İran meliyası
İran meliyası | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: ???: İran meliyası |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Melia azedarach (lat. Melia azedarach) – meliyakimilər fəsiləsinin meliya cinsinə aid bitki növü.
Sinonimləri
[redaktə | vikimətni redaktə et]- Azedara speciosa Raf.
- Azedarach commelinii Medik.
- Azedarach deleteria Medik.
- Azedarach fraxinifolia Moench
- Azedarach odoratum Noronha
- Azedarach sempervirens Kuntze
- Azedarach sempervirens var. glabrior (C.DC.) Kuntze
- Azedarach sempervirens f. incisodentata Kuntze
- Azedarach sempervirens f. longifoliola Kuntze
- Azedarach sempervirens f. subdentata Kuntze
- Melia angustifolia Schumach. & Thonn.
- Melia australis Sweet [Invalid]
- Melia azedarach var. glabrior C.DC.
- Melia azedarach var. intermedia (Makino) Makino
- Melia azedarach var. subtripinnata Miq.
- Melia azedarach var. toosendan (Siebold & Zucc.) Makino
- Melia birmanica Kurz
- Melia bukayun Royle [Invalid]
- Melia cochinchinensis M.Roem.
- Melia commelini Medik. ex Steud. [Invalid]
- Melia composita Benth.
- Melia dubia Cav.
- Melia florida Salisb.
- Melia japonica G.Don
- Melia japonica var. semperflorens Makino
- Melia orientalis M.Roem.
- Melia sambucina Blume
- Melia sempervirens Sw.
- Melia toosendan Siebold & Zucc.[2]
Təbii yayılması
[redaktə | vikimətni redaktə et]Təbii halda Şərqi Himalayda yayılmışdır.
Təsviri
[redaktə | vikimətni redaktə et]Hündürlüyü 15 m, gövdəsinin diametri 40 sm-ə qədər olan, qamətli, olduqca dekorativ ağacdır. Cavan budaqları qırmızımtıl-qəhvəyi, gövdəsi qonur və ya boz rəngdə olub, qırışıqlıdır. Yarpaqları 20-40 sm uzunluqda, ikişər və ya üçşər lələkvaridir. Yarpaqcıqları 2-6 sm uzunluqda, 3-9 ədəd olub, yumurtavari, oval və ya uzunsov-ellipsvari, itiucludur. Kənarları əksərən dişli və ya tam, üzəri çılpaqdır. Çiçəkləri süpürgələrlə toplanaraq açıq bənövşəyi rəngdə olub, ətirlidir. Kasayarpaqları üçbucaq, yumurtavarı, aşağıda bitişikdir. Ləçəkləri 5, sərbəst, neştər formalı, 10 mm-ə qədər uzunluqdadır. Erkək çiçəkləri altdan bitişik olub, 8–9 mm uzunluqdadır. Ucdan sapşəkilli dilimə malikdir. Sütuncuğu 5 mm uzunluqdadır. Meyvəsi ətli çəyirdək, 15 mm diametrə malikdir.
Ekologiyası
[redaktə | vikimətni redaktə et]May-iyun aylarında çiçəkləyir, meyvələri oktyabrda yetişir və bütün qışı ağacda qalır.
Azərbaycanda yayılması
[redaktə | vikimətni redaktə et]Bakı şəhərin, Abşeron yarımadası və bir çox yaşayış məntəqələrinin yaşıllıqlarında geniş istifadə edilir. Azərbaycanda bir neçə forması vardır: f. umbraculifera (Rnox) Rehd. (var. umbraculiformis Beckm.) enli, çox sıx, yarımşarşəkilli çətirə malikdir. Bu forma Azərbaycanda Kür-Araz düzənliyində və Abşeronda geniş yayılmışdır. f. floribunda Morr. (M. floribunda Cors.) tez açan, çoxçiçəkli formaya mədəni halda yaşıllaşdırmada təsadüf olunur.
İstifadəsi
[redaktə | vikimətni redaktə et]Oduncağın bərkliyi və açıq qırmızı rənginə görə qiymətlidir, dülgər işlərində və musiqi alətləri düzəltmək üçün istifadə olunur. Meyvələrində 60%-ə qədər yağ vardır. Sabun və şam hazırlamaq üçün bu rəngdən istifadə olunur. Zəhərlidir. Ağacın bütün hissələrindən təbabətdə istifadə olunur. Balverən bitkidir.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 384.
- ↑ İran meliyası:''The Plant List saytında takson barədə məlumat. (ing.)
Azərbaycan Dendroflorası III cild-Bakı:"Elm",2016,400 səh. Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine T.S.Məmmədov
Məlumat mənbələri
[redaktə | vikimətni redaktə et]- Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. "Azərbaycanın Nadir Ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh.
İstinad
[redaktə | vikimətni redaktə et]- Флора Азербайджана. т.5. 1954; Флора Kaвkaзa. т.5. 1954;
- Azərbaycanın ağac və kolları. I cild. 1961;
- Azərbaycan flora-sının konspekti. I-III cildlər. 2005; 2006; 2008;
- Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh