İsrail Futbol Assosiasiyası
Bu məqaləni vikiləşdirmək lazımdır. |
İFF yarım əsrə yaxın AFK tabeliyində olub, hətta Asiya Kuboku yarışlarında iştirak edərək, bu turnirdə qələbə də qazanıb. Amma 1990-cı illərdə AFK-ni UEFA-ya dəyişən İsrail futbolunun inkişafa doğru addımları məhz bu tarixdən başlanıb.
1994-cü ildə məhz İsrail Futbol Federasiyasının şikayətləri əsasında UEFA Bakıda siyasi durumun sabit olmamasını əsas gətirərək, Azərbaycan yığmasına oyunlarını öz ölkəsində keçirməyi qadağan etmişdi. Komanda rəqiblərini Türkiyənin Trabzon şəhərində qəbul edirdi. Bir neçə il sonra isə Fələstin-İsrail müharibəsinin başlanması ilə bir çox ölkələrin təhlükəsizliyin lazımi qaydada təmin edilməyəcəyindən qorxaraq, "müqəddəs torpağa" ayaq basmaqdan imtina etməsi nəticəsində UEFA anoloji cəzanı İsrailə vermişdi. 3 ilə yaxın bu ölkənin milli və klub komandaları beynəlxalq görüşləri Avropanın müxtəlif şəhərlərində keçirməyə məcbur olmuşdular. 2004-cü ildə UEFA-nın icazəsi ilə İsrail yığması müəyyən fasilədən sonra Təl-Əvivdə beynəlxalq futbol matçının təşkilinə qərar vermiş və dünyanın bir çox komandalarına müraciət etmişdi. Yeganə müsbət cavab verən federasiya isə AFFA olmuşdu. Azərbaycan israillilərin 10 il əvvəl etdikləri hərəkətlərinin cavabını belə xoşxasiyyətli jestlə cavablandırmışdı.