İqbal Məmmədəliyev

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
İqbal Məmmədəliyev
İqbal Vamiq oğlu Məmmədəliyev
Doğum tarixi (46 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Atası Vamiq Məmmədəliyev
Fəaliyyəti rejissor
prodüser
Fəaliyyət illəri 1996–h.h.
Təhsili ADMİUnun Teatr və kino sənəti fakültəsi (bakalavriatura)
ADMİUnun Teatrşünaslıq fakültəsi (magistratura)
İstiqamət televiziya
kino
Mükafatları Beynəlxalq və yerli festivallar
IMDb ID5884273
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İqbal Vamiq oğlu Məmmədəliyev (23 sentyabr 1978, Bakı) — Azərbaycan kino rejissoru və prodüseri.

İqbal Məmmədəliyev 23 sentyabr 1978-ci ildə Bakıda anadan olub.[1] 1985–1995-ci illərdə 113 saylı orta məktəbdə oxuyub. 1989–1994-cü illərdə 10 saylı musiqi məktəbində tar sinfini bitirib.[2] 1996–2000-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq ixtisası üzrə teatr və kino sənəti fakültəsini[1], 2002-ci ildə isə teatrşünaslıq üzrə magistraturasını bitirib.

Ailəlidir, dörd övladı var. Tarzən Vamiq Məmmədəliyevin oğlu, rejissor Salam Məmmədəliyevin qardaşıdır.

1996–1998-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti, "Gənclik və İdman" baş redaksiyasında ştatdankənar müəllif kimi fəaliyyətə başlayıb.[2] 1998–2000-ci illərdə "Soy" şirkətində rejissor vəzifəsində çalışıb, 2000–2004-cü illərdə Media Holdinq şirkətinin Lider televiziyasında[1] rejissor kimi fəaliyyətini davam etdirərək 5 televiziya layihəsinin, 200-dən çox müxtəlif səpkili televiziya verilişlərinin, eləcə də konsert, tamaşa və canlı yayımların rejissoru və 60-dan çox sənədli filmin müəllifi olub.

2002–2004-cü illərdə Azərbaycan Kinematoqrafçılar Birliyində bir çox filmləri nümayiş olunaraq peşəkar tənqidçilər tərəfindən müzakirəyə çıxarılıb. 2003-cü ildən Azərbaycan Kinorejissorlar Gildiyasının üzvüdür.[2] 2003-cü ildə ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aspirantı kimi "Kinoda montaj strukturu" mövzusunu tədqiq edir. 2004-cü ildə "Salnamə" sənədli filmlər studiyasına dəvət olunub və bir neçə sənədli filmin rejissoru və montaj rejissoru olub.[2] 2005-ci ilin iyun ayında yenicə fəaliyyətə başlayan İctimai Televiziya və Radio Yayımları Şirkətinə dəvət alıb. Telekanalın bədii-estetik dizaynı ilə məşğul olsa da musiqi xadimləri haqqında bir neçə film-portret də çəkib. 2006-cı ilin noyabrında yenidən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "Salnamə" sənədli filmlər studiyasına dəvət olunub. 2006-cı ilin dekabrında aspiranturanı əla qiymətlərlə bitirib. 2008-ci ildən MDB Kinematoqrafçılar İttifaqının və Baltikyanı ölkələr Kinematoqrafçılar Konfederasiyasının üzvüdür.

2009-cu ildən Yevlax şəhərində fəaliyyət göstərən YevlaxTV MMC-nin ELTV brendi kimi yayımlanan televiziyasının baş direktorudur.[1] 2016-cı ildə "Aranfilm" yaradıcılıq Mərkəzini yaradıb. İndiyə kimi telekanalın özünəməxsus simasının formalaşmasında idarəetmədən savayı rejissor bilgilərini də kollektivdən əsirgəmir. 2022-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Audiovizual sənətlər kafedrasının müəllimi kimi televiziya rejissorluğu fənnini tədris edir və yeni kadrların yetişməsi üçün kurs rəhbəri kimi pedaqoji fəaliyyətlə də məşğul olur.

  • "Sükutun səsi" filmi III Beynəlxalq Audiovizual Festivalda nümayiş olunan ən yaxşı sənədli film nominasiyasının qalibi olub. (2003)
  • Ötən ildəki fəaliyyətinə və qazandığı uğurlara görə Azərbaycan Gənclər, İdman və Turizm Nazirliyinin təsis etdiyi "İlin ən yaxşı gənc rejissoru" mükafatı (2 fevral 2004)
  • Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Günü münasibətilə təsis etdiyi mükafat və diplom (2005)
  • "Qədim Azərbaycanın abidələri" filminə görə Qazaxıstanın Aktau şəhərində keçirilən "Kaspi Dostluq Dənizi" festivalında laureat diplomu (2006)
  • "Qədim Azərbaycanın abidələri" filminə görə Rumıniyada keçirilən "Eko-Etno-Folk" festivalının "etno folk turizm" bölməsində fərqlənmə diplomu (2006)
  • "Sükutun səsi" filminə görə Gürcüstanın Tbilisi şəhərində keçirilən "Footprints" Sənədli Film Festivalında 3-cü baş mükafatı (2006)[1]
  • "Qədim Azərbaycanın abidələri" filminə görə Hindistanda keçirilmiş qısametrajlı sənədli filmlər festivalında Mükafat (2007)
  • "Zəhmətlə yoğrulanlar" filmi Bakıda keçirilən II Milli Turizm Festivalında "Ən yaxşı etnoqrafiya filmi" nominasiyasının qalibi olub. (2007)
  • "Heydər Əliyev. Vətənin keşiyində" filminə görə Bakı şəhər İdman və Gənclər Baş İdarəsi və Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun dəstəyilə keçirilən sabiq prezident Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr olunmuş "Heydər Əliyev və müstəqil Azərbaycan" qısametrajlı sənədli filmlər festivalında 1-ci mükafat və diplom (2007)

Rejissor kimi

  1. Mahur hindi (film, 2001) — film-konsert
  2. Elçi daşı (film, 2001) — film-veriliş
  3. Səfəvilər (film, 2001) — film-veriliş
  4. İldırımlı yollarla (film, 2001) — film estetikalı portretlər silsiləsi
  5. …Və alqışlar, alqışlar (film, 2001) — etüd
  6. Başlanğıc (film, 2001) — etüd
  7. Səhnəyə aparan yol (film, 2001) — etüd
  8. "Edelveys" və dəmir biləklər (film, 2001) — sənədli-xronikal
  9. Qırmızı rəngin ekspressiyası (film, 2002) — elmi-kütləvi
  10. Yaşıl rəngin qamması (film, 2002) — elmi-kütləvi
  11. Qara rəngin harmoniyası (film, 2002) — elmi-kütləvi
  12. Baş tutmayan səfər (film, 2002) — detektiv araşdırma
  13. Payız (film, 2002) — etüd
  14. Lənkəran (film, 2002) — etnoqrafik etüd
  15. Quba (film, 2002) — etüd
  16. Səkkiz dəqiqəlik düşüncə və ya xarı bülbül (film, 2002) — film-düşüncə
  17. Özgə vaxtın doğma anları (film, 2002) — portret
  18. Cəsarətin heyrət məqamı (film, 2002) — sənədli
  19. Tanrı adamı (film, 2002) — portret
  20. Jurnalist (film, 2002) — portret
  21. Çətin sınaqlar (film, 2002) — sənədli film
  22. İsmipünhan (film, 2002) — sənədli film
  23. Güzgü (film, 2002) — etüd
  24. Pərdəsiz səhnə (film, 2002) — etüd
  25. Bizi oyatmayın (film, 2002) — sənədli
  26. Ali məqam (film, 2002) — ədəbi-bədii kompozisiya
  27. Yaddaş etüdləri (film, 2002) — etnoqrafiya
  28. Yaddaş etüdləri-2 (film, 2002) — etnoqrafiya
  29. Yaddaş etüdləri-3 (film, 2002) — etnoqrafiya
  30. Qoru və artır (film, 2002) — tanıtım
  31. Həzrə (film, 2002) — etnoqrafiya
  32. Zamanın sığalı (film, 2002) — etnoqrafiya
  33. Qusar (film, 2002) — etüd
  34. İlham Əliyev. Yeni neftin strategiyası (film, 2002) — siyasi portret
  35. İlham Əliyev. "Olimp"in fəthinə doğru (film, 2002) — siyasi portret
  36. İlham Əliyev. Diplomatiyada uğur rəmzi (film, 2002) — siyasi portret
  37. İlham Əliyev. Ümidlərin gerçəklik məqamı (film, 2003) — siyasi portret
  38. Hərb tariximizdən. Atropat (film, 2003) — elmi-kütləvi
  39. Sükutun səsi (film, 2003) — müəllif filmi
  40. Göy rəngin melodiyası (film, 2003) — elmi-kütləvi
  41. Bir haqq bayrağı var əlimdə (film, 2003) — kompozisiya
  42. Ağ rəngin simfoniyası (film, 2003) — elmi-kütləvi
  43. Zəhmətlə yoğrulanlar (film, 2003) — etnoqrafiya
  44. Qalanın əfsanəsi (film, 2003) — etnoqrafiya
  45. Torpağa bağlananlar (film, 2003) — etnoqrafiya
  46. Yaddaşın əbədi yükü (film, 2003)- etnoqrafiya
  47. Dövlətin vizit vərəqi (film, 2004) — tanıtım
  48. Novruz töhfələri (film, 2004) — elmi-kütləvi
  49. Qədim Azərbaycanın abidələri (film, 2005) — tanıtım
  50. Qarabağ xanəndələri (film, 2005) — tanıtım
  51. Şəfiqə Axundova (film, 2005) — portret
  52. Rəqslər (film, 2005) — elmi-kütləvi
  53. Ağaxan Abdullayev (film, 2005) — portret
  54. Xanım İsmayılqızı (film, 2005) — portret
  55. Arif Babayev (film, 2005) — portret
  56. Ağacəbrayıl Abbasəliyev (film, 2005) — portret
  57. Köhnə… Yeni Naxçıvan (film, 2006) — tanıtım
  58. Novruz Bayramı (film, 2006) — film-konsert, ssenari müəllifi
  59. Azərbaycan... Əbədiyyət yolu (film, 2006) — tanıtım-tolerantlıq
  60. Azərbaycan. Vahid Məmləkət (film, 2006) — video-art
  61. Heydər Əliyev. Dünyaya pəncərə (film, 2006) — portret
  62. Azərbaycanın mədəni irsinə qarşı müharibə (film, 2007) — sənədli
  63. Heydər Əliyev. Vətənin keşiyində (film, 2007) — portret
  64. Heydər Əliyev. Azərbaycan mədəniyyətinin hamisi (2007) — portret
  65. Ömər Eldarov. Monoloq (2007) — sənədli
  66. 125 illik yol — sənədli
  67. Həqiqətin özü (film, 2008) — sənədli
  68. Sofya (2008) — sənədli
  69. Sualtı səltənətimiz (2008) — sənədli
  70. Parisli azərbaycanlı. Ramiz Abutalıbov (2009) — sənədli
  71. Həqiqətin özü (3 bölümlü, Türk dilində sənədli film, 2009) — sənədli
  72. Sualtı səltənətimiz (3 bölümlü sənədli film, 2009) — sənədli

Montaj üzrə rejissor kimi

  1. Yaddaşın keçdiyi yol (film, 2001) — etnoqrafiya
  2. Elegiya (film, 2005) — portret
  3. Unudulmuş qəhrəman (film, 2005) — sənədli
  4. Həyat formulu (film, 2005) — sənədli
  5. Azərbaycan... Əbədiyyət yolu (film, 2006)
  6. Bakıdan Helsinkiyə (film, 2006) — tanıtım

Prodüser kimi

  1. Bir gecə (film, 2002) — film-tamaşa
  2. Sərçələrin payı (bədii film, 2011) — sənədli
  3. Tbiliso (bədii film, 2013) — sənədli
  4. Səsdən usanmışlar (bədii film, 2014) — sənədli
  5. Düdəngədən Münhenə (sənədli film, 2015) — sənədli
  6. Qars vətənimdir (film, 2016) (Hacalı Nəcəfoğlu haqqında portret) — sənədli
  7. Səssiz zaman (bədii film, 2016) — sənədli
  8. Sakit gün (film, 2016) — sənədli
  9. Ürək yaddaşı (film, 2016) — sənədli
  10. İqlimlər (film, 2016) — sənədli
  11. Bu Azərbaycan sirkidir (film, 2016) — sənədli
  12. Atadan oğula (film, 2017)
  13. "Əsgərlər unudulanda ölürlər" (sənədli film)[3]

Mətn oxuduğu film

  1. Qədim şəhərin hekayəti (film, 2003) — etnoqrafiya

Ssenari müəllifi kimi

  1. Azərbaycan. Vahid Məmləkət (film, 2006) — video-art

Layihə rəhbəri kimi

  1. Qədim yurd yeri — Yevlax (sənədli film, 2014) — sənədli
  1. 1 2 3 4 5 Sevda Sultanova. "İqbal Məmmədəliyevlə müsahibə" (az.). Lent.az. 26 noyabr 2014. 2018-04-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-13.
  2. 1 2 3 4 Salmanov R. "Gənc rejissorun sənət uğurları" (az.). [anl.az ANL]. 23 sentyabr 2008. 2021-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-13.
  3. Əsgərlər unudulanda ölürlər Arxivləşdirilib 2020-05-07 at the Wayback Machine. azertag.az, 11.10.2018 (az.)