Şimali Amerikanın geoloji tarixi
Bu məqalə ABŞ tarixinə aiddir |
Amerika Birləşmiş Ştatları tarixi |
---|
Mezozoy erasının ilk dövrü olan Trias dövründə dinozavrlar meydana çıxmağa başlamış və stünlüklərini artıraraq sürətlə ABŞ-yə yayıldılar.[1] Tezliklə Pangeya parçalandı və Şimali Amerika şimal və qərbə sürüşməyə başladı. Yura dövrünün sonlarında qərb ştatlarının subasarları Allosaurus, Apatosaurus və Stegosaurus kimi dinozavrların yaşayış məskəni oldu.[2] Təbaşir dövrü ərzində Meksika körfəzi Şimali Amerikanı yarıya bölənə qədər genişləndi. Plesiosaurs və Mosasaurs sular altında qaldı. Bu dövrün sonunda su geri çəkilməyə başladı və qərb əyalətlərinin sahilboyu düzənlikləri Edmontosaurus, Triceratops və Tyrannosaurus kimi dinozavrların yaşayış məskəni oldu. Digər bir kütləvi məhv olma dinozavrların hökmranlıqlarına son qoydu.
Kaynozoy erasında Təbaşir erasında yaranan daxili dənizlər tədricən yox olmağa və məməlilər quruda hakimiyyət qurmağa başladı. Eosen dövründə qərb ştatları kiçik ibtidai dəvə və atlar, eləcə də ətyeyən kreodontların yaşayış məskəni oldu. Qısa müddət sonra məməlilər okeana daxil oldular və ibtidai balina Basilosaurus cənub sahil sularında üzməyə başladı. Oliqosen dövründə kərgədana oxşar Titanotheres Cənubi Dakotada üstünlük əldə etmişdi. Bu müddətdən sonra Pleystosen epoxasına qədər ABŞ-nin iqlimi soyudu və buzlaqlar yayıldı. Qılınc dişli pişiklər, tüklü mamontlar, mastodonlar və vahiməli itlər quruda gəzişirdi. İnsanlar Sibir və Alyaska arasında olan torpaq körpü vasitəsi ilə buraya gəldi və bu heyvanların ovlanaraq nəslinin kəsilməsinə səbəb oldular.
Kembridən əvvəlki dövr
[redaktə | mənbəni redaktə et]Məlum olan ən qədim Eukariotlar Kembridən əvvəlki dövrdə, təxminən 1.4 milyard il əvvəl Bek Sprinq, Kaliforniya ərazisində yaşamışdılar. Bunlar fotosizntezedici orqanizmlər olublar və oksigen istehsal edirdilər. Bek Sprinq eukariotları və digər Kembridən əvvəlki dövr fotosintezediciləri oksigen ifraz edərək hazırda dünyamızda nəfəsalmağa şərait yaratmışdılar. Kembridən əvvəlki dövrə aid göy-yaşıl yosunlar günümüzə qədər Yuxarı Miçiqan yarımadasında yerləşən Yuxarı gölün sahilində qorunaraq qalıblar. Fosillərdə qalan ilk eukariotların qeydləri mürəkkəb çox nüvəlilərin sübutu ilə yaxından əlaqəlidir. Nevadada milyon illər əvvələ aid olan süxurlar soxulcanlara aid fosil izlərini saxlamışdır. Digər mürəkkəb Kembridən əvvəlki dövr canlıları Cənubi Karolina və Arizonada qalmışdı.
Paleozoy
[redaktə | mənbəni redaktə et]Kembdridən əvvəlki dövrü Fanerozoy izlədi. Paleozoy erasının təşkil edən ən əhəmiyyətli dövr Kembrdir. Həmin vaxt qitələr fərqli halda idi və indiki ilə müqayisədə daha kiçik idilər. ABŞ-nin cənub-şərq hissəsi Cənubi Amerika və Afrika ilə bitişik idi və şimal yarımkürəsinin qütb enliyində yerləşirdi. Qərb ştatları ekvatora yaxın yerləşmişdirlər.
Kembri dövrünə aid məlum olan bütün canlılar suda yaşadıqları üçün ABŞ-nin dəniz s əviyyəsindən yuxarı olan bütün əraziləri canlılardan məhrum idi. Kembri fosillərində ən çox rast gəlinən canlı Trilobitlərdir. Yuta ərazisində Elrathianı xüsusilə qeyd etmək lazımdır. Süngərəbənzər arxeosiatlar Nevadada üstünlük təşkil edirdi. Həmçinin braxipodlar, ilbizlər və süngərlər əhəmiyyətli Kembri heyvanları idi. Şimali Amerika ətrafında dəniz səviyyəsi Kembrinin sonunda aşağı düşdü. Dayaz sulardakı ekosistemin məhv olduğu güman edilir. Kembri kütləvi nəsil kəsilməsi ilə sonlandı. Dünya miqyasında braxipodlar və ilbizlər bioloji müxtəlifliklərinin çox hissəsini itidilər, süngərlərin fəsilələrinin yarısı və dövrün Tribolitlər ailəsinin təxminən 75%-i məhv oldu.
Dəniz təkrar yüksəldikdə qitənin bir çox hissəsi su altında qaldı.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Braden, Angela K. The Arkansas Dinosaur "Arkansaurus fridayi". Arkansas Geologic Survey. 2007.
- "A Brief Summary of the Geologic History of Ohio". GeoFacts. Number 23. Ohio Department of Natural Resources, Division of Geological Survey. July 2001.
- Brown, R.C. Florida's Fossils: Guide to Location, Identification, and Enjoyment (third). Pineapple Press. 2008. ISBN 1-56164-409-9.
- Discovering Dinosaurs. Minipage. Buffalo News. November 4, 2010. Accessed August 28th, 2010.
- Carr, T.D., Williamson, T.E., & Schwimmer, D.R. 2005. A new genus and species of tyrannosauroid from the Late Cretaceous (middle Campanian) Demopolis Formation of Alabama. Journal of Vertebrate Paleontology 25(1): 119–143.
- Everhart, M. J. 2005. Oceans of Kansas - A Natural History of the Western Interior Sea. Indiana University Press, 320 pp.
- Foster, J. (2007). Jurassic West: The Dinosaurs of the Morrison Formation and Their World. Indiana University Press. 389pp. ISBN 978-0-253-34870-8.
- Gangloff, Roland, Sarah Rieboldt, Judy Scotchmoor, Dale Springer. July 21, 2006. "[
- Greb, Stephen. Fossils. Fact Sheet No. 4. Kentucky Geological Survey. September 1999.
- Hilton, Richard P. 2003. Dinosaurs and Other Mesozoic Reptiles of California. Berkeley: University of California Press. 318 pp.
- Horner, John R. Dinosaurs Under the Big Sky. Mountain Press Publishing Company. 2001. ISBN 0-87842-445-8.
- Huntsman, John, Patricia Kelley, Judy Scotchmoor, Dale Springer. February 17, 2004. "North Carolina, US."
- Jacobs, L. L., III. 1995. Lone Star Dinosaurs. Texas A&M University Press.
- Jones, Meg. Rare Sample From Dinosaur Age Found in Wisconsin. Milwaukee, Wisconsin Journal Sentinel Online. 2009. Accessed August 14, 2012.
- Lockley, Martin and Hunt, Adrian. Dinosaur Tracks of Western North America. Columbia University Press. 1999.
- Mihelich, Peggy.It's Real Life CSI for Dinosaur Detectives Arxivləşdirilib 2012-06-03 at the Wayback Machine. CNN Tech. August 25, 2006. Accessed July 31st, 2012.
- Murray, Marian. 1974. Hunting for Fossils: A Guide to Finding and Collecting Fossils in All 50 States. Collier Books. 348 pp.
- Schiebout, J. A., Ting, S., Williams, M., Boardman, G., Gose, W., Wilhite, D. R., White, P. D., and Kilbourne, B. 2004. Paleofaunal & Environmental Research on Miocene Fossil Sites TVOR SE and TVOR S on Fort Polk, Louisiana, with Continued Survey, Collection, Processing, and Documentation of other Miocene localities. Louisiana. Corps of Engineers, Fort Worth District, Contract no. DACA63-00-D-006, Delivery Order no. 0015. Louisiana State University, 45 pp.
- Vaiden, Robert C. Build Illinois: The Last 500 Million Years Arxivləşdirilib 2013-05-25 at the Wayback Machine. Geonote 4. Illinois State Geological Survey. 2004. 12 pp. Accessed August 3, 2012.
- Weishampel, D.B. & L. Young. 1996. Dinosaurs of the East Coast. The Johns Hopkins University Press.
- Weishampel, David B.; Dodson, Peter; and Osmólska, Halszka (eds.): The Dinosauria, 2nd, Berkeley: University of California Press. 861 pp. ISBN 0-520-24209-2.
- Witzke, Brian J. The Age of Dinosaurs in Iowa. Iowa Geology. Number 26. 2001. Pages 2–7.