Şəhər darvazası (Valletta)
Şəhər darvazası | |
---|---|
malta Bieb il-Belt | |
Ümumi məlumatlar | |
Ölkə | Malta |
Şəhər | Valletta |
Koordinatlar | 35°53′46″ şm. e. 14°30′33″ ş. u.HGYO |
Tikintisinin başlaması | 2011 |
Tamamlanıb | 2014 |
Sahibi | Malta höküməti |
Texniki detallar | |
Material | Əhəng daşı və polad |
Dizayn və konstruksiya | |
Memar | Renzo Piano |
Vikianbarda əlaqəli mediafayllar |
Şəhər darvazası (malta Bieb il-Belt, hərfi tərcümədə "Şəhərin qapısı") — Maltanın paytaxtı Vallettanın girişində yerləşən darvaza. Bu günə qədər qoyulan beşinci darvaza olan müasir darvaza 2011 və 2014 illəri arasında İtalyan memar Renzo Pianonun dizaynı ilə inşa edilmişdir.
Əraziyə yerləşdirilən ilk qapı, 1569-cu ildə ya Fransesko Laparelli ya da Girolamo Kassarın dizaynı ilə tikilmiş Porta San Giorgio idi. Qapı 1586-cı ildə Porta Reale (malta Putirjal) adlandırıldı. 1633-cü ildə darvaza Tommaso Dinglinin dizaynı ilə yenidən quruldu. 1798-ci ildə Fransanın Maltanı işğal etməsi zamanı qısa bir şəkildə Porte Nationale olaraq adlandırılsa da, Malta 1800-cü ildə İngilislərin hakimiyyəti altına düşdükdə darvazanın adı Porta Reale olaraq dəyişdirildi.1853-cü ildə darvaza yenidən bir dəfə daha Kingsgate və ya Kingsway kimi tanınan daha böyük bir qapı ilə əvəz edildi. Bu ilk üç qapı hamısı Valletta şəhər divarlarının bir hissəsini təşkil etmişdir. Qapı qeyri-rəsmi olaraq Porta di terra ("torpaq qapısı" deməkdir) adlandırıldı, çünki bu şəhərə yeganə yerüstü giriş idi.
Sonuncu möhkəmləndirilmiş qapı 1964-cü ildə söküldü, yerinə Alziro Bergonzo tərəfindən hazırlanan Futurist qapısı quraşdırıldı. Bu qapı 2011-ci ildə söküldü və 2014-cü ildə tamamlanan Pianonun qapısı ilə əvəz olundu.
Yerləşməsi
[redaktə | mənbəni redaktə et]Şəhər darvazası Porta Reale qala divarında yerləşir. Vallettanın dərin xəndəklərindən keçən bir körpü qapıya aparır.[1] İngilis hakimiyyəti dövründə, girşdəki eyvantipli tikili söküldü və irəlidəki xəndəyin bir hissəsi dolduruldu. Ərazi sonradan mərkəzdəki Triton fəvvarəsi ilə birlikdə avtobus dayanacağı kimi fəaliyyət göstərməyə başladı. Fəvvarənin ətrafındakı meydan piyada ərazisinə çevrildi.[2]
Darvaza Respublika küçəsinin (malta Triq ir-Repubblika) başlanğıcında yerləşir. Şəhər darvazası yaxınlığındakı binalara Parlament Evi və Kral Opera Evi daxildir.
Bu darvaza şəhərə aparan üç qapıdan biri idi - digərləri şəhərin qərb və şərq ətrafındakı Marsamxett darvazası və Del Monte darvazası idi.[3] Marsamxett darvazası 20-ci əsrin əvvəllərində söküldü, Del Monte darvazası isə 1885-ci ildə Viktoriya darvazası ilə əvəz olundu.[4]
Tarixi
[redaktə | mənbəni redaktə et]İlk darvaza (1569–1633)
[redaktə | mənbəni redaktə et]Vallettanın orijinal qapısı Porta San Giorgio olaraq bilinirdi və şəhərin adlandırıldığı böyük usta Gin Parisot de Vallettenin dövründə qurulmuşdu. Porta San Giorgio ehtimal ki, Valletta istehkamının çox hissəsini hazırlayan italyan hərbi mühəndis Fransesko Laparelli və ya Maltalı köməkçisi Qirolamo Kassar tərəfindən tərtib edilmişdir. İnşaat 1566-cı ilin aprel ayında başlandı və 1569-cu ildə tamamlandı.[5] Qapı dizayn baxımından olduqca sadə idi və divarlarında sadəcə düzəldilməmiş kiçik bir açıqlıq var idi.
Əvvəllər Porta San Giorgionu xəndəyin kənarındakı kəndlərlə taxta körpü əlaqələndirdi. Bu körpünü 1582-ci ildən bir qəddər əvvəl daş körpü əvəz etdi. Körpünün özü bir neçə dəfə dəyişdirildi, lakin qaya ilə işlənmiş təməlləri bütöv olaraq qalır və indiki körpünü dəstəkləməkdə davam edir.[6]
Təxminən 1586-cı ildə, Huques Loubenks de Verdallenin dövründə, qapının adı Porta Reale olaraq dəyişdirildi.[7] 16-cı əsrin sonlarında daha kiçik bir darvaza inşa edildi və orijinal qapının üstünə zəfər tağı əlavə edildi.[8]
İkinci qapı (1633–1853)
[redaktə | mənbəni redaktə et]İkinci şəhər qapısı Antoine de Paulenin dövründə, 1633-cü ildə inşa edilmişdir. Bu darvaza sələfi Porta San Giorgiodan daha çox bəzəkli idi.[5]
Bu qapını tez-tez Malta memarı Tommaso Dinqliyə aid edirlər. Lakin, bu iddianı dəstəkləyən sənədli sübut yoxdur.[9]
1798-1800-cü illərdə Fransanın Maltanı işğalı zamanı qapı Porte Nationale olaraq bilinirdi.[10] Qubernator Ser Tomas Maitland tərəfindən verilən 1814-cü il tarixli VI elanına uyğun olaraq 1815-ci ildə darvazaya İngilis gerbi quraşdırılmışdır. Bu gerbin heykəltaraş Vinsenzo Dimeçin işi ola biləcəyi düşünülür.[11]
Qapı vaxt keçdikcə dəyişdirildi və 18-ci əsrin sonu -19-cu əsrin əvvəllərində darvazada Dinqlinin orijinal dizaynına daxil olmayan bir sıra xüsusiyyətlər mövcud idi. Qapı çox kiçik olduğundan 1853-cü ildə genişləndirilməsi üçün söküldü.[8]
Üçüncü qapı (1853–1964)
[redaktə | mənbəni redaktə et]Üçüncü şəhər darvazası, 1853-cü ildə, Maltada ingilis hakimiyyəti dövründə inşa edildi. Qapı Porta Reale olaraq adlandırılmışdı. Darvaza həmçinin maltaca Putirjal və ingiliscə Kingsgate və ya Kingsway olaraq da bilinirdi.[5][12]
Darvaza Kral Mühəndislərindən olan Tompson tərəfindən tərtib edilmişdir. O kənarlarında iki kiçik tağ olan iki mərkəzi tağdan ibarət idi. 24 iyul 1892-ci ildə darvazanın arxa hissəsindəki tağ üzərində Vallettanın binasına əhəmiyyətli maliyyə töhfələri verən V Papa Piusun tunc büstü yerləşdirildi.[13]
20-ci əsrin əvvəllərində şəhərə girən insanların axınının öhdəsindən gəlmək üçün qapı çox kiçik sayılırdı. Bu məsələni həll etmək üçün ilk təkliflər 1920-ci illərdə verilmiş, bəziləri qapını açıq bir yol hissəsi ilə əvəzləməyi əhatə etmişdir.[14] 1949-cu ilin aprelində darvazaya aparan körpü hava bombardmanı ilə vurulsa da, darvaza İkinci Dünya Müharibəsinin bombardmanlarından sağ çıxdı.[15]
Kral Opera Evinin və Valletta girişinin yenidən qurulması üçün ilk planlar 1950-ci illərdə edildi. Bu layihə 1962-ci ildə Baş nazir Corc Borq Oliver tərəfindən canlandırıldı.[14] Qapını daha böyük birinə dəyişdirmə layihəsi 1963 Ticarət Sərgisi sərgisində elan edildi və 1964-cü ilin iyununda qapı təmir üçün bağlandı.[16]
Dördüncü qapı
[redaktə | mənbəni redaktə et]Dördüncü şəhər darvazası 1964-cü ilin iyunundan 1965-ci ilin avqustuna qədər memar Alziro Berqonzonun dizaynı əsasında, İtalyan rasionalist üslubunda inşa edilmişdir. Darvaza mərkəzdə iki tərəfdən daha kiçik olan geniş bir açılışdan ibarət idi və məhdud bəzəkli sadə bir dizayna sahib idi.[14][17] V Papa Pius Küçəsi ( malta Triq il-Papa Piju V ) darvazadan keçirdi.[18]
Qapı, heç vaxt tam olaraq tamamlanmayan, Valletta və Kral Opera Evinin giriş hissəsinin yenidən qurulmasını nəzərdə tutan layihənin bir hissəsi idi. 1965-ci ilin martında, darvazanın inşası davam edərkən Memarlar Palatası onun dizaynını "memarlıq flopu" kimi tənqid etdi. Qapının lehinə olan arqumentlər, zirzəmilərə daha yaxşı bir görünüş təklif etdiyini və dizaynının istehkamların sərtliyini əks etdirdiyini söylədi.[14]
Sonrakı onilliklərdə daha bir tənqid qapıya yönəldildi və qapını əvəz etmək üçün ictimai maraq var idi. İtalyan memar Renzo Piano ilk dəfə 1988-ci ildə Valletta girişini yenidən qurmağı planlaşdırdı, lakin layihə 1992-ci ilə qədər ertələndi. 2008-ci ildə hökumət darvazanı əvəz etmək üçün Piano ilə əlaqə qurdu.[19] Pianonun yeni planları 27 İyun 2009 tarixində ortaya çıxdı[20] və Şəhər darvazası 2 ilə 5 May 2011 arasında söküldü.[21] City Gate və yaxınlıqdakı Azadlıq meydanının sökülməsi cəmi 1,39 milyon avroya başa gəldi.[18]
Beşinci qapı (2014–günümüz)
[redaktə | mənbəni redaktə et]Beşinci və indiki şəhər qapısı Renzo Pianonun dizaynları əsasında, 2011- 2014 illəri arasında qurulmuşdur. Bura dördüncü qapı kimi, şəhər girişini yenidən dizayn etmək üçün bir layihə çərçivəsində də inşa edilmişdir. Layihə, həmçinin Kral Opera Evinin dağıntılarını Pjazza Teatru Rjal kimi tanınan açıq hava teatrına çevirdi və Azadlıq Meydanının bir hissəsini tutan yeni Parlament Evi inşa edildi.[22]
Pianonun layihəsinin qalan hissəsi kimi yeni şəhər qapısı mübahisəli idi.[23] Maltalıların əksəriyyəti adada İtalyan rasionalist memarlığının az nümunələrindən biri olsa da, dördüncü qapının sökülməsini alqışladılar.[14] Yeni qapının bəzi tənqidçiləri üçüncü qapıya bənzər daha ənənəvi dizaynı üstün tutdular. Yeni darvaza qədim Misir Edfu Məbədinə bənzədilib.[24][25]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Advanced Ditch – Valletta" (PDF). National Inventory of the Cultural Property of the Maltese Islands. 28 iyun 2013. 13 iyul 2015 tarixində arxivləşdirilib (PDF).
- ↑ "Valletta's entrance is to get a radical facelift". Times of Malta. 31 iyul 2016. 1 avqust 2016 tarixində arxivləşdirilib.
- ↑ Zuccagni-Orlandini, Attilio. Corografia fisica, storica e statistica dell'Italia e delle sue isole (Italian). presso gli editori. 1842. səh. 685.
- ↑ Serracino, Joseph. "Dawra kulturali mal-Port il-Kbir" (PDF). Orizzont. 16 dekabr 2017. səh. 23. 2021-03-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-21.
- ↑ 1 2 3 Claffey, Adam. "Valletta: The City Gates". Air Malta. 14 fevral 2014. 2015-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 mart 2015.
- ↑ "The Remains of the bridge of Porta San Giorgio/Porta Reale". Times of Malta. 11 aprel 2009. 2015-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 mart 2015.
- ↑ Vassallo, Bernard A. "Reviving Porta Reale in Valletta". Times of Malta. 1 yanvar 2011. 2015-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 mart 2015.
- ↑ 1 2 "The Many pasts of City Gate". The Malta Independent. 11 yanvar 2009. 2016-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 mart 2015.
- ↑ Schiavone, Michael J. Dictionary of Maltese Biographies Vol. 1 A–F. Pietà: Pubblikazzjonijiet Indipendenza. 2009. səh. 731. ISBN 9789993291329.
- ↑ Chetcuti, Kristina. "Where the streets have four names". Times of Malta. 1 iyun 2015. 19 iyul 2016 tarixində arxivləşdirilib.
- ↑ Ellul, Michael. "Art and architecture in Malta in the early nineteenth century" (PDF). Proceedings of History Week. 1982: 5, 17. 22 April 2016 tarixində arxivləşdirilib (PDF).
- ↑ Frendo, Henry. "Intra-European Colonial Nationalism: The Case of Malta: 1922-1927" (PDF). Melita Historica. 11 (1): 86. 16 aprel 2016 tarixində arxivləşdirilib (PDF).
- ↑ Cauchi, Simon. "History of a bust". Times of Malta. 7 oktyabr 2006. 13 aprel 2016 tarixində arxivləşdirilib.
- ↑ 1 2 3 4 5 Muscat, Mark Geoffrey. The Fascist Interlude and Stile Littorio // Maltese Architecture 1900–1970: Progress and Innovations. Valletta: Fondazzjoni Patrimonju Malti. 2016. 57–63. ISBN 9789990932065.
- ↑ Mizzi, John A. "Statues of grandmasters at City Gate (1)". Times of Malta. 25 iyul 2009. 12 aprel 2016 tarixində arxivləşdirilib.
- ↑ Attard, Chris. "The gate triumphant". Times of Malta. 24 avqust 2008. 4 mart 2016 tarixində arxivləşdirilib.
- ↑ Thake, Conrad. "A PROJECT FOR A 'CENTRO D'ITALIANITÀ' IN MALTA". Malta Historical Society. Melita Historica. XV (4). 2011: 445–447. ISSN 1021-6952. OCLC 472457132. 17 December 2016 tarixində arxivləşdirilib.
- ↑ 1 2 "€1.39m to demolish City Gate". di-ve.com. 27 yanvar 2011. 2016-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 avqust 2016.
- ↑ Galea Debono, Fiona. "Renzo Piano resurrected for City Gate". Times of Malta. 1 dekabr 2008. 13 aprel 2016 tarixində arxivləşdirilib.
- ↑ "Revealed: the new face of Valletta". Times of Malta. 27 iyun 2009. 3 mart 2016 tarixində arxivləşdirilib.
- ↑ Calleja, Claudia. "City Gate bites the dust". Times of Malta. 6 may 2011. 4 mart 2016 tarixində arxivləşdirilib.
- ↑ Rix, Juliet. Malta and Gozo. Bradt Travel Guides. 2015. səh. 118. ISBN 9781784770259.
- ↑ Squires, Nick. "Maltese anger at plans to rebuild Valletta". The Telegraph. 8 may 2010. 10 aprel 2016 tarixində arxivləşdirilib.
- ↑ Vassallo, Bernard A. "Valletta needs arched entrance gates". Times of Malta. 10 dekabr 2009. 2014-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 mart 2015.
- ↑ Cilia, Steve. "The gate must return". Times of Malta. 27 iyul 2009. 2015-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 mart 2015.