İzooktan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
İzooktan
Molekulyar modelin şəkli
Ümumi
Kimyəvi formulu С(СН3)3-CH2-CH(CH3)2
Molyar kütlə 114,23 q/mol
Fiziki xassələri
Sıxlıq 0.688 q/sm³
Termik xüsusiyyətlər
Ərimə nöqtəsi -107,38  °S
Qaynama nöqtəsi 99,3  °S
Optik xüsusiyyətlər
Sındırma əmsalı 1,39145
Təsnifatı
CAS-da qeyd. nöm. 540-84-1
PubChem
RTECS SA3320000
ChEBI 62805
BMT nömrəsi 1262
ChemSpider

İzooktan (2,2,4-trimetilpentan) – alifatik sıranın doymuş karbohidrogenidir. Kimyəvi formulu С(СН3)3—CH2—CH(CH3)2-dir. Oktanın izomeridir.

Izooktan – şəffaf, rəngsiz, benzin iyi gələn mayedir; tər. -107,38o C, tqay. 99,3oC, sıxlığı 0.66192 q/sm³ (20 °C), nD20 1,39145, yanma istiliyi 5,463 mkc/mol və ya 1305,29 kkal/mol (25oC, p=const), buxarlanma istiliyi 307,63 kc/q və ya 73,50 kal/q (25oC). izooktan suda həll olmur, adi üzvi həlledicilərdə həll olur; azeotrop qarışıqlar əmələ gətirir (məsələn, benzolla, metil və etil spirtləri ilə). Izoktanın detonasiya xassələri oktan ədədi şkalasında 100 vahidə bərabər qəbul edilir.

Izooktan oktanın digər izomerləri kimi az miqdarda birbaşa qovulan benzinin tərkibində olur. Sənayedə izooktanı diizobutileni katalizator (məc., mis-xrom) üzərində hidrogenləşdirməklə və ya izobutan-izobutileni qatı sulfat turşusu, AlCl3, BF3 və s. katalizatorlar iştirakında alkilləşdirməklə alırlar. İzooktanın keyfiyyətinə tələblər ГОСТ 12433-83 "Etalon izooktan" və ГОСТ 4095-75 "Texniki izoktan. Texniki şərtlər"-də verilir.

Izooktan benzin istehsalında əlavə kimi benzinin antidetonasiya xassələrini[1] yaxşılaşdırmaq üçün, həmçinin həlledici kimi tətbiq olunur.

  • Werner Dabelstein et al. Automotive Fuels // Ullmann's Encyclopedia of Industrial Chemistry 2007, Wiley-VCH, Weinheim. DOI:10.1002/14356007.a16_719.pub. 2