Şelkovnikov su kutorası
Şelkovnikov su kutorası | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Sinif: ???: Şelkovnikov su kutorası |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Şelkovnikov su kutorası (lat. Neomys teres və ya Neomys schelkovnikovi), (Eulipotyphla) dəstəsinə, Yereşənlər (lat. Soricidae) fəsiləsinə aid olan məməli növüdür. Bütün Qafqaz və Kiçik Asiyanın ona həmsərhəd olan ərazisi üçün endemikdir.
Qısa təsviri
[redaktə | mənbəni redaktə et]Ən iri yereşəndir. Kütləsi 12–26,5 q, bədəninin uzunluğu 71–102 mm, quyruğu 53–75 mm, pəncələri 15–22 mm-dir. Tükləri başqa kutorlardakından uzundur. Gözləri tükün içində gizlənmişdir. Pəncələrində tükdən üzmə çıxıntıları yaxşı inkişaf etmişdir.
Yayılması
[redaktə | mənbəni redaktə et]Bütün Qafqazda və güman ki, Türkiyə və İranın qonşu ərazilərində yayılmışdır[3]. Bu intrazonal növ Azərbaycanın bütün təbii vilayətlərində qeydə alınsa da, dağlarda daha adidir. Böyük Qafqazda d.s. 1000m-dək (Qax rayonu, İlisu kəndi ətrafında) Kiçik Qafqazda 2000m-dək (Laçın və Şuşa rayonları) hündürlükdə qeydə alınmışdır[4].
Həyat tərzi
[redaktə | mənbəni redaktə et]Bütün landşaftların, o sıradan yarımsəhraların suvarılan bağların su kənarı biotoplarında yaşayır. Sayı o qədər də yüksək deyildir. Əldə edilmiş heyvanların 3–5 və 8 balası olmuşdur. Apreldən sentyabra qədər çoxalır. Cücülər, molyusklar, qurbağalar, balıq kürüsü və körpələri ilə qidalanır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Integrated Taxonomic Information System (ing.). 2006.
- ↑ Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0
- ↑ Cоколов В.Е., Темботов А.К. Несекомоядные\\ Позвоночные Кавказа–М.:Наука,1989, 531 с.
- ↑ Azərbaycanın heyvanlar aləmi. III hissə, Onurğalılar, Bakı, Elm nəşriyyatı, 2004