Şimali Rodeziya
Bu məqalə qaralama halındadır. |
Şimali Rodeziya | |||||
---|---|---|---|---|---|
| |||||
Rəsmi dilləri | |||||
Paytaxt | Lusaka | ||||
İdarəetmə forması | protektorat | ||||
BOK kodu | NRH | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Şimali Rodeziya — hazırda müstəqil Zambiya ölkəsi olan Mərkəzi Afrikanın cənubunda Britaniyanın protektoratı. 1911-ci ildə daha öncəki iki protektoratın, Barotzilandiya–Şimali-Qərbi Rodeziya və Şimal-Şərqi Rodeziyanın birləşməsiylə qurulmuşdur.[1][2][3][4] O, ilkin olaraq, əvvəlki iki protektorat kimi, Britaniya Hökuməti adından nizamnamə şirkəti olan Britaniya Cənubi Afrika Şirkəti (BSAC) tərəfindən idarə olunurdu. 1924-cü ildən o, Britaniya hökuməti tərəfindən protektorat kimi, Britaniyanın idarə etdiyi digər protektoratlar ilə oxşar şərtlərdə və idarə olunduğu zaman tələb olunan xüsusi müddəalarla idarə olunur.[4][5]
BSAC nizamnaməsinə əsasən nizamnamə koloniyası xüsusiyyətlərinə malik olsa da, BSAC-ın yerli rəhbərlərlə müqavilələri və Britaniya qanunvericiliyi ona protektorat statusu verdi. Bölgə nisbətən az sayda avropalı köçkünləri cəlb etdi, ancaq onlar ilk dəfə siyasi təmsilçilik əldə etdikləri vaxtdan etibarən onlar ya ayrı bir qurum kimi, ya da Cənubi Rodeziya və ehtimal ki, Nyasalendlə əlaqəli olaraq ağ azlıqların hökmranlığı üçün təşviqat aparırdılar.
Britiş Saut Afrika Kompani
[redaktə | mənbəni redaktə et]"Rodeziya" adı İngilis kapitalisti və imperiya qurucusu, Limpopo çayının şimalından cənub-mərkəzi Afrikaya Britaniya ekspansiyasında rəhbər şəxs olan Sesil Con Rodsdangötürülmüşdür. Rods, şübhəli müqavilələr əsasında yerli başçılardan bir sıra hüquqları əldə edərək, Britaniya təsirini bölgədə yaydı. Cənubi Afrikada mədənçilikdə böyük bir sərvət qazandıqdan sonra onun arzusu Britaniya İmperiyasını şimala, mümkünsə Qahirəyə qədər genişləndirmək idi, baxmayaraq ki, bu, hər hansı bir kommersiya şirkətinin əldə edə biləcəyi resurslardan çox idi. Rodsun əsas diqqəti Zambezinin cənubunda, Maşonalandda və onun şərqindəki sahil bölgələrində idi və Maşonalandın gözlənilən sərvəti reallaşmadıqda, onun istədiyi Zambezinin şimalındakı ərazidə əhəmiyyətli inkişaf üçün çox az pul qaldı.[6]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Northern Rhodesia Order in Council, 1911, S. R. O. 1911 No. 438, p. 85.
- ↑ Barotziland-North-Western Rhodesia Order in Council, 1899, S. E. O. 1901 No. 567 (as amended, S. R. O. Rev. 1904, V.)
- ↑ North-Eastern Rhodesia Order in Council, 1900, S. R. O 1900 No. 89
- ↑ 1 2 Commonwealth and Colonial Law by Kenneth Roberts-Wray, London, Stevens, 1966. P. 753
- ↑ Northern Rhodesia Order in Council, 1924, S.R.O. 1924 No. 324, S.RO. & S.I. Rev VIII, 154
- ↑ Galbraith, (1974). səh. 87, 202–203