir Ədirnə
Ünvan Qədir Paşa Məktəb küçəsi
Kolleksiyası Arxeologiya, Etnoqrafiya
41°40′44″ şm. e. 26°33′40″ ş. u.HGYO
Ədirnə Muzeyi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Ədirnəkari otaq
Ədirnəkari dolab

Ədirnə Arxeologiya və Etnoqrafiya Muzeyi (türk. Edirne Müzesi) — Ədirnənin mərkəzində, Qədir Paşa Məktəb küçəsində, Səlimiyə məscidinin şərq qapısından 50 metr məsafədə, Osmanlı dövrünə aid məzar daşlarının sərgiləndiyi muzey.

Ədirnədəki ilk muzey 1925-ci ildə Mustafa Kamal Atatürkün göstərişi ilə Səlimiyə məscidi Dar-ül Hadis mədrəsəsində Rıfat Osman, Arif Dağdevirən və Nəcmi İyə tərəfindən təsis edilib. Muzey arxeologiya muzeyi kimi tanınsa da, muzeydə qiymətli etnoqrafik əsərlər və qəbir daşları da qorunur. Osmanlı imperiyasının təxminən 94 il paytaxtı olmuş Ədirnə və saray xalq sənətinə də təsir edərək şəhərə etnoqrafik zənginlik qatmışdır. Bu səbəbdən də ikinci muzeyə ehtiyac duyuldu və Səlimiyə məscidinin həyətində yerləşən Dar-üs Sıbyan mədrəsəsi Trakya Baş Müfəttişi Kazım Dirikin rəhbərlik etdiyi "Ədirnə və Ətraf əraziləri Sevənlər qurumu" tərəfindən bərpa edildi. "Etnoqrafiya" adı altında təmir edilmiş yeni bölməsi 25 noyabr 1936-cı ildə açıldı. Ankara Etnoqrafiya MuzeyiTopkapı Saray Muzeyindən bəzi qiymətli əsərlər gətirilərək muzeydə saxlanılır. Eksponatların sayının çoxalması, Səlimiyə məscidinin Dar-ül Kürra mədrəsəsinin də həmin qurum tərəfindən təmir edilməsi ehtiyacını doğurdu və “Diyarşünaslıq muzeyi” kimi təşkil edildi. Muzeylərdəki qiymətli eksponatların əksəriyyəti İkinci Dünya müharibəsi zamanı şəhərə ola biləcək mümkün hücumlara qarşı İstanbulAnadolu muzeylərinə köçürülmüşdü. Qalan eksponatlar isə yalnız Dar-ül-Hədis mədrəsəsində sərgilənirdi. Sonrakı illərdə muzeydəki eksponatların sayı alış, ianə və qazıntılardan alınan parçalarla artması nəticəsində 1966-cı ildə Ədirnədə yeni muzey binasının inşasına ehtiyac duyulmuşdu. Memar İhsan Kıygının hazırladığı layihəyə əsasən Səlimiyə məscidinin arxasındakı muzey üçün müəyyən edilmiş ərazidə inşa edilən muzey binası 13 iyun 1971-ci ildə "Arxeologiya və Etnoqrafiya Muzeyi" adı ilə istifadəyə verilmişdir. Dar-ül-Hədis mədrəsəsindəki muzeyə isə “Türk İslam Əsərləri Muzeyi” adı verildi.[1][2][3]

Etnoqrafiya şöbəsi

[redaktə | mənbəni redaktə et]

Balkanlara xas yerli geyimlərin, müxtəlif xəttatlıq nümunələrinin, xalça və kilimlərin, Ədirnə gəlin otağının və qonaq otağının təmsil olunduğu etnoqrafiya salonunda Atatürkün Ədirnə səfəri zamanı istifadə etdiyi xüsusi əşyalardan bəziləri də sərgilənir.

Arxeologiya şöbəsi

[redaktə | mənbəni redaktə et]

Muzeyin "Arxeologiya" bölməsində Ədirnə və onun ətrafında tapılan kərgədan və at kimi heyvanların sümükləri, çənə sümükləri, diş və fəqərələri sərgilənir. Mərmər heykəllər və stellər arasında Trakya süvarilərini təsvir edən dəfn stelaları və Ədirnədə aparılan qazıntılar zamanı tapılan nümunələr sərgilənən digər eksponatlardır. Muzeydə sərgilənənlər sırasında Enez qazıntısından tapılan fiqurlu amforalar, terakota heykəlcikləri və keramika əsərləri, mərmər heykəl parçaları, stellər, müxtəlif zərgərlik məmulatları və sikkələr kimi əhəmiyyətli eksponatlarda vardır.

  1. "Edirne Müzesi". Müze. 2019-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 Kasım 2019.
  2. "Edirne Tarihi Kültürü". Edirne Vergi Dairesi Başkanlığı. 10 Haziran 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 Kasım 2019.
  3. Şahin, Yıldırım. Edirne Museums and Sites. İstanbul: T. C. Kültür ve Turizm Bakanlığı YKY. (#accessdate_missing_url)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]