İvanovka (İsmayıllı)
İvanovka | |
---|---|
40°44′02″ şm. e. 48°01′59″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | İsmayıllı rayonu |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1847 |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 2797 (2009) nəfər |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ3114[1] |
Digər | |
ivanovka.net | |
Vikianbarda əlaqəli mediafayllar |
İvanovka — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Sovet dövründən ölkədə qalan yeganə kolxoz.
Tarixi
[redaktə | mənbəni redaktə et]İvanovka İsmayıllı rayonunun mərkəzindən 12–14 km cənub-qərbdə, Acınohur ön dağlığında yerləşir.[2] Kəndin əsası 1847 – cı ildə çar hakimiyyəti dövründə Qafqaza köçürülmüş ruslar tərəfindən qoyulmuşdur.[3]
Kəndin adı da onun yaradıcısı olan kəndçi İvan Perşinin şərəfinə qoyulmuşdur. Onlar tez bir zamanda özlərinə yurd salıb qurub, qonşuları olan azərbaycanlılarla yaxın dost münasibətləri qurmuşlar.
Kənddə yeni orta məktəb, kitabxana, xəstəxana, doğum evi, uşaq bağçası, elektron ATS var.
Əhalisi
[redaktə | mənbəni redaktə et]Etnik qrup | Sayı, 1970 sa.[4] | Nisbəti, 1970 sa.[4] |
---|---|---|
cəmi | 3 694 | 100 % |
rus və ukraynalı | 3 320 | 89.9 % |
ləzgi | 153 | 4.1 % |
azərbaycanlı | 147 | 4 % |
erməni | 51 | 1.4 % |
tat | 17 | 0.5 % |
yəhudi | 4 | 0.1 % |
13-22 aprel 2009-cu il Ümumazərbaycan əhali siyahıyaalınmasına əsasən İvanovka kənd inzibati ərazi dairəsində 2797 nəfər (1327 nəfəri kişilər, 1470 nəfəri qadınlar) əhali yaşayır.[5]
Şəhidləri
[redaktə | mənbəni redaktə et]- 1. b/l Vasili Nikolayeviç Belyakov 1962-04.12.1993[6]
- Arif Məhəmməd oğlu Əsgərov 1973-16.06.1993 itkin[6]
- Şirinov Etibar Fazil oğlu 27.08.1993 - 09.11.2020 (Zəngilan rayonu)
İqtisadiyyatı
[redaktə | mənbəni redaktə et]1930-cı ildə İvanovkada o vaxtlar hər yerdə olduğu kimi "kolxoz" quruldu və o bugünkü günə kimi öz fəaliyyətini davam etdirir. Kolxoz bacarıqlı işçi və uzaqgörənliyi ilə seçilən Nikolay Vasilyeviç Nikitinin adını daşıyır. O, kolxoza 1994-cü ilə kimi düz 41 il rəhbərlik edib. Hazırda kənddə 1000-ə yaxın təsərrüfat qeydə alınıb.
İvanovkalılar üzümçülük, taxılçılıq və heyvandarlıqla məşğul olurlar. Çaxır, pendir və s. kimi məhsulları daxili bazarda öz yerlərini tutub. Kənddə bir neçə sex, park və zavod (məsələn: Kirəmit zavodu) fəaliyyət göstərir.
Din
[redaktə | mənbəni redaktə et]Kənddə "Molokan-ruhani xristian" dini icması fəaliyyət göstərir.[7]
Qalereya
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
- ↑ The project "Authentic Azerbaijan"—Discover Azerbaijan: İsmayıllı Arxivləşdirilib 2013-02-15 at the Wayback Machine
- ↑ Сайт о селе Ивановка Республики Азербайджан: Azerbaijan days: Ivanovka – a little piece of the Soviet Union Arxivləşdirilib 2015-02-19 at the Wayback Machine
- ↑ 1 2 Ethno-Caucasus, Этнодемография Кавказа: Исмаиллинский район (перепись 1970 года) Arxivləşdirilib 2018-10-16 at the Wayback Machine
- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi: İsmayıllı rayonu[ölü keçid]
- ↑ 1 2 Qarabağ müharibəsində şəhid olmuş İsmayıllı övladları — ismayilli.cls.az saytı[ölü keçid]
- ↑ QEYRİ-İSLAM DİNİ İCMALARI Arxivləşdirilib 2022-06-26 at the Wayback Machine. scwra.gov.az (az.)
İsmayıllı rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |