40°14′00″ şm. e. 46°57′09″ ş. u.HGYO

Şotlanlı (Ağdam)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Şotlanlı
40°14′00″ şm. e. 46°57′09″ ş. u.HGYO
Ölkə
Region Ağdam rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 252 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.400 nəf.
Rəsmi dili
Xəritəni göstər/gizlə
Şotlanlı xəritədə
Şotlanlı
Şotlanlı
Şotlanlı xəritədə
Şotlanlı
Şotlanlı

ŞotlanlıAzərbaycan Respublikasının Ağdam rayonunun Nəmirli kənd inzibati ərazi dairəsində kənd.[1]

Şotlanlı kəndi İrandan gələn türk tayfaları tərəfindən formalaşdırılmışdır.[2]

Şotlanlı kəndinin uzun tarixi vardir. Kökü əcəmi kürdlərinə gedib çıxan Şotlanlı kəndinin əhalisi qədim zamanlarda Türkiyədən Cənubi Azərbaycana — Cənubi Azərbaycanın Sərab ərazisinə — Şəqaqi elinə gəlmişlər. (Burada yaşamış Şatiranlu oymağı Şotlanlıların kökü hesab edilir və bu adın mənşəyinin də oradan gəldiyi ehtimal olunur.) 1747 ci ildə — Nadir şahın ölümündən sonra Azərbaycan xanlıqlara parçalananda bu tayfa Sərab xanlığının ərazisinə daxil olmuşdur. 1828 ci ildə — Türkmənçay müqaviləsi bağlandıqdan sonra sonuncu Sərab xanı Sadıq xan Şəqaqinin oğlu Cahangir xan Şəqaqi ilə birlikdə Zəngəzur mahalına — daha dəqiq desək, Qubadlı rayonunun Zilanlı kəndinə köç etmişlər. Bir müddətdən sonra bəhs olunan Şotlanlı camaatı Agdam rayonuna Şotlanlı kəndinin əsasını qoymuşdur. İndi Şotlanlı kəndi Ağdam rayonunun inzibati ərazi vahididir. Sovet dönəmi bitənə qədər Şotlanlı kəndi Nəmirli, Umudlu (Kolanlı), Şurabad kəndləri ilə birgə Nəmirli kənd sovetliyi adlandırılmışdır. Kənddə 1 məktəb, 1 xəstəxana, 1 magaza,1klub fəaliyyət göstərmisdir. Kənddə Alban məbədi olmuş sonralar kənd sakinləri tərəfindən naməlum səbəblərə görə dağıdılmışdır.[3][etibarsız mənbə?][4]

1994-cü il aprel ayının 23-ündə Şotlanlı kəndi bütun mudafiələrə baxmayaraq silahlı Erməni hərbi birləşmələri tərəfindən işğal olmuşdur. 20 noyabr 2020-ci ildə Azərbaycan ordusunun şücaəti nəticəsində geri qaytarılmışdır.[4]

Təsərrüfatı

[redaktə | vikimətni redaktə et]

1974-cü ilə qədər ən çox inkişaf edən sahə pambıqçılıq olmasına baxmayaraq,1974-cü ildən sonra Kənddə ən çox inkişaf edən sahə üzümçülük olmuşdur. Kənd hər il Ağdam şərabçılıq zavoduna tonlarla üzüm vermişdir. Burada həmçinin baramaçılıq, bostançılıq, taxılçılıq, meyvəçilik inkişaf etmişdir. Burada heyvandarlıqda inkisaf edən sahələr sırasındadır.

Qarabağ müharibəsinə qədər olan statistikaya görə Şotlanlı əhalisi 279 ailə 1382 nəfərdən ibarət olmuşdur.

Şotlanlı kəndinin əhalisi şiə etiqadlı müsəlmanlardan ibarət olmuşdur.

Müharibədən sonra Şotlanlı

[redaktə | vikimətni redaktə et]

Müharibədən sonra Şotlanlı kənd camaatının əksəriyyəti Bakı şəhərinə, Tərtər rayonunun İsmayılbəyli kəndinə, Ağdam rayonuna, Mingəçevir şəhərinə, Sumqayıt şəhərinə köçmüşdür və burada artıq 20 ildən çoxdur ki məskunlaşmışdır.

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. Татьяна Аристова, (1966), Курды Закавказья: историко-этнографический очерк. С. 39.
  3. "AĞDAMLILAR | Şotlanlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Nəmirli kənd inzibati ərazi dairəsində kənd". www.facebook.com. 2023-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-15.
  4. 1 2 Gülməmmədova, Ülviyyə. "Ağdamın Şotlanlı kəndi bu gün". Sputnik Azərbaycan (az.). 20210703T1418+0400. 2022-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-21.