Şərq vələsi
Şərq vələsi | ||||||||
---|---|---|---|---|---|---|---|---|
| ||||||||
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Şərq vələsi |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Şərq vələsi (lat. Carpinus orientalis) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin vələs cinsinə aid bitki növü.
Arealı
[redaktə | vikimətni redaktə et]Macarıstan, cənub-şərqi Avropadan Krıma, eləcə də Türkiyədən İran və Qafqaza qədər yayılmışdır.
Qısa morfoloji təsviri
[redaktə | vikimətni redaktə et]Hündürlüyü nadir hallarda 10 m-i keçən boz qabıqlı balaca ağac və ya koldur. Yarpaqları uzunluğu 1 sm-ə qədər olan saplaq üzərində olub, oval-ellipsvaridir və uzunluğu 2-5 sm, eni 1,5-3 sm-dir. Qədəh 1,5-2,3 sm uzunluğunda, eni 7-18 mm-dir, bütövdür, bölümsüzdür, kənarları qeyri-bərabər dişlidir və arxa tərəfdən 5-8 ədəd nəzərə çarpan damarları vardır.Fındıqcalar oval-yumurtavari və bir az yastıtəhərdir. Mart-aprel aylarında çiçəkləyir, aprel-may aylarında meyvə verir.
Azərbaycanda yayılması
[redaktə | vikimətni redaktə et]BQ (Quba), BQ şərq, BQ qərb, KQ şimal, KQ mərkəzi, KQ cənub, Lənk. dağ., Lənk. oval.
Təsərrüfat əhəmiyyəti
[redaktə | vikimətni redaktə et]Oduncağı möhkəm olduğu üçün yaxşı kömürü alınır. Bundan başqa oduncaq xarrat alətlərinin hazırlanması üçün yararlıdır. Sıx budaqlandığı üçün canlı hasarların yaradılmasında yararlıdır. Qabıq və yarpaqlarında aşı maddəsi vardır.
Sinonimləri
[redaktə | vikimətni redaktə et]- Carpinus duinensis Scop.
- Carpinus macrocarpa Browicz
- Carpinus minor Pall.
- Carpinus nigra Moench
Yarımnövləri
[redaktə | vikimətni redaktə et]- Carpinus orientalis subsp. macrocarpa (Willk.) Browicz
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Şərq vələsi:''The Plant List saytında takson barədə məlumat. (ing.)